» » ...başının üstündə al Günəş, ürəyində, gözündə, həyat yoluda da “dirilk günəşi”...

...başının üstündə al Günəş, ürəyində, gözündə, həyat yoluda da “dirilk günəşi”...

...başının üstündə al Günəş,  ürəyində, gözündə,  həyat yoluda da “dirilk günəşi”...  

İstəsəniz, məni döyün, ɑmmɑ buraxın istədiyim kimi gülüm...
Molyer 
Gözəl bir gülüşü qaranlıq evə girən günəş işığına bənzədirlər. Deyilmi? Gülüş ən asan bir yaxşılıq...Sərrast və mənalı?
Çox sevgilər adi bir təbəssümdən başlamayıbmı? Adi münasibətlərdə, problemlərin çözülməsində ilk tapındığımız bu təbəssüm olmayıbmı? Bir balaca təbəssümə bağlanıb ümid etmişik hər zaman problemlərin, məsələlərin uğurlu həllinə.
Məsələ ciddi olanda suçlu və ya cavabdeh tərəf qarşı tərəfə barışıq jestləri edəndə və yaxud qapısına gedəndə onlardan kiminsə üzündə bu təbəssümün bütün yox eyyy, 1-2 cizgisini arzulayarlar:Arzulayarlar ki, qarşı tərəfn üzündə-gözündə bir zərrə təbəssüm işığı sezib ürəkli olsunlar. Çünki təbəssüm insan əhvali-ruhiyyəsinin inikası olduğu kimi, qarşı tərəfi də təbəssüm, uğur üstə kökləyir...
İnsan yalandan gülə bilməz, gülsə də elə anındaca hiss olunur. Çünki o gülüş heç bir aura yarada bilmir. Heç eştməmisinizmi kimsə desin: "dərman qəbul etdim, elə bil heç nə qəbul eməmişəm, heç bir təsiri olmadı”. Əlbəttə, ailədəki bütün səmimiyyət, rahatlıqlar qadının təbəssümündən başlayır.
Elə bu 1-2 cizgi təbəssüm bəs edir ki, ümid yorunu aydınlatsın. Bu mənada, əlbəttə, təbəssümü Günəşə bənzədənlər əsaslıdırlar fikirlərində.
Dünyamızın bir günəşi var və o, hamıya yetər.
XVII əsrdə yaşamış ingilis şairi J.Milton demiş ki, əgər Günəşə ağıllı baxmasaq, qaranlıq içində qalarıq. Bu, danılmaz həqiqətdir. Günəş təbii həyatımızın ilkinidir, əsası ünsürlırinən biridir.

...başının üstündə al Günəş,  ürəyində, gözündə,  həyat yoluda da “dirilk günəşi”...

Amma mənəvi baxımdan da hər evdə, hər ürəkdə bir Günəş, nur çeçməsi olur və zaman-zaman bu çeşmə övlad, nəvə qollarına ayrılır. Hər birinin bir ayrı dadı-tamı, hər birinin bir ayrı təsiri. Əsas budur ki, təbəssüm var. Təki sənin evinə, könlünə təbəssüm seli paylayan Günəşin olsun. Bu təbəssümlə qarşılanırsa, açılırsa gözlərin, uğur da, səadət də buradan müşayiət edəcək bir-birlərini.
Bizim də çox odlu-alovlu bir şairimiz vardı, Allah rəhmət etsin: Tofiq Bayram. Tofiq Bayram mənəvi Günəşimiz haqqında necə səmimi yazmışdır:
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Onda başının üstündə al Günəş, ürəyində, gözündə, həyat yoluda da "dirilk günəşi”, yaşayın da.....

...başının üstündə al Günəş,  ürəyində, gözündə,  həyat yoluda da “dirilk günəşi”...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz