» » "Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif, Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif, Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)


"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)


 

Hüseyn Arif

Sən mənimlə get

 

Ətirli bağçaya, şehli çəmənə,

Lilparlı bulağa sən mənimlə get,

Arabir dənizin dalıb seyrinə,

Yaxına, uzağa sən mənimlə get.

 

Gəzək obaları, gəzək elləri,

Hər kəndə, şəhərə sən mənimlə get.

Gəl bölək sevinci, bölək kədəri,

Həm xeyrə həm şərə sən mənimlə get.

 

Haranı bəyənib seçəsi olsam,

Oraya, ey sənəm, sən mənimlə get.

Bir gün bu dünyadan köçəsi olsam,

Tək onda demərəm sən mənimlə get.

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu) 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu) 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)


Vaqif Səmədoğlu:

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)

"Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm."

"O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm."
"- Nuşabə xanım, Vaqif Səmədoğlunun hansı şeirini pıçıldayırsız öz-özünüzə?..

- Bütün onun varlığı ilə, yaradıcılığı ilə nəfəs alıram. Hər an, hər saniyə ağlımdadı, heç fikrimdən çıxmır. Evdə əşyaları durur, onsuz qalıb, yetimləşib. Ən dəhşətlisi də yəqin ki, budur: əşyanın yetim qalması..."

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)

 

Sevgilim, mən öləndə... 

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)

 

Balaş Azəroğlu

Çöldə yağış-yağır,

Pəncərədə baharın göz yaşları

Axır gilə-gilə . . .

İşdən dönürəm,

İkimizin həmişə

Nəfəsilə qızınan mənzilə.

Otaqlar soyuqdur ancaq,

Nə işıq yanır, nə ocaq.

Yetim uşağa dönüb otaqlar.

Nə süfrədə çörək var,

Nə çaydanda çay var.

Hər yanda bir lal sükut,

Bir də bu sükutun içində

Acı bir haray var . . .

 

Məni bu qəribə tənhalığa tapşırıb

Hara getdin, ömrüm-günüm?

Yox, dözə bilmirəm ağrısına,

Bu ayrılığın, bu nisgilin!

Bir zaman qoşa keçdiyimiz

Bu həyat yollarında

Ağlı-qaralı günlərimiz olub

Ikimiz bilmişik.

Sevincimiz, qəmimiz olub

Ikimiz bölmüşük.

Sən ən yaxın sirdaşım,

Məsləkdaşım olmusan.

Sonra həyat yoldaşım,

Ömür yoldaşım olmusan . . . 

 

Sən mənim varlığıma hopmusan

Zaman-zaman.

Səni məndən ayıra bilməz əcəl

Heç zaman, heç zaman!!!

İndi məni tənhalığa tapşırma!

Ömrün bu yorğun çağında

Dözə bilmərəm bu sınağa.

Qayıt, səsinə, nəfəsinə

Gülüşünə adət etmiş otağa!

Güldanda qoyub getdiyin güllər

Səni gözləyir.

Saralan yarpaqlar nəvaziş istəyir. . .

 

Qayıt, səni gözləyir təzə şeirinin 

Hələ yazılmamış misraları.

Gəl, sevindir yolunu gözləyənləri barı.

Məni də tənhalığa tapşırma gülüm.

Yolunu gözləyirəm hər qapı döyuləndə.

Bilirəm, bir vaxt olacaq

Xatirəyə dönəcəyik sən də, mən də . . .

 

Sözümüz, söhbətimiz

Nağıla dönəcək yəqin.

Hər şeir məclisində

Yerimiz görünəcək yəqin,

Sənə yazdığım şeirlər düşəcək yada . . . 

 

Görəsən inanan olacaqmı onda

Bu şeirləri mən yazmışam sənə.

O zaman məni düşünənlər

Yəqin deyəcəklər,

"Necə də sakit görünürdü üzdə,

Ilahi, nə qədər sevgi,

Nə qədər təlatüm varmış

Bu lal dənizdə . . .”

 

Ancaq səni düşünənlər deyəcək:

"O, qəribə xislət idi . . . ” 

İnanıram belə qalacağıq

Sən də, mən də

Bir zaman xatirəyə dönəndə . . .

 

Daha gəl, tənha qoyma məni,

Bir ildir yolunu gözləyirəm

İndi, xəbərin olsun əzizim

Artıq açıldı yolu

Dumanlı Təbrizin.

Gəl, yapışım əlindən,

Xəyalən min dəfə keçdiyimiz

Xudafərindən keçək ikimiz.

Bilirsən gəlişindən necə sevinəcək

Yolunu gözləyən 

Anamız Təbriz . . . 

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)


Mədinə Gülgün

Sən gəlməz oldun

Deyirdin baharda görüşərik biz, 

Bahar gəldi keçdi, sən gəlməz oldun.

 

Daşlaramı dəydi sındı əhdimiz?

Aylar, illər keçdi, sən gəlməz oldun

Sən gəlməz oldun, sən gəlməz oldun,

Sən gəlməz oldun, yarım,

Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən,

Sən gəlməz oldun.

 

Deyirdin qapına qonaram quş tək,

Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun.

Yaşamaq eşqi ilə vəcdə gələk, 

Quşlar yuva qurdu, sən gəlməz oldun.

 

Sən gəlməz oldun, sən gəlməz oldun,

Sən gəlməz oldun, yarım

Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən

Sən gəlməz oldun.

 

"Bitməmiş mahnılar" - X yazı (Hüseyn Arif,  Balaş. Azəroğlu, Vaqif Səmədoğlu)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz