» » Bir qızılı payız da, inşallah, “dənsizləşib” bar-bəhərimi paylaşacağam

Bir qızılı payız da, inşallah, “dənsizləşib” bar-bəhərimi paylaşacağam

Hə, mən "dənsiz”əm? Dən – siz deyirəm ha (Allahın lütfündən 5 dənim var.  İnşallah, ruzili olar, 5  artıb on  olar, 15 olar, daha çox olar).
"Dənsiz” sözünün əks qarşılığı dənlidir. Sözün etimoloji mənası bu anlama gəlir ki, yəni "dənli” o deməkdir ki, hər hansı taxıl bitkisinin gövdəsində dən çoxdur, sıxdır. Dənsiz də, yəni dəni seyrəkdir, gövdəyə adda-budda səpələnib.
Bu sarıdan, Allahımıza şükür,  mən "dənsiz" deyiləm. İki   övladımdan 5 nəvəm var. Amma mənə indi yazdıqlarıma görə "dənsiz” deyəcəksinizsə, "mehriban düşmən” kimi, elə yazıb qurtarmağımı gözlməyin: bəri başdan deyin.”Mehriban düşmən”  onsu da elə yazmamışdan dedi. Dedi ki, kimin uşağı, nəvəsi yoxdur ki? Yox, bir, televizora çəkdir. Adama "dənsiz” deyərlər. 
"Dənsiz” sözü orfoqrafiya lüğətində yoxdur: çünki həqiqi mənasında olan bir sözün qarşılığıdır, onun mənasını ifadə edir. Yəni, "görməmiş". "Görməmiş” söü özü də həqiqi mənasında deyil, bir məcazi mənanı bildirir. El gözündə mnsub olduğu bir əşyanı, malik olduğu, əldə etdiyi bir uğuru yerli-yersiz dilə gətirən, yerli-yersiz  diqqətə çatdıran adama deyərlər. Amma sonralar münasibətlər, ideallar cilalandıqca "dənsiz”lik anlamı özü də müsbət anlam kəsb etdi.

Bir qızılı payız da,  inşallah, “dənsizləşib” bar-bəhərimi  paylaşacağam

Bu gün böyük nəvəm Səmra ilk dəfə məktəbə getdi.  Atası, mənim fikrimcə, ailəni gec qurdu. 2-3 il hər gün xatırlandı, tələb edildi ki, ay balam, ailə qur, gedək  halal süd əmmiş  bir Allah bəndəsini alıb gətirək, nəvəmiz olsun. Gec də olsa, nəhayət,  bu arzu həyata keçdi: Səmra dünyaya gəldi. Bu dünyanın içində  nəvələrim  mənə daha bir dünya  qurdular. Səmra bu dünyanın da ilk "Dəni” oldu. Dişi çıxsın deyə gözlədim, danışa bilsin, tata dursun, gəzsin deyə, gözlədim. Bağçaya getsin, gözlədim. İndi də  gözləyirdim ki, məktəb yaşı çatsın, balam məktəbə getsin.
Dünən axşamdan Səmra da bugünə hazırlıq görürdü, mən də. "Mehriban düşmən” də "acılamağında”.
Sübh tezdən oyandım. Üzümü, saçımı qaydasına saldım. Balamın böyrünə düşüb məktəbə yollandım.
Mən illərdir içimdə, gözümdə hüdudlandırıb  əkib-becərdiyim  həyat zəmisini  səksəkə ilə    yad baxışlardan, sərçədən, küləkdən, qardan qorudum,  qulluğunda durdum, nazını çəkdim, indi mənə "dənsiz” deyirlər. Nə qədər istəyirsiniz deyn. Qoy mənim  dilə-ağıza düşməyim bu səbəbdən olsun.
Ey dili-qafillər,   mənim "həyat zəmim" necə "dənsiz” ola bilər, niyə "dənsiz” deyirsiniz ona?!
inşallah, bir qızılı payız da "dənsizləşib” bar-bəhərimi paylaşaram...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.