» » İlham Əliyev : "Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”

İlham Əliyev : "Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”

 Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib: Cənab Ali Baş Komandan  deyib: 
- Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik.
Dövlətimizin başçısı daha sonra bildirib: "İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır”.
Prezident vurğulayıb ki, Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.