» » Ərdoğan, “Daha ədalətli dünya mümkündür”

Ərdoğan, “Daha ədalətli dünya mümkündür”

Müəllif: Anaveusaq.az от 5-09-2021, 21:00
Ərdoğan, “Daha ədalətli dünya mümkündür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən yazdığı kitab sabah oxuculara təqdim ediləcək.

" Ana və Uşaq.az" xəbər verir ki, bu barədə "Anadolu” agentliyi yazıb.
"Daha ədalətli dünya mümkündür” adlı kitabda Ərdoğan Türkiyənin bütün insanlıq üçün ədalət axtardığını izah edir.
Kitabda Türkiyə lideri qaçqın böhranı, beynəlxalq terrorizm və islam əleyhinə olan qlobal siyasət haqqında danışır.
Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının legitimliyi, funksionallığı, effektivliyi və idarə edilməsi problemlərinə də diqqət çəkdiyi kitabda xüsusilə təşkiların Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac olduğunu vurğulayır.
"Ədalət bu gün dünyanın ən çox ehtiyac duyulan problemlərindən biridir. Qlobal ədalətin bərqərar olmasından məsul olan qurumlar təəssüf ki, böyük bir ətalət içindədir”, - deyə Ərdoğan kitabda qeyd edib.

Mənbə: "Modern.az"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.