» » İlham Əliyev Vladimir Putinlə görüşüb

İlham Əliyev Vladimir Putinlə görüşüb

İlham Əliyev Vladimir Putinlə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

Rusiya Prezidenti Vladimir Putin dedi:

-Qurban bayramınız mübarək! Sizi təbrik edirəm, ən xoş arzularımı bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Vladimir Putin: Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir.

Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib.

Prezident İlham Əliyev: Hətta daha çox.

Prezident Vladimir Putin: Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyirik.

Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm.

Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

Moskvanın Vnukova-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.
 
İlham Əliyev Vladimir Putinlə görüşüb

Mənbə : İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz