» » R.T.Ərdoğan: "Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik... Şuşanı ziyarət edəcəyik...."

R.T.Ərdoğan: "Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik... Şuşanı ziyarət edəcəyik...."

R.T.Ərdoğan: "Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik... Şuşanı ziyarət edəcəyik...."

Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iyunun 13 və 14-də keçiriləcək Zirvə toplantısına qatılmaq üçün Brüsselə səfər edəcək.
Toplantıda NATO-nun gələcək inkişafı, alyansın təhlükəsizliyinə təhdidlərlə yanaşı, Əfqanıstana qətiyyətli dəstək missiyasının başa çatması fonunda bu ölkəyə dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyə liderinin bəzi müttəfiq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

R.T.Ərdoğan: "Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik... Şuşanı ziyarət edəcəyik...."

 

Belçika səfərindən sonra isə sayın Ərdoğan iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcəkdir.
Bunları Brüsselə yola düşmə anında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında mətbuata verdiyi açıqlamalarında bildirib.
Sayın Ərdoğan daha sonra demişdir:
"NATO Zirvəsindən sonra qardaşım Əliyevin dəvəti ilə Azərbaycana rəsmi bir səfər gerçəkləşdirəcəyəm. Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizin sülh, rifah və sabitliyinin təminatıdır.
Proses çərçivəsində Azərbaycan Qarabağda tarixi bir zəfərə imza ataraq, 30 illik işğala son qoyub. Qarabağ zəfəri daimi sabitliyin qapısını aralayıb.
10 dekabr 2020-ci ildə Bakıda təşkil olunan Zəfər Paradını izləmişdim.

Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik. Şuşanı ziyarət edəcəyik. İyunun 16-da milli komandamızın Uelslə oynayacağı oyunu da Əliyevlə izləyəcəyik”

Torpağımız, xalqımız ən əziz Qonağını qarşılamağa hazırdır. Sayın Ərdoğan, hörmətli Türk xalqı hər zaman
Azərbaycan xalqının dualarındasınız.

R.T.Ərdoğan: "Bu dəfə zəfərin qazanıldığı torpaqlara gedəcəyik... Şuşanı ziyarət edəcəyik...."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.