» » Rəcəb Tayyib Ərdoğan: "Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”

Rəcəb Tayyib Ərdoğan: "Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfər edəcək. Beynəlxalq ictimaiyyət bu səfərə xüsusi diqqət ayırmaqdadır. Azərbaycanın özündə is bu görüş xalq üçün böyük önəm daşıyır və hamı Ərdoğanın gəlişini səbirsizliklə gözləyir.
Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib:
"NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. Səfər çərçivəsində Fizuliyə gedəcəyik. Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşüb müqavilə imzalayacağıq. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.