» » Xalq artisti Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti Ramiz Əzizbəyli vəfat etdi

Bu gün Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

"Ana və Uşaq.az" APA-ya istinadəın xəbər verir ki, Xalq artistinin ailəsindən verilən məlumata görə, o, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi..
Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.
Azərbaycan kino rejissoru aktyoru, Xalq artisti, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni laureatı Ramiz Hacı Ağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.
M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti[3], 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur...

Xalq artisti Ramiz Əzizbəyli vəfat etdi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 93
  • Məqalələri: 1264
^
Allah rəhmət etsin.
  • Нравится
  • 0