» » Bayden və Ərdoğan Qarabağı müzakirə edəcək

Bayden və Ərdoğan Qarabağı müzakirə edəcək


Bayden və Ərdoğan Qarabağı müzakirə edəcək

İyunun 14-də NATO Liderlər Zirvəsi çərçivəsində keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin görüş proqramı bəlli olub.
Xarici kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
O bildirib ki, liderlər Şərqi Aralıq dənizi, Suriya, İran, Dağlıq Qarabağ və Əfqanıstanı müzakirə edəcəklər.
"Bayden Ərdoğanı yaxşı tanıyır. Onlar əlaqələrin bütün aspektlərini nəzərdən keçirmək üçün bu fürsəti dəyərləndirməyi səbirsizliklə gözləyirlər”, - Sallivan qeyd edib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz