Rusiyalı deputat: "Yeni təşkilat yaratmaq, bu işə hüquqi baxımdan çox diqqətlə yanaşmaq lazımdır"
Müəllif: Anaveusaq.az от 16-05-2017, 16:31
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev RF Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) bağlanması haqqında qərarını şərh edib.
Deputat qeyd edib ki, mayın 15-də RF Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycanlılar Konqresi ləğv edilib. D.Savelyev deyib: ”Bu, olduqca xoşagəlməz vəziyyətdir. Şübhəsiz, keyfiyyətli apellyasiya hazırlamaq imkanlarını axtarmaq və bu qərara məhkəmə qaydasında etiraz etmək lazımdır. Bir halda ki, məsələ məhkəməyə çatıb, onda bu konkret vəziyyəti məhz Rusiya qanunvericiliyi çərçivəsində həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istərdim: ölkələrimiz və vətəndaşlarımız arasında qarşılıqlı münasibətlər çox yüksək dəyərdir. İllər boyu, onilliklər, əsrlər boyu qurduğumuz və qoruyub saxladığımız münasibətlər bu lokal vəziyyətdə zərər çəkməməlidir. Hesab edirəm ki, əgər bu vəziyyəti düzəltmək mümkün olmasa, yeni təşkilat yaratmaq, bu işə çox diqqətlə yanaşmaq və Rusiyada azərbaycanlıların ictimai birliyinin fəaliyyətini tam həcmdə bərpa etmək lazımdır. Əminəm ki, həm Rusiyanın, həm də Azərbaycanın bütün vətəndaşları nizamlanmış və keyfiyyətli iş istəyirlər, çünki xalqlarımız arasında dostluq bizim hamımız üçün baza dəyəri olaraq qalır”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
AZƏRTAC-ın xüsusi müxbiri
Mənbə:http://azertag.az/xeber/Rusiyali_deputat_Yeni_teskilat_yaratmaq_bu_ise_huquqi_baximdan_chox_diqqetle_yanasmaq_lazimdir-
Oxşar postlar:
- Dmitri Savelyev: "Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir"
- Dmitri Savelyev: “Azərbaycan Rusiyanın ən perspektivli və etibarlı tərəfdaşıdır”
- L.Slutski: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan güclü dövlətə çevrilib”
- Dmitri Savelyev: "Əminəm ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini həll edə biləcək "
- Məhkəməyə müraciət qaydaları
- Oxunub: 1 738
- Şərhlər: 0
- Bölmə: Xəbərlər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Ən çox oxunanlar
Yazarlar