» » Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib

Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib

Müəllif: Vüsal от 7-04-2017, 13:00

Aprelin 7-də "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.

Saat 12:00-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində "Su festivalı” keçiriləcək, konsert proqramı təşkil olunacaq.

Xatırladaq ki, "Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından götürdükləri Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən Bakıya gələn idmançıları salamlayacaq.

Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib

Mənbə:http://azertag.az/xeber/Xezerden_baslayan_su_seyahetinin_Naxchivan_merhelesine_start_verilib_

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.