» » Səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq

Səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmdə səs salıb. Ölkəmizdə fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı Baş nazirin müavini, Komitənin sədri Əli Həsənov məlumat verib.
Aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar.
Komitə sədri deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir.

Səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq

Mənbə:http://azertag.az/xeber/Sefirlerin_ve_beynelxalq_teskilatlarin_numayendelerinin_Cocuq_Mercanliya_seferleri_teskil_olunacaq-1030532

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.