» » Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Müəllif: Təsisçi от 1-01-2017, 11:34
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Yeni ilin ilk günü saat 01.15 radələrində İstanbulun Ortaköy rayonunda bir terrorçu silahla atəş açaraq "Reina” gecə klubunun girişindəki polis əməkdaşını və bir vətəndaşı öldürüb. Daha sonra içəri daxil olaraq bayram şənliyi üçün gəlmiş günahsız insanlara atəş açıb. Ölənlərin sayı 39 nəfər olduöğu məlumat verilir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu hadisə ilə bağlı məlumat verən daxili işlər naziri Süleyman Soylu bildirib. S.Soylu hadisənin terror aktı olduğunu qeyd edib.
"Hadisə nəticəsində 69 nəfər yaralanıb. Onların müalicəsi davam etdirilir. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu qeyd edilir”,-deyə nazir vurğulayıb.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hücum nəticəsində ölən 39 nəfərdən 21-nin şəxsiyyəti artıq müəyyənləşib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölənlərin 15-i xarici ölkə vətəndaşlarıdır.
Nazir terror hadisəsinin bir nəfər tərəfindən törədildiyini bildirib. Qeyd edib ki, həmin şəxs gecə klubunda insanlara atəş açdıqdan sonra üst geyimini dəyişərək hadisə yerindən uzaqlaşıb.
Baş verən terror hadisəsi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı vermişdir.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana


Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana 

Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
Biz dinc insanlara qarşı bu xain əməldən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 yanvar 2017-ci il.
 
Mənbə: http://azertag.az/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz