» » Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası

Müəllif: Dəyanət от 23-12-2016, 00:00
"Ana və Uşaq” jurnalı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) dərc olunmuş məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 22 dekabr 2016-cı il tarixində Şuranın növbədənkənar iclası keçirilmişdir.
Şuranın qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır.
Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.   
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.