» » Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar

Müəllif: Vüsal от 14-12-2016, 00:15
Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar
İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dünyanın 48 ölkəsindən məktəblilərin qatıldığı olimpiadada Azərbaycandan altı şagird iştirak edib.
Sumqayıt şəhərindəki təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, "İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli "Ekologiya” liseyinin şagirdi Turan Bayramlı, "İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.
Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada üç mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, üçüncü mərhələdə isə praktik bacarıqları yoxlanılıb.
Cari ilin noyabrında olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyənləşdirilib və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil olunub.

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar

Mənbə: http://azertag.az/xeber/Azerbaycanli_mektebliler_beynelxalq_olimpiadada_bes_medal_qazaniblar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.