» » Ağaclar haqqında bunları bilirdinizmi (III yazı )?

Ağaclar haqqında bunları bilirdinizmi (III yazı )?

Müəllif: Dəyanət от 18-11-2016, 00:40


Dişbudaq ağacı (ehtiras)


Çox cazibədardır. Həyat, yaşamaq şövqü güclü olan bu çəxsiyyətlərin qabiliyyətləri də hər vaxt ön plandadır. Tənqidə heç zaman əhəmiyyət verməz və zəkasıyla hər çətinliyi dəf edə bilər. Eqoistlikləri də var, amma çox ağıllı və etibarlı olarlar. Zaman- zaman pulun cazibəsinə də asanca qapıla bilən dişbudaq ağacı qrupuna aid insanlar maraqlı əlaqələrə hər vaxt ehtiyac duyarlar.

 

Gürgen ağacı (zövq)


Həyatını mümkün olduğu qədər asanlaşdırmağı sevər. Zövqlüdür. Vizual və dad hissiyatı daha inkişaf etmişdir. Qarşısındakı adamdan nəzakət gözləyər. Romantik istiqamətlərinin əmin edilməsi onun üçün əhəmiyyətlidir. Sədaqətli dostlara, sevgi tərfinə özü də sədaqətli sirdaşdır. Duyğu və düşüncələrindən heç bir zaman tam əmin ola bilməz. Vicdan sahibidir, amma ətrafındakı insanlara heç də hər zaman tam etibarla etməz. 


Ağaclar haqqında bunları bilirdinizmi (III yazı )?

 

Əncir ağacı (həssaslıq)


Əzmli və qərarlı bir şəxsiyyətdir. Dürüst, müstəqil olmağı sevən və eyni zamanda sadiq bir xarakteri vardır. Qəbul edilə bilən şeyləri müzakirə etməyi xoşlamaz, ziddliyyətləri xoşlanmaz. Dostcanlıdır, uşaqlara hədsiz rəğbəti var. Heyvanları da eyni nisbətdə sevər. Əslində, "ictimai bir kəpənəkdir" deyə bilərik. Zarafata meyillidir.


Qayın ağacı (yaradıcılıq)


Lider olma xüsusiyyəti ilə önə çıxar. Çox yaxşı həyat və karyera qurmaq planları var. Gərəksiz risklərdən hər vaxt uzaq dayanan bu qrup, maddi təminatlıdırlar, özlərinə çox yaxşı baxarlar. İdmana və diyet kimi məsələlərə qarşı olduqca həssasdırlar. Yaradıcı niyyətlərini diqqətdən qaçırmazlar.


Ağaclar haqqında bunları bilirdinizmi (III yazı )?

 

Huş ağacı (ilham)


Həyat eşqi güclü bir şəxsiyyətdirlər. Dostcanlıdırlar, təvazökar, dürüst və ədalətlidirlər. Sakitliyi və təbiəti çox sevərlər. Yaradıcı istiqaməti çox inkişaf etmiş olduğu üçün xəyalpərəst bir tərəfləri vardır. Heç bir zaman ehtiraslarına məğlub olmaz. Bu istiqamətdən ayrı bir cazibədarlığa malikdir. 

Qaraağaç (zadəganlıq)


Xarici görünüşünə xüsusi əhəmiyyət verərlər. Zövq istiqamətləri çox inkişaf etmişdir. Səhvləri bağışlamağı o qədər də sevməzlər. Qaydalar yaradar, amma heç bir zaman bu qaydalara aludə olmazlar. Dürüst və sadiq bir yoldaş olurlar. Başqaları üçün qərar verməyi sevərlər və çox əliaçıq olurlar. Zarafat etməyi bacarır və xoşlayırlar. 

 

Palıd ağacı (cəsarət)


Təbiət dostudur. Cəsur, güclü və təmizürəkli olurlar. Müstəqil olmağı sevərlər. Həssasdırlar. Ayaqları hər vaxt yerdə olar, yəni hərəkətli insanlardır. İradəlidir.

 

Şam ağacı (Barışçı)


Malik olduqları şəxsiyyətləri ilə ətrafındakıları təsir edə bilər. Barışın və yaxşı niyyətin tərəfdrıdırlar. Ətrafındakılara kömək etməyi sevərlər. Şeir yazmaqdan çox xoşlanarlar. Aşiq olduğunda acı çəkər. Başqaları tərəfindən qorunmaqdan çox xoşlanar. Romantika həyatlarının ayrılmaz hissəsidir.


Ağaclar haqqında bunları bilirdinizmi (III yazı )?

 

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz