» » Məhəbbət quşları (I yazı)

Məhəbbət quşları (I yazı)

Müəllif: Anaveusaq.az от 3-11-2016, 01:22

Məhəbbət quşları (I yazı)

Məhəbbət quşuları tutuquşlarının Avstraliya qitəsinə xas "Melopsittacus” cinsində yer alan tək növdür. Məhəbbət quşları qırmızı tutuquşular və əncir turuquşuları ilə yaxın "qohumdurlar”. Kiçik, amma uzun quyruqları olan bu quşlar yabanı mühitdə yaşyırlar. Ümumi olaraq bədənləri yaşıl və ya sarı olur, qanadlarında qara taralı xətləri vardır. Bu cazibədar xarici görünüşlərindən ötrü, məhəbbət quşları bütün dünyada ev şəraitində saxlanılır. Evlərdə bəslənən məhəbbət quşları mavi, ağ, tamamilə sarı və ya tamamilə ağ rəngə sahib ola bildikləri kimi, çox fərqli kombinasiyalarda ola bilərlər. Avstraliyanın quraq bölgələrindəki çətin şəraitdə beş milyon ildən bəri varlıqlarını qoruyub davam etdirməkdədir.
Ömürləri 15 ilə qədərdir.                                                                  

Məhəbbət quşları (I yazı) 

Ənənəvi olaraq xəttli tükləri səbəbiylə məhəbbət quşunun "Neophema" və "Pezoporus" arasındakı keçid növü olduğu iddia olunur. Ancaq DNT ardıcıllığı əsas alınaraq aparılan son filogenetik işlər bu quşların qırmızı tutuquşu (alt familya: "Loriinae") və əncir tutuquşusu (oymaq: "Cyclopsittacini") ilə yaxın qohum olduğunu ortaya çıxardı. 

Anatomiya və fiziologiya

Təbii mühitlərində məhəbbət quşları, 18 sm uzunluğunda, 30-40 qram ağırlığındadır. Qarın və bud nahiyələri açıq yaşlı, arxa və qanad səthləri qara-sarı fon və naxışlarla örtülüdür. Yeniyetmələrdə alın və sifət zonası sarıdır. Ancaq gənc fərdlər 3-4 aylıqda yetkin tüklərinə çatmağa başlamalarına qədər dimdiklərinin üstündəki pərdəyə qədər uzanan qara xətləri saxlayır. Boğazlarının iki yaxasında bənövşəyi bir bölgə və qara ləkələr olan bu quşlar tünd mavi quyruğa və quyruq tüklərinin başqa, açıq sarı ərazilərə malikdir. Qanadlarında yaşıl-qara uçuş tükü saxlayırlar. Dimdikləri zeytun və ikibarmaqlı ayaqları mavimsal boz rəngə malikdir.

Məhəbbət quşları (I yazı)


Avstraliyada təbii mühitlərində yaşayan məhəbbət quşları evdə bəslənilənlərə görə daha kiçikdir. Ev mühitində yaşayan quşlarda mavi, boz, alabəzək, bənövşəyi kimi rənglər üstünlük təşkil edir. Zoomağazalarda ən çox mavi, yaşıl və sarı olanlarına rast gəlinir. Bir çox digər tutuquşuda olduğu kimi, bu quş növünün də qanadları ultrabənövşəyi işıq altında flyuoressensiya xüsusiyyətinə malikdir. Bu vəziyyət cinsi uyğunluq və kürt yatm ilə əlaqəli olduğu güman edilir
Burun bölgəsinin rəngi, cinsiyyətlər arasında fərqliliklər göstərər. Erkək fərdlərin burunları bənövşəyi və tünd çəhrayı, qadınların burunları ağa yaxın rənglərə malikdir. Bəzi qadınların burunları balalama dövrlərində qəhvəyi rəngə dönür. Ancaq albinosluq və ya bəzi digər genetik pozğunluqlara malik olan erkəklərin burunları həmişə açıq çəhrayı qalır.
Altı aylıqdan daha böyük məhəbbət quşlarının cinsiyyətləri, istər burun rəngləri, istər davranışı, istərsə də kəllə şəkillərinə rahatca müəyyən rdilə bilə,r.
Kişilər, adətən, xoşbəxt, mehriban, çölə meylli və nəğməlidirlər. Dişilərsə, adətən, dominant və sosial baxımdan dözümsüzdür.

Görmək, duymaq

Məhəbbət quşları (I yazı)


Normal insan gözü üç rəng spektrini görür, lakin bu tetrakromat adlanan və insan oğlunun son min ildəki ən böyük təkamül mərhələsi kimi göstərilən xüsusiyyəti (tetrakromasi) sahibi insanlar, dörd rəng spektrində görürlər. Bunun səbəbi də gözdə normal insanda üç olan yerinə dörd dənə yüksək həssas işıq reseptoru hüceyrə tipi olmasıdır.
Normalda canlıların gözlərində yerləşən işığa həssas konus hüceyrələrinin təkamül və ehtiyaclarına görə müxtəliflik göstərməsi üzündən bu hisslə yanaşı rəng spektrini görmə şəklinə görə bu ad qoyulur. Bir çox heyvan növündə trikromasi; Yəni üç rəng spektrinə həssaslıq olduğu bilinir, amma tetrakromasi məməlilərdə indiyə qədər sınıflan-mış bir xüsusiyyət deyil. Amma müstəsna gecə görüş və başqa növ xüsusiyyətlər geri əks etdirmə başqa cür təkamül etmiş olduğu bilinir.
Nəticə olaraq, insan tetrakroması zidd bir rəng korluğu mutasiya kimi bir vəziyyət. Və rəng korluğunun də dişi genləri köçdüyü tanınır və tetrakromat genlərinin də eyni şəkildə köçdüyü və yayıldığı təxmin edilmişdir.
Həmçinin pentakromasi deyə beş rəng spektrinə həssaslıq vəziyyəti də məlum olan bir xüsusiyyət. Amma yalnız bəzi quş və kəpənək növlərində müşahidə olunmuş və çox az-az təsadüf edilən bir xüsusiyyət imiş.
Bir çox quş kimi, məhəbbət quşlarının da tetrakromatik rəng görüşləri olur. Bundan başqa, bu quşlar, ultrabənövşəyi spektrlərdə işıqları xatırlaya bilməkdədir. Qırtlaq nöqtələri ultrabənövşəyi işıqları əks etdirdiyi üçün bir quşu digərindən ayırmada istifadə edilməkdədir.

Məhəbbət quşları (I yazı)

Ekoloj
Məhəbbət quşları köçəri quşlar olub, ümumi olaraq Avstraliyadakı kolluq, çəmənlik və açıq meşəlik sahələrdə yaşayırlar. Ümumi olaraq kiçik sürülər halında gəzişən bu quşlar, bəzi hallarda böyük sürülər də meydana gətirə bilərlər. Davamlı yer dəyişdirmə meylində olan məhəbbət quşları qida və suyun vəziyyətinə görə başqa yerlərə köç edərlər. Quraqlıq nəticəsində toplu halda meşəlik və ya sahilyanı sahələrə köçərlər. Qidalarını ümumi olaraq toxumlar, spinifekslər, lawns, otlar və sair qidalarla təmin edərlər.
St. Petersburg, Florida -ABŞ-da təbiətə buraxılmış yabanı məhəbbət quşları 1940-cı illərdən bəri müşahidə edilməkdədir. Ancaq indiki vaxtda 1980-ci illərin başında olduqları qədər bol deyildirlər. Bunun səbəbi olaraq bu quşların sığırçın və sərçələrlə rəqabətə girərək bu rəqabətdə məğlub olması göstərilir.

Əhliləşdirilmiş məhəbbət quşları

Məhəbbət quşu, cənnət tutuquşusu (Agapornis roseicollis) ilə birlikdə dünya səviyyəsində sıx olaraq əhliləşdirilən iki tutuquşu növündən biridir. Təbiətsevərlər bu quşları əhliləşmiş qəfəs quşu olaraq tanıyıb qıbul edir. Bunun tarixi 1850-ci illərə qədər uzanmaqdadır. Mütəxəssislər uzun illər ərzində bu quş növünün fərqli rəng, şəkil və tük mutasiyalarına sahib fərdlərini əldə etmək üçün məşğul olblar. Əldə edilən yeni fərdlər arasında albino, mavi rəngli, darçın rəngli, düz qanadlı, qara, boz qanadlı, opal, alaca, pullu və bənövşəyi rəngli fərdlərr vardır.
Standart-tip (və ya İngilis) məhəbbət quşlarının ölçüləri, yabanı fərdlərin təxminən iki qatı qədərdir. Qabarıq tükləri səbəbindən dimdik və gözləri az qala görünməz ola bilər. Bu ingilis məhəbbət quşlarının qiymətləri daha bahalı olsa da , 7-9 illik həyat müddətlərinə görə digər növlərdən geridə qalırlar. İngilislər məhəbbət quşlarını nümayişlərdə özüylə çıxardar. Ancaq satışdakı məhəbbət quşları ümumi olaraq təbii halda yaşayanlarla təxminən eyni ölçüdədir.
Muhabbet quşları ağıllı və ictimai heyvanlar olub, oyuncaqlara, insanlara və digər quşlara maraq və yaxınlıq duya bilərlər. Maraq istəyən heyvanlardır, maraq görməyincə böhrana girə bilərlər. Özünü yolmaq, davamlı yuxulamaq kimi əlamətlər göstərə bilərlər. Xüsusilə dişi fərdlər odun kimi materialları çeynəmə meyli göstərir. Qorxduqları zaman özlərini yerdən ola yüksəyə çıxarıb tüklərini dərilərinə yapışdıraraq bədənlərini incə göstərirlər. Son dərəcə qorxaq və həssas heyvanlardır. Qorxudan öldükləri müşahidə edilmişdir.

Məhəbbət quşları (I yazı)

Evcil məhəbbət quşları danışmağı öyrənə bilər, yeni növ oynaya bilər və insanlarla əylənə bilər. Dişi və kişi fərdlər mimika səslər öyrənmə və bunları təqlid etməyə meyillidir. Ancaq bu qabiliyyət kişi fərdlərdə daha inkişaf etmiş vəziyyətdədir. Dişi fərdlər, ümumiyyətlə, danışmağı öyrənsələr də, o qədər də çox söz öyrənə bilməz. Kişilərin öyrəndiyi söz sayı isə yüzlərə çata bilər.
Bu quşlara maraq göstərənlər, ilk növbədə, bu quşların xarekterik xüsusiyyətlərini bilməlidir. Məhəbbət quşlarında ən böyük sıxıntı səbəblərindən birincisi laqeydlikdir. Əgər məhəbbət quşu ilə heç məşğul olmasanız, danışmaz.
Danışması tələb olunursa, hər gün onu qorxutmadan təmasda olmaq və yanında qısa sözlər istifadə etmək lazımdır. Əgər ki çox vaxtınız yoxdursa, evdən çıxdıqda televiziyanı açıq qoya bilərsiniz.
Məşğul olunduğu halda, danışmayan məhəbbət quşları da ola bilər. Belə olarsa, baytar həkiminə məsləhət etmək faydalı olar. Əgər ki, məhəbbət quşu sizinlə məşğul olmur, oyuncaqlarla məşğul olursa, oyuncaqları dəyişdirin.
Xüsusilə yaşıl dalğalı tutuquşular danışma meyli yüksək quşlardır. Amma laqeyd yanaşılarsa, heç bir quş danışmaz.
Əhliləşdirilmiş məhəbbət quşlarının həyat müddətləri beş-9 il arasında dəyişir. Ancaq bunlardan ömürləri 15-20 ilə çatan quşlar da olur.
Həyat müddətləri məşq, qidalanma və s. səbəblərdən asılıdır.
Məhəbbət quşları fərddən fərdə dəyişir. Bəzi məhəbbət quşları ilk gündən sahibinə alışırkən, bəziləri 1 ilə alışa bilməzlər.
 

Məhəbbət quşları (I yazı) 

Məhəbbət quşları (I yazı) 

Məhəbbət quşları (I yazı) 

Qeyd: Türkcədən tərcümə, mənbə kimi bax:http://bizekatilin.tr.gg/Papagan-Cesitleri-ve-Muhabbet-Kuslari.htm

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz