» » Zooparklar bağlanılmalımı, qorunmalımı?

Zooparklar bağlanılmalımı, qorunmalımı?

Müəllif: Dəyanət от 3-11-2016, 00:45

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

"...XXI əsrdə biz daha ciddi ekoloji problemlərlə qarşılaşırıq. "Lakin bu problemlərin aradan qaldırılması üçün daha yaxşı prinsiplər vardır. Hər bir vətəndaş, hər bir cəmiyyət və hər bir ölkə mövcud həqiqəti göstərməlidir ki, fəaliyyət imkanı yarandıqda dünyanın müxtəlif yerlərindən milyardlarla olmasa da, milyonlarla insan ekoloji pozulma və çirklənmənin sona çatdığını görsün. Gündəliyimizdə vacib məsələlər çoxdur və mən ümid edirəm ki, müzakirələrimiz yazılı siyasi sənədlərin, nizamnamələrin və müqavilələrin yaranması ilə nəticələnəcəkdir. "Yaşıl həftə" iştirakçılarını göstərdikləri böyük maraq və həvəsə, qloballaşan dünyada ekoloji problemlərin həlli üçün yeni yollar axtarmaq cəhdlərinə görə alqışlayır, "Yaşıl həftə"nin təşkili və həyata keçməsində zəhmət çəkən bütün insanlara təşəkkürümü bildirirəm. Azərbaycanda keçirilən "Yaşıl həftə" layihəsinin sonuncu olmayacağına, əksinə irimiqyaslı və qlobal məlumatlılıq kampaniyasının, uğurlu iş fəaliyyətinin başlanğıcı olacağına ümid edirəm"
Leyla Əliyeva,
Heydər Əliyev Fondunun vitse-prezidenti

Qlobal dünyanın ən ciddi problemlərindən birincisi, bəlkə də elə ekologiya problemidir. Fəqət, insanlar heç vaxt bunun fərqində olmamışlar. Nəticəsi də bu olmuşdur ki, dünya çoxlu sayda anomaliyalarla üz-üzə qalmışdır.
2014 –cü ildə Dünya İqtisadi Forumu 700 mütəxəssislə birgə hazırladığı Qlobal Risk Hesabatında dünyanı təhdid edə biləcək 10 böyük səbəbə diqqət çəkildi:
 

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

İşsizlik
Su böhranı
Yüksək gəlir ədalətsizliyi
İqlim dəyişikliyinə
Qasırğalar artması
Qlobal idarəetmə müvəffəqiyyətsizliyi
Qida böhranı
Maliyyə təşkilatların çökməsi
Siyasi və ictimai qeyri-sabitlik
Kritik mövqedə olan ölkələrin vətəndaşlarının gözündə dövlətlərinə güvənilərinin sarsılması

Bu rislərin üçü birbaşa təbiətlə- ətraf mühitlə bağlıdır.
Ən modern texnologiyaların tətbiqi , daxili yanma mühərriklərindən ətrafa yayılan zəhərli tullantılar
ekoloji mühiti dözülməz hala salmışdır: alimlər ozon qatı ilə bağlı həyəcanlı xəbərlər verməkdədirlər. Oksigen qazının sürətlə azalması ilə zəncirvari fəsadlar bir-birinin müşayiət edəcək: buraya günəşin zərərli şüaları, hava çatışmazlıği, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və s anomaliyalar daxildir. Belə anomaliyalar nəinki təkcə insan ömrünün müddətinə əks təsir edəcək, hələ yaşadığı müddət üçün də səhhətlərinin tez-tez pozulmasına, qeyri-normal doğuşlara , hətta ahəngdar işləmənin çətinləşməsinə səbəb olacaqdır. Bəli, bunlar cəmiyyətin, dünyanın ən 1-ci qayğılarıdır. Unudulmamalıdır ki, insanların sayı artmaqla yanaşı, texnika və texniki tələbatların artması da təbiidir. Bunlar insanları həyatın, dünyanın xilası üçün birləşdirməlidir. Dünya bir məkanda deyil, hər yerdə qorunmalıdır. Təbiəti, heyvanları qorumaq lazımdır. Təbii sərvətlər tükənəndir, ondan elə istifadə edilməlidir, istifadə edilənin yeri elə doldurulmalıdır ki, gələcək nəsillər də yaşaya bilsin.

Azərbaycan dövləti dünyanın başı üstünü almış ekoloji problemlərin həlli istiqamətində dünyanın bir çox beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq edir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarlarda ekoloji layihələr həyata keçirilməkdədir. Artıq IDEA layihələri geniş ictimaiyyət tərəfindən tanınan, qəbul edilən bir qurumdur və insanlar İDEA-nın həyata keçirdiyi layihələri dəstəkləyir.
Aşağıda təqdim edəcəyimiz yazı da bu mövzuya aiddir və çox humanist yanaşma tələb edir. Əvvəllər şəhərimizin küçələrində sahibsiz heyvanların həyatlaını bitirməklə ovlanması səhnələrinə rast gəlmək olardı.İndi bu hallar aradan qaldırılıb. Bunun üçün xüsusi sahələr mövcuddur, sahibsiz heyvanlar ovlanmaqla həmin ərazilərə köçürülürlər.
"Ceyranları qoruyaq” layihəsi də bu qəbildəndir.
Ən vacibi də səmərəli maarifləndirilmə işlərinin aparılmasıdır. "Ana və Uşaq”
jurnalı da bu hərakatda IDEA-nın xəttini tutmaqda davam edəcəkdir.

Türk mətbuatından oxuyub bəyəndiyimiz bu yazını həmin xəttə sadiqliyimiz kimi təqdim edirik.


Zooparklar bağlanılmalımı, qorunmalımı?

Təbiət və ətraf şüuru inkişaf etdikcə, bundan 30 -40 il əvvəl heç gündəmdə olmayan təbiətə bağlı bəzi məsələlər, artıq ciddi bir şəkildə müzakirə olmağa başladı. Bunlardan biri də zooparklar ilə bağlıdır.

 

Bu gün zooparklar haqqında cəmiyyətdə mövcud olan fikirlər birmənalı deyildir ; bir qrup insan zooparkların zooparkların heyvan həbsxanası olduğu fikrini irəli sürür və onların qapadılmasına çağırır. Digər bir qrup sə əksinə, nəsli kəsilməkdə olan növlərin qorunması məqsədilə zooparkların qalmasını məqsədəuyğun hesab edir.
1978-ci ildə UNESCO tərəfindən elan edilən " Heyvan Haqları Universal Bəyannaməsi ''nə görə bütün heyvanlar həyat haqqına sahibdirlər. Zərurət olmadan bir heyvanın öldürülməsi həyata qarşı cinayətdir. Heç bir heyvana pis davranılamaz, mərhəmətsiz və qəddar hərəkət edilə bilməz. Bir heyvanın öldürülməsi zəruri olsa, belə halda da, heyvanı qorxutmaq, işgəncə vermək olmaz. Heyvanlar üzərində acı çəkdirən təcrübələr etmək də heyvan hüquqlarına ziddir.
"Heyvan Haqqları Universal Bəyannaməsi" çərçivəsində zooparkları dəyərləndirək.
1. Heyvanlar üçün olan bu bağlar(zooparklar) qalmalı deyənlərin əsas arqumenti "növlərin qorunması" dır . Bundan 65 milyon il əvvəl meteor çarpması dinozavrların yox olması ilə nəticələnmişdir. Ondan əvvəl də təxminən növlərin çox böyük sayının yox olmasını şərtləndirən təbii anomaliyalar baş verdi.
Amma bu gün dünyada nə meteor çarpır, nə yeni bir buz dövrü başlayıb, nə də "Yellowstone” super vulkanı partladı. İndiki vaxtda növlər insanlarla bağlı səbəblərdən yox olur.
A) Həyat sahələrinin yox olması ...
İnsan, əhalisi və istehlakı artdıqca digər növlərin həyat sahələrinə doğru irəliləməsi genişlənir. Şəhərlər, yollar, tarlalar, fabriklər, anbarlar heyvanların həyat sahəsini davamlı daraldır. Bəslənmək üçün kafi qaynaq tapa bilməyən canlıların əhalisi da sürətlə azalır.
 

Zooparklar bağlanılmalımı, qorunmalımı? 

B) Ovlanma ...
Ovlanma bəzən qida təmini üçün, bəzən zərər görən tarlaları və heyvan sürülərini qorumaq üçün, bəzən də kürk, fil dişi və s. fantastik insan zövqlərini qarşılamaq üçün edilmiş və hələ də edilməkdədir. Üstəlik elə böyük ölçülərdə ovlanılmaqda ki, sırf bu səbəblə soyu tükənmə mərhələsinə gələn bir çox heyvan növü var. Ancaq heyvanların ovlanmalarının daha bir səbəbi daha var: zooparkların özünü heyvan əti ilə təmin etmək ...
C) Ətraf mühitin çirkliliyi ...
Dənizlər, çaylar, atmosfer ağılınıza hara gəlirsə insanlar tərəfindən sürətlə çirkləndirilir. Ya atmosferə atılan istixana qazlarla, ya çaylara, dənizlərə buraxılan kimyəvi tullantılar səbəbiylə ... Məsələn, Qara dənizin 30 metr altında oksigen və bu səbəbdən həyat qalmamış. Sırf sənayenin dənizə saldığı tullantılar səbəbiylə
 
2. Zooparklar bağlanılmalı deyənlərin arqumentləri isə özündə bir çox elmi, fəlsəfi və əxlaqi iddia saxlayır. Məsələn, onların arqumentlərunə baxaq:
A) Heyvanlar azad deyil ...
İnsanlar, ümumiyyətlə, heyvanların ağıllı və duyğulu olmadığını düşünür. Bu baxış və düşüncə ilə onları qəfəsə salanda bədbəxt olacaqlarını ağıllarına belə gətirmirlər. Əksinə, hətta tam tərsinə, guya onları vəhşi həyatın çətinliklərindən, bəlkə də ölməkdən xilas etdik və sanki bir lütf olduğumuzu düşünürük. Halbuki bu, gerçək deyil. Heyvanlar ağıllıdır və duyğuları vardır. Sevirlər, hirslənirlər, xoşbəxt , bədbəxt ola bilərlər. Zooparklarda onları qəfəslərə məhkum etmək əxlaqi deyil. Niyə onlar azad təbiət üçün doğulubsa, məhbuslar kimi yaşamalıdır, qəfəslərdə yaşamalıdır, onları təbiətdən ayırıb azadlıqlarını məhdudlaşdırırlar? Cinayətləri nə?
B) Heyvanlar üçün kafi bir həyat sahəsi yoxdur ...
Yabanı heyvanlar davamlı hərəkət halındadırlar və həyatlarını davam etdirə bilmələri üçün, növlərinə görə müəyyən bir coğrafi sahəyə ehtiyac duyarlar. Məsələn, zooparklarda həyat sahələri ortalama olaraq bir aslan üçün 18.000 qat, bir qütb ayısı üçünsə 1.000.000 qat daha kiçikdir.
 

 

Zooparklar bağlanılmalımı, qorunmalımı? 

 

C) Heyvanlar zooparklarda öldürülür ...

PETA-nın (Heyvanlara Etik müalicə üçün mübarizə edən Təşkilatı) məlumatlarına görə yalnız Avropadakı heyvan bağçalarında hər il 5 min- 7 min 500 heyvan, çoxluq və ya maliyyə imkansızlıqları səbəbiylə öldürülür. Məsələn, Danimarkada iki zürafənin eyni qəfəsdə yaşamasının mümkün olmadığı səbəbiylə uşaqların gözü qarşısında məhv edərək aslanlara yedirilmişidir. Danimarkada, yenə başqa bir heyvanat bağında, eyni səbəblə başqa bir zürafə daha qətl edildi. Çox açıq bir şəkildə görünür ki, bu cür öldürmələr zooparklar üçün artıq tipik haldır ...
Danimarka heyvanat bağçaları dünya standartlarına görə olduqca yaxşı vəziyyətdədir ... Onda Asiyada, Afrikada olanları düşünün.

D. Heyvanlara pis rəftar edilir ...
Zooparklarda heyvanların döyülmə halları var, cəzalandırılma olaraq aç da saxlayırlar. Minimal baxım xərcləri yüksək olduğu üçün onlara minimal olaraq da baxılmır. Məsələn, İndoneziyadakı Surabaya zooparkı konkret bir nümunədir. Digər heyvanat bağçaları də bu qədər önə çıxmasa belə, Surabaya zooparkında məhum olan heyvanlardan daha günahsız deyil. Budur, Surabaya zooparkında heyvanların həyatı:


Zooparklar bağlanılmalımı, qorunmalımı?

F)Heyvan bağçalarında heyvanlar daha az yaşayır ...
Ümumiyyətlə, bəzi insanlar heyvanların zooparklarda, heyvan parklarında xəstəliklərdən və təbiətin şiddətindən uzaqda, daha uzun müddət yaşadıqlarını düşünülər. Ancaq bu, doğru deyil. Həyat sahələrinin darlığı, pis qidalanma, pis rəftar heyvanların həyat müddətini getdikcə qısaltmaqdadır. Məsələn, vəhşi Afrika filləri zooparkda yaşayan fillərdən 3 qat daha uzun yaşayır.
E) Heyvanlar təbii mühitlərində qorunmalıdırlar ....
Heyvanat bağçaları bağlanılmalı deyənlərin ən əhəmiyyətli arqumentlərindən biri də budur. Çünki heyvanat bağçalarında heyvanların baxımı çox maliyyə tələb edir. Halbuki, onları təbii mühitlərində qorumaq mümkündür. Ovlanma qadağan edilməsi / məhdudlaşdırılması və müəyyən coğrafi sahələrin qorumanması belə qoruma üçün kafi olacaqdır.

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

Zooparklar bağlanılmalımı, qorunmalımı?

 

Zooparklar bağlanılmalımı, qorunmalımı?


Qeyd: Türkcədən tərcümə edilmişdir, müəyyən ixtisarla verilir (bax:https://dogayakacis.com/2014/12/24/hayvanat-bahceleri-kapatilmali-mi-korunmali-mi/ )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.