» » Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır


Yaşadığım ərazi 15 ilə yaxın tamam başqa görkəmdə idi: Məhəllədə piyada yolundan, küçədən başqa boş yer yox idi. Hər yer hasara alınmışdı. Binanın yuxarı mərtəbələrindən gecə saatlarında atılan məişət tullantıları, bkokun ağzına, səkilərə qoyulan salafan torbalar adi hala çevrilmişdi. Kommunal sahənin işçiləri apardığını aparırdılar, apara bilməyəndə də yandırırdılar.
 Məişət tullantıları saxlanılan çənlərin yerləşdiyi meydançanın yanındn keçmək olmurdu: ya gərək burnunu tuta idin, ya da həmin yerlərdən tez addımlayıb uzaqlaşa idin.

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

 Ərazidə axarı olmayan tualet var idi, indi də durur. Bunun yerini bilməyənlər özlərini ətrafdakı budkaların, transfarmatorların, ağacların arxasına verirdi.
 Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır
Bunlar ölkənin paytaxt şəhərində baş verirdi.   Bir neçə ay əvvəl   ərazinin  abadlaşdırılması  işinə başladılar.  Abadlaşdırılma  uzun çəkdi, İnsanlar aylarla toz-torpağın  yaratdığı  problemlərlə üz-üzə qaldılar.
 
 Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır 

 
 Müəyyən  işlər  başdansovdu edildi, amma buna da şükür, əvvəlkindən qat-qat yaxşı məhəllə yaradıb insanların istifadəsinə verdilər.   Bu   abad  və yaraşıqlı  park qzbəüz binada yaşamış  Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli kapitan Nəcəf  Şikar oğlu Şikarovun adını daşıyır.   Çoxlu sayda rahat, səliqəli oturacaqlar qoyuldu. Sakinlərin tələbatını ödəyir. Amma   başlanğıcda  "besedka"lar qoyulacağı bildirilsə də, hətta yerləri gğstərilsə də, bir dənə besedka qoyulmayıb. Küçənin bir tərəfi işıqlandırılır, amma bir tərəfinin heç dirəklərini də basdırmayıblar.  Uşaqlar üçün futbol meydançasının   qapıları qoyulmayıb.
Digər idman avadanlıqları yetərincədir və  həm uşaq və gənclər, həm də yaşlı insanlar burada hər gün idman təmrinləri ilə məşğuldur.
Məhəllə tam  göy çəmənə bürünüb.  Adama ləzzət edir.
 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

 İndi   həyətimiz  Xətai rayonunun abad məhəllələr siyahısında yer alır.  Bu işdə əməyi olan hər bir kəsə sakinlər  minnətdarlıq edirlər. Xətai Rayon İcra Hakimiyyətinin  başçısı hörmətli Rafiq Quliyevə,  Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi  Fəxrəddin Məmmədova təşəkkür  edirlər.

 İndi sakinlər səhərlər yerindən qalxıb abad həyətə düşür,  səliqə ilə sıralanmış qazonlar arasında gəzişərək təmiz hava alır, idman  avadanlıqları ilə   gümrahlıqları qayğısına qalırlar.
 Bu şərait,bu rahatlıq  burada yaşayan sakinlərindir, bu əraziyə yolu düşən   həmvətənlərimizindir, qonaqlarındır. Qorumalıyıq, qayğısına qalmalıyıq. Əgər istəyiriksə ki, bu gözəllik  bir daha aradan  çıxmasın, diqqət və qayğı mütləqdir. Təbiət ancaq sevgi və qayğı gördüyü yerdə uzunömürlü olur.
Açığı deyim ki, müəyyən narahatçılıqlar var. Əsasən də uşaqlar və yeniyetmələr tərəfindən müəyyən qaydalar  gözlənilmir.
  İctimai əmlakla ( buraya çəmənlikdən , ağac və kollardan tutmuş bütün ümumi istifadə üçün nəzərdə tutulmuş   bina və avadanlıqlar, məişət əşyaları daxildir) uşaq və yeniyetmələr çox insafsız münasibət bəsləyirlər. 
İdman meydançasında çox  əhaəmiyyətli  avadanlıqlar quraşdırılıb.Birdə görürsən   12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş yelləncəyə  20- və daha yuxarı yaşlı  şəxs  əyləşib.    Bir adam üşn nəzərdə tutulmuş qurğuya 2-3   nəfər    minir və sair. 
 Dünənə kimi bir əlçim  yaşıllığa həsrət uşaqlar indi sürəkli şəkildə yaşıllığın üstündən keçirlər.Bir kolun, ağacın yanından keçəndə qol-budaqlarını qırırlar.  
Şəkildə gördüyünüz avadanlq qoyulduqdan 2 gün sonra  kobud istifadə edildiyindən bu hala düşmüşdü.

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır


Siz küçədə, bayırda öz ölkəsini, kəndini, şəhərini bəyənməyib, Avropanı tərifləyənadamlara rast gəlməmisinizmi? Elə can atırlar ki, bir fürsət düşə, Avropaya gedələr. Avropada liftə, küçəyə tüpürmürlər. Küçəyə zibil atmırlar. Küçədə, həyətdə avtomobili necə gəldi parkovka etmirlər, lazım oldu-olması  siqnal vermirlər. Siqareti yerə atmırlar, ictmai əmlakı korlamırlar, yaşıllığın üstü ilə o tərəf-bu tərəfə keçmirlər.Körpə ağacların yanından keçəndə budaqlarını, yarpaqlarını qoparmırlar.
 Və yaxud uşaqlar üçün nəzərdə tutulmuş  futbol meydançası   dəmir torla  əhatələnib, qapısı qıfılla bağldır ( qapılar qoyulmadığı  üçün hələ istifadəyə verilməyib). 26  noyabr tarixdə   gecə saatlarında qonşu binalarda yaşayan dəcəllər  meydançanın qapısındakı qıfılı qıraraq  içəri 
 daxil olaraq  düz meydançanın ortasına  mağaza və atelyelərdə paltar nümayiş etdirmək üçün insan formasında düzəldilən qadın fıquru ( belə müqəvvalar çılpaqlığı nümayiş etdirir) qoymuşlar.  Meydança 2 məktəb və 2 bağça yolunun üstündədir . Sakinlər   səhər  idman etmək üçün   əraziyə gələndə  bu manekenlə qarşılaşdılar. Hamı təəccüblə baxır,  bunun nə üşün qoyulduğunu anlaya bilmirdilər.  Məktəbyaşlı uşaqlar  üçün çox zərərli təsirdir bu.  Bu, nə özbaşınalıqdır? Şəhid adını daşıyan parkda  kim belə şeylərə cürət edir?
 

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

 

 Hələ bu harasıdır,  xatirə lövhəsinin  önündə partlayıcı  vasitələrdən istifadə edirlər.  Uşağı da, yeniyetməsi də dərk etmir ki,  bu abidənin öndə ayaqlarını yerə ehmalca  basmalıdırlar. Burada olduqları müddətdə onlar  ürəklərində  şəhidlərin şərəfinə səssiz nəğmə oxumalıdırlar. 
 Müşahidə etdiklərimiz  məktəblərimizdə təlim-tərbiyə işlərinin vəziyyətini göstərir.    
Bir də görürsən  abidənin olduğu əraziyə 2 it gətirirlər . Bu insanlar şəhid  müqəddəsliyi, şəhidə ehtiram haqqını bilmir, ətrafdakı  sakinlərə   hörmət etmirlər.  Heç kimin də gərəyinə deyil. Elə bu günlərdə  kütləvi informasiya vasitələrində  Suraxanı rayonundakı 282  nömrəli məktəbdə   7-ci sinif şagirdinin ipə-sapa yatmayan hərəkətləri haqqında   cüjetlər  nümayiş etdirildi. 
  Bax, belə  nadinclər bu gün hər yerdə var, hamımız məhəllədə, küçədə, nəqliyyatda  belələrini görürük. Nə qədər onların ətrafındayıq, içimizdə çəkdiyimizi çəkirik. Aidiyyəti qurumlar  daha məsuliyyətli olmalı, böyüklə isə qayğılarını daha artırmalıdırlar. İstər  mümunəvi  davranış normaları - böyük kiçik  münasibətləri  olsun, istərsə də  ətraf mühitə qəddar münasibət olsun,   hamı bu cür halları görür,  amma səsini çıxarmır. Bağçada, məktəblərdə uşaqlara özlərindən  böyüklərə, eləcə də  təbiətə, ətraf mühitə qayğı kimi nəcib duyğular zəif  aşılanır. Uşaqlar belə görə-görə, belə ola-ola üzü  sabahlara gedirlər. 5-10 il sonra nə olacaq, necə olacaq, bunu  o vaxt  yox, bu gün  görüb  profilaktik  tədbirlər, maarifləndirilmə işləri gücləndirlməlidir. Hər bir insan övladı eyni zamanda təbiətin uşaqlarıdır. Təbiət də anamız kimi bizi qoynunda böyüdür, qidalandırır. biz də  böyüyüb kamala  yetdikcə, onu düşünməliyik.
 Bizim yazımız  təbiətə aid idi,  amma biz bu axarda rastlaşdığımız və böyükləri  narahat edən daha bir neçə məsələyə də toxunduq. Dünyamız, insanlarımız o vaxt bəxtəvər olacaq ki,  mənəviyyatımız da  safdır, təbiətimiz də.
 Bu gün dünya  bir çox  qlobal  fəlakətlərlə  qarşılaşmaqdadır.  Bunlardan biri də günbəgün artmaqda olan  ekolji fəlakətlərdir. Ekoloji fəlakətlər hərbi fəlakətlərdən daha təhlükəlidir.
 İqlim dəyişikliyi, meşələrin kəsilməsi, suyun çirklənməsi, bir çox heyvan növünün yox olması, yeni zərərli istehsal  texnologiyalarının , kimya sənayesinin  insan həyatına  daha çox nüfuz etməsi , habelə əhali sayının  getdikcə artması ,bu qədər insanı öz nemətləri ilə qidalandıran   torpağın, onun yeraltı və yerüstü sərvətlərindən    nizamsız istifadə  insan cəmiyyətinin davam etməsini çox böyük təhlükə qarşısında qoya bilər.

184 ölkənin   15.000 alimi bununla  bağlı narahatlıqlarını ifadə etməkdədirlər.    Gələcəyimiz olan uşaqları  moderatorsuz küçədən, əyləncə yerlərindən yığışdırıb bu məsuliyyətdə böyütmək lazımdır.   Hər uşaq  bir  çiçəyi üzməyib qorusa, bir ağaca su versə,   istifadə edilmiş kağızı, şüşəni, dəmir parçasını : hər cür tullantını  tıkrar istehsala yönlətməyə nail olsa, o,  təbiətin növ müxtəlifliyini qorumuş olur. O,insanlığın yaşıl sipərinə xidmət etmiş olur.

Dünyanın ən çirkli havası olan şəhərlər Cənub-Şərqi Asiyada yerləşir.  Məsələn, Hindistanən Dehli, Lahor, Kəraçi, Kolkata, Mumbay və Katmandu kimi ölkələrində insanlar təmiz hava almaq üçün  15 dıqiqəlik hava udmaq üçün 24 lirə ödəyirlər.
Bu sağlamlığı təkcə dövlətin gücü ilə yaratmaq və qorumaq olmaz. Hər bir şəxs özünü bu qayğıya cəlb etməlidir.İnsanlar özləri təbiəti sevsələr, qorusalar,təbiətin qayğısına qalsalar, onda dövlət qurumlarından da bunu tələb edə bilərlər. Bizdə isə belədir ki, insanlar ətraf mühitə nankor münasibət bəsləyir, amma dövlət qurumlarını ittiham edirlər.
Təmiz havanı pulla alaqmı?

Biz təbiətin uşaqlarıyıq, təbiət bizim anamızdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.