» » Dünyanı gözləyən 10 böyük təhlükə

Dünyanı gözləyən 10 böyük təhlükə

Müəllif: Dəyanət от 23-09-2016, 16:10

                                 Dünyanı gözləyən 10 böyük təhlükə      
İngilis "The Guardian” qəzeti dünya şöhrətli 10 elm adamına dünyanı və insanlığı gözləyən ən böyük təhlükələri və onların reallaşma ehtimallarını soruşmuşdur. Bu, 10 böyük təhlükənin qarşıdakı 70 il içərisində reallaşma ehtimalları, baş verərsə, nəticələri və bu təhlükələrə qarşı insanların edə biləcəkləri sonda təhlükə balları verilərək qiymətləndirildi.
Qlobal istiləşmə
East Anglia Universitetindən Nik Brooksun təqdim etdiyi təhlükəyə görə 21-ci əsrin sonunda qlobal istilik 2 dərəcə artacaq və son 1.5 milyon ilin ən yüksək istilikləri müşahidə ediləcəkdir. Amma Brooks qlobal istiləşmənin bəşəriyyətin sonunu gətirəcəyini güman etmədiyini bildirsə də, problemin bu potensiala qətiliklə sahib olduğunu bildirib.
70 il içində olma ehtimalı yüksək/ insanlıq üzərindəki təhlükə xalı: 6

Dünyanı gözləyən 10 böyük təhlükə

Telomer aşınması
Vyana Universitetindən Dr. Reinhard Stindl hər heyvan xromosom sonunda "telomer” adlı qoruyucu qapaqların olduğunu və bunların təkamül prosesində hüceyrələrin çoxalması ilə kiçilərək müdafiəçilərini itirdiklərini bildirib. "Telomer” aşınması deyilən bu hadisə ilə Alzheimer kimi qocalmağa əsaslanan xəstəliklərin artması və erkən yaşda görülməsi ehtimalı yaranır.
70 il içində olma ehtimalı aşağı/ insanlıq üzərindəki təhlükə xalı: 8
Nüvə döyüşləri
Liberal-Demokrat partiyasının təmsilçisi, aviasiya marşalı Lord Sad nüvə döyüşün nəzəriyyədə insan övladını məhv etmə ehtimalının çox az olduğunu bildirib.
70 il içində olma ehtimalı aşağı/ insanlıq üzərindəki təhlükə xalı: 8
Böyük virus epidemiya
Virolog Professor Doktor Mariya Zambon 1918-ci ildə 20 milyon insanın ölümünə səbəb olan qrip epidemiyasını xatırladaraq qlobal miqyasda bir virus epidemiyasının insan irqini yox etməyəcəyini bildirib. Professor belə bir virusun uzun illər sivilizasiyada ciddi bir geriləmə edə biləcəyini bildirib.
70 il içində olma ehtimalı çox yüksək/ insanlıq üzərindəki təhlükə xalı: 3
Qlobal terrorizm
Sankt- Andrews Universitetindən Prof. Paul Wilkinson kimyəvi və bioloji silahla keçiriləcək kütləvi qırğınların sərbəst hərəkətinə əngəllənmə zəmanətinin olmadığını və belə böyük hücumların reallaşma ehtimalının çox böyük olduğunu dedi.
70 il içində olma ehtimalı çox yüksək/ insanlıq üzərindəki təhlükə xalı: 2

Dünyanı gözləyən 10 böyük təhlükə

Meteor çarpması 
NASA-nın Dünyaya Yaxın Cisimlər Proqramı Bürosunun rəhbəri Donald Yeomans ciddi böyüklükdə bir meteor vuruşmasının ortalama milyon ildən bir baş verdiyini deyib. Belə bir toqquşma nəticəsində atmosfer nəhəng böyüklükdə toz təbəqəsiylə örtüləcək və həftələrlə günəş işığına mane olacaq.
70 il içində olma ehtimalı orta/ bəşəriyyət üzərindəki təhlükə xalı: 5
Robotlar
Karnegi Mellon Universiteti Robot Texnikası İnstitutundan Professor Hans Moravec, 2050-ci ilə qədər insanın zehin gücünə malik ağıllı robotların mövcud olacağına inandığını və bunların hakimiyyəti ələ keçirəcəklərini bildirib.
70 il içində olma ehtimalı yüksək/insanlıq üzərindəki təhlükə xalı: 8

Dünyanı gözləyən 10 böyük təhlükə

Kosmik şüa yağışı
İsrail İbrani Universitetindən Nir Shaviv dünyanın partlayan bir ulduzdan qaynaqlanan kosmik şüa yağışına tutulduğu təqdirdə Buzlaq Çağına girəcəyini deyib.
70 il içində olma ehtimalı aşağı/ insanlıq üzərindəki təhlükə xalı: 4
Super vulkanlar
College London Universitetindən Prof. Bill Mcguire hər 50 min ildən bir super vulkanların partladığını bildirib, belə bir vəziyyətdə atmosferin sulfat turşusuyla örtülərək gün işığının itiriləcəyini deyib.
70 il içində olma ehtimalı çox yüksək/ insanlıq üzərindəki təhlükə xalı: 7

Dünyanı gözləyən 10 böyük təhlükə

Qara dəlik udar, yoxsa
Harvard Universitetindən Richard Wilson "qara dəliklər” haqqında malik olduqları məlumatlardan danışıb və dünyanın bir "qara dəlik” tərəfindən udulmayacağını deyib.
Türkcədən tərcümə (Mənbə kimi bax:http://www.astroset.com/bireysel_gelisim/kuresel/ilke.htm )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.