» » Tarixdə bu gün - 15 oktyabr

Tarixdə bu gün - 15 oktyabr

Müəllif: Vüsal от 15-10-2017, 00:15
15 Oktyabr

İlin 288- ci günü
İlin sonuna 77 gün qalır.
Mühüm hadisələr: 

1806 – Bakı xanlığı Rusiyanın tabeliyinə keçmişdir.
1815 – Fransız imperatoru Napoleon Müqəddəs Elen adasına sürgün edilmişdir.
1975 – Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında Avropa Konvensiyası qəbul edilmişdir.
2003 – İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2008 – İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilmişdir.

Doğum günləri:

1814 - Rus şairi, dramaturq, rəssam Mixail Yuryeviç Lermontov anadan olub.
"Zəmanəmizin qəhrəmanı” romanı, "Mtsıri”, "Hacı Abrek”, "Qafqaz əsiri” poemaları, "Maskarad” pyesi və s. Azərbaycanda olub, "Aşıq Qərib” dastanını qələmə alıb.
1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.

Tarixdə bu gün - 15 oktyabr1928—Azərbaycan  Respublikasının  Xalq rəssamı  Yusif İsmayıl oğlu Hüseynov Bakıda anadan olmuşdur.

1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirmişdir.

Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etmiş Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaratmışdır.

Onun ardıcıl və müntəzəm şəkildə iri həcmli akvarel silsilələrinə qüvvətli meyl etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunmuş "Xınalıq” akvarellər silsiləsindən "Yağışdan sonra” lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil etmişdir.

Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyllər rəssamın yaratdığı portretlərdə də öz əksini tapmışdır.

Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olmuşdur. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərmişdir. "Göyərçin” uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr vermişdir.

Yusif Hüseynov 1964-cü ildə Azərbaycan Respublikasının "Əməkdar rəssamı” adına layiq görülmüşdür. Respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, 1987-ci ilə qədər ittifaqa rəhbərlik etmişdir.

Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunmuşdur. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.

1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təsirlənərək "Материнство: Analıq” adlı rəsm əsərini yaratmışdır.

Görkəmli rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat etmişdir.


Tarixdə bu gün - 15 oktyabr1932 - Şair Hafiz Baxış Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur.

Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur.

Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir.

1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır.

Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır.

1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o, altı poema qələmə alsa da, əsasən,  lirik şair kimi tanınmışdır.

İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.

1989-cu ildə sentyabrın 4-də vəfat etmişdir.

Tarixdə bu gün - 15 oktyabr1950   Məşhur tarzən, Azərbaycan Respublikasının Xalq  artisti Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.

Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.
Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.
Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır.
Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər - Şəhriyar İmanov, Sahib Paşazadə, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.
2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

Ağasəlim Abdullayev "Rast”, " Humayun”,  "Çahargah”, "Şüştər”, "Şur” muğamının,  "Zabul segahı”nın, "Bayatı - Şiraz”ın mahir ifaçısıdır.


 Tarixdə bu gün - 15 oktyabr 1969 — Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla oğlu Rzayev Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur.

1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başladı.

O, "N" saylı bölüyün "N" saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravənd kəndlərində düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüşçü dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi.

Müharibədən alnı açıq çıxan Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı. 8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edir. Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilir əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.

Azərbaycan Respublikası prezidetnin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rövşən Abdulla oğlu Rzayev  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı   fəxri adına layiq görülmüşdür.

Sahil qəsəbəsində dəfn edilib.

Sahil qəsəbəsində qəhrəmanın adına park var. Bu  parkda  büstü qoyulub.


Tarixdə bu gün - 15 oktyabr1979Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirmişdir.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi ‎sistemində çalışır.
Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb.
2008-‎ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.
2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönmüşdür. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.
Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra etmiş, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Rus, türk, ingilis və fransız dillərini bilir.


Vəfat etmişdir:

 
Tarixdə bu gün - 15 oktyabr1988 - Professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov vəfat etmişdir.
Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur.Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır .
Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini” olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.
Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır.
Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov "Şərəf nişanı" (1967), "Qırmızı Əmək Bayrağı" (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.

 

Tarixdə bu gün - 15 oktyabr1991 - Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Barat oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İmamverdi Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kәnd orta mәktәbini bitirmişdir. Mәktәbi bitirdikdәn sonra İmişli rayonu Hәrbi Komissarlığının göndәrişi ilә Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildә hәqiqi hәrbi xidmәtә çağırılıb. 1972-ci ildә ordudan tәrxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlәr Şöbәsindә sürücü-milis nәfәri kimi işә başlayıb, oxumaq arzusu ilә 1973-1977-ci illәrdә Bakı Mailyyә-Kredit Texnikumunda tәһsil almışdır. Sonra Azәrbaycan Nәqliyyat milisinin Bakı xәtt milisindә işlәmişdir.
Zabit rütbəsi ilә 1980-ci ildә İmişli rayon DİŞ-dә mühafizә bölmәsindә baş inspektor vәzifәsindә çalışıb. 1987-ci ildәn İmişli rayonunda qanunçuluğun keşiyindә durub.
Daһa sonra mәlum Qarabağ Һadisәlәri başlayanda İmamverdi də silaha sarıldı: Cəbrayıl rayonunun müdafiәsindә dörd ermәni tankını mәһv etdi, Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat davam edən döyüşdə 28 nәfәr ermәni quldurunu məhv edən qəhrəman eloğlumuz özü dә şәһid oldu. Bu an 1991-ci il oktyabrın 15-də səhər çağı baş vermişdi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
İmişli sakinlәri bu gün İmamverdi Əliyev adı ilә ünvanlanmış küçədən iftixar һissi ilә keçirlәr.
Bu gün İmamverdi Әliyevin doğulub boya-baş çatdığı Qulubәyli kәnd orta mәktәbi igid döyüşçünün adını daşıyır. Bir vaxt fəaliyyət göstərdiyi İmişli rayon Daxili İşlər Şöbəsinin inzibati binasının önündə büstü qoyulmuşdur.


1996 - Azərbaycan Respublikasının Əməkdar artisti Gültəkin Əjdər qızı Cabbarl 67 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 15 oktyabrGültəkin Əjdər qızı Cabbarlı 9 mart 1929 -cu ildə Bakıda anadan olmuşdur: C.Cabbarlının qardaşı qızıdır.
1947-cü ildə orta məktəbi bitirib.
1950-cı il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub.
1953-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub.
1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub.
1990-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.
Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.
Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var. Gültəkin Cabbarlının səsini daha çox Güney Azərbaycan dinləyiciləri yaxşı tanımış, ona "Gültəkin ana" deyərək qəlblərində yer vermişlər. Çünki Gültəkin xanım uzun müddət Cənubi Azərbaycan redaksiyasında çalışaraq hər gün həmvətənlərimizlə təmasda olmuşdur.
Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.

 

Tarixdə bu gün - 15 oktyabr2003 — Nəğməkar şair, publisist, Respublika Lenin komsomolu mükafatı laureatı  Nüsrət Yusif oğlu  Kəsəmənli  58 yaşında Təbrizdə  vəfat etmişdir.

Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən).


Tarixi gün və bayramlar:

BMT-nin Uşaq Fondu -YUNİSEF 15 oktyabr tarixini rəsmən Ümumdünya Əlyuma Günü elan edib. Bu təşəbbüs ilk dəfə BMT Baş Məclisi tərəfindən Sanitariya ili elan olunan 2008-ci ildə keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb. Tarixin bu günü BMT-nin dəstəyi ilə bütün dünyada təşkil edilən genişmiqyaslı aksiyaların əsas məqsədi Asiya, Afrika və Cənubi Amerikada bir sıra xəstəliklərin profilaktikasına əsas yanaşma kimi gigiyenik prosedura əməl olunmasının vacibliyini ictimaiyyətə çatdırmaqdır.

Tarixdə bu gün - 15 oktyabr


15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür. 2007-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə təqvimə daxil edilən bu tarixdə kənd qadınlarının cəmiyyətdə rolu diqqətə çatdırılır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtula bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaqdır. Kənd qadınlarının övladları səhiyyə xidmətlərindən, təhsil və qidalanma imkanlarından daha yaxşı istifadə etdikcə, bu xeyirlər daha da artacaqdır.

Tarixdə bu gün - 15 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz