» » Tarixdə bu gün - 14 oktyabr

Tarixdə bu gün - 14 oktyabr

Müəllif: Vüsal от 14-10-2017, 00:15

Mühüm hadisələr:

 

1743 — Şirvanda üsyan. Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.

1993 — BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi.

 

Doğum günləri:

 

Tarixdə bu gün - 14 oktyabr

 

1933 - Böyük şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) Naxçıvan MR- də (Nursu, Şahbuz) anadan olmuşdur.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur.

2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.


Tarixdə bu gün - 14 oktyabr 1981 — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid  olmuş  Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanov   Neftçala rayonunun   Həsənabad qəsəbəsində     anadan olub.

Samid İmanov 1988- 1998-ci illərdə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində təhsil almışdır.  1998-ci ildə  Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş  və Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.

Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatıldı. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak etdi.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.

Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləridə qatıldı. Azərbaycanın dövlət himni səsləndirilənsən sonra yaylım atəşinin sədaları altında mayor Samid İmanovun uğrunda şəhid olduğu torpaşa tapşırıldı. Mayorun tabutuna çəkilən bayrağ isə şəhidin qardaşı Sadiq İmanova təqdim olundu.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görüldü.

Mayın 16-sı isə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə bağlı  sənədləri və "Qızıl Ulduz" medalını   atası Gülağa İmanova təqdim etmişdir.


Vəfat etmişdir:

 

1962 - Azərbaycan SSR-nin Xalq artisti Əli Mirzə Əli oğlu Qurbanov vəfat etmişdir.Tarixdə bu gün - 14 oktyabr

Əli Qurbanov 20 iyun 1898-ci ildə Tbilisi də anadan olmuşdur.

Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov, sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək səviyyəli obrazlar yaratmışdır. Xalqımız və dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə alaraq ona 1938-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1940-cı ildə isə Azərbaycan SSR xalq artisti adı vermişdir. O, "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və bir neçə medallara layiq görülmüşdür. 1951-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur.

Aktyor Möhsün Sənaninin qohumudur.

 

Tarixdə bu gün - 14 oktyabr   1974- Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Bəhlulzadə Səttar Bəhlul oğlu Moskvada vəfat etmişdir.Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

  "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı,"Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərlər S.Bəhlulzadənin yaradıcılığında  əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə cü ildə Moskvada vəfat etmiş və doğulduğu  Əmircan kəndində dəfn olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.