» » Tarixdə bu gün - 12 noyabr

Tarixdə bu gün - 12 noyabr


12 noyabr

İlin 316-cı günü (uzun illərdə 317-ci).
İlin sonuna 49 gün qalır.

Mühüm hadisələr:

1921 — Bakıda ali Qadın Pedaqoji Texnikumu açılmışdır.
1969 — Moskvaya səfər edən Cövdət Sunay, SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.
1979 — ABŞ səfirliyi əməkdaşlarının Tehranda girov götürülməsindən sonra prezident Cimmi Karter İran neftinə embarqo qoyub.
1982 — Yuri Andropov SSRİ rəhbəri seçilib.
1998 — PKK lideri Abdullah Öcalan Roma hava limanında həbs edilib.
1995 — Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçirilmişdir.
2003 — Türkiyə ölüm hökmünü qadağan edən sazişi imzalamışdır.

Doğum günləri:

Tarixdə bu gün - 12 noyabr1936 —Lirik şair, Azərbaycanın Əməkdar İncəsənət Xadimi İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.
1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953-1958).
Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.
2006-cı ildə prezident İlham Əliyevin qərarına əsasən Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.
2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.
Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.
 
 
 
Tarixdə bu gün - 12 noyabr1942— Xalq rəssamı Mirnadir Zeynalov  Bakının Buzovna kəndində doğulmuşdur. 1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər.
Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkmişdir.
Mirnadir Zeynalovun yaradıcılığının əsası başlıca olaraq spektrin əsas rəngləri əsasında qurulmuşdur. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri ayrılmaz hissəyə sahibdir. Onun yaradıcılığında realizm üslubunda çəkilmiş portretlərə, lirik mənzərə əsərlərinə, həmçinin, yalnız müxtəlif rəng çalarlarının istifadə edildiyi abstrakt həllərədək fərqli janr və üslublara rast gəlmək mümkündür.
O, 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, həmçinin, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra qadın portretlərini yaratmışdır.
Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilmişdir. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənmiş, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanmışdır. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.


Tarixdə bu gün - 12 noyabr1950 — Azərbaycanın teatr və kino aktyoru, Əməkdar artist Pərviz Sadıqsaleh oğlu Bağırov Bakı şəhərində anadan olub.
1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq).
Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına , 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

Tarixdə bu gün - 12 noyabr1965— AMEA-nın həqiqi üzvü olmuş Firuz Əli oğlu Məlikov 63 yaşında vəfat etmişdir.
Firuz Məlikov 1902-ci ildə yanvar ayının 7-də Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur.
F.Ə.Məlikov 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş, 1927-ci ildə ali məktəbi bitirmişdir. 1929-30-cu illərdə Politexnik İnstitutun kənd təsərrüfatı bazasında Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. F.Ə.Məlikov əvvəlcə burada Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonralar isə Zootexnika-Bitkiçilik fakültələrinin dekanı təyin edilmişdir. 1935-ci ilin oktyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ona professor adı verilmişdir. Əməkdar elm xadimi F.Ə.Məlikov Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. O, 1948-ci ildə "Azərbaycanda Qaragülçülük" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
F.Ə.Məlikov 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına Azərbaycandan ilk həqiqi üzv seçilmişdir.
1947-ci ildə akademik F.Məlikovun rəhbərliyi altında aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq zərif yunlu "Azərbaycan dağ merinosu" cinsi yaradılmış, ona görə də 1947-ci ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. Akademik F.Məlikovun elmi rəhbərliyi ilə iri buynuzlu heyvanların yeni cinsləri də yaradılmışdır. 1959-cu ildə təsdiq edilən həmin heyvan Qafqaz qonur malı adlandırılmışdır.
1958-ci ildə F.Ə.Məlikov Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsində işləmişdir. Bu nəhəng elm ocağını o, inkişaf etdirərək nəinki Zaqafqaziyada, bütövlükdə keçmiş İttifaqda tanıtdırır. Akademiyanın inkişafı Azərbaycanda kənd təsərrüfatı elminin tərəqqisinə böyük təkan vermişdir. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır.
Akademik F.Ə.Məlikov onlarla elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O, Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetində isə Genetika kafedrasında professor idi. Ömrünün son dövründə, 1962-1965-ci illərdə F.Ə.Məlikov Azərbaycan Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru işləmişdir.
Rusiyada, Misirdə, İngiltərədə və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda oxuduğu mühazirələrlə dünya elmi ictimaiyyətinin böyük hörmətini qazanmışdır.
Firuz Əli oğlu Məlikov 250-dən çox fundamental elmi əsərin müəllifidir. Bunların arasında dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi əsərlər vardır.
Akademik F.Ə.Məlikov 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ölkədə heyvandarlığın inkişafındakı nəaliyyətlərinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə F.Ə.Məlikov Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunmuşdur. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu 1979-cu ildən onun adını daşıyır. Gəncə şəhərində akademik F.Ə.Məlikovun yaşadığı küçəyə onun adı verilmişdir.

Tarixdə bu gün - 12 noyabr1992— Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov Gəncədə anadan olub.
1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.
1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.
1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Rafael Əvəz oğlu Əsədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bayramlar və xüsusi günlər:

Konstitusiya Günü

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

Tarixdə bu gün - 12 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.