» » Tarixdə bu gün - 17 sentyabr

Tarixdə bu gün - 17 sentyabr

17 sentyabr

İ 260-cı günü (uzun illərdə 261-ci). İlin sonuna 105 gün qalır.

Mühüm hadisələr:

1922 - Berlində ilk səsli film nümayiş etdirilmişdir.
1933 - Türkiyə Millətlər Cəmiyyətinə üzv olmuşdur.

Doğum günləri:

1896 — 1933 /1953-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nın I katibi olmuş general-polkovnik Mircəfər Abbas oğlu Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.
26 may 1956 –cı ildə 59 yaşında vəfat etmişdir.

1909— Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi Leyla Ələsgər qızı Məmmədbəyova Bakıda anadan olub.
Tarixdə bu gün  - 17 sentyabrƏslən Qubadan olan Leyla Məmmədbəyova ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.
Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı cəmi altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi.
Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır.
Qadın təyyarəçiyə bir sıra şeir və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma həsr olunmuşdur.

Tarixdə bu gün  - 17 sentyabr1929 — Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, Respublikası Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev anadan olmuşdur.
Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi ni, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir.
Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır.
Cəlal Allahverdiyev 1957-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1960-cı ildən AMEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının müdiridir. 1969-1970-ci illərdə Azərbaycan SSR EA Kibernetika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1970-1988-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru işləmişdir. 1994-cü ildən bu universitetin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə" kafedrasının müdiridir. 1975-ci ildə ABŞ, 1976-cı ildə isə Böyük Britaniyanın bir sıra universitetlərində mühazirələr oxumuşdur. 1996-cı ildə Hindistan, 1997-ci ildə isə Argentinada keçirilmiş məktəblilərin Beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycan komandasının rəhbəri olmuşdur. 1998-2000-ci illərdə İstanbul Universitetində çalışmışdır.
Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur.
Akademik, böyük alim Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Vəfat etmişdir:

Tarixdə bu gün  - 17 sentyabr1944  Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Əkbər oğlu Dadaşov 32 yaşında Böyük Vətən müharibəsi döyüşlərində həlak olmuşdur.
Məhərrəm Dadaşov 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuş və Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Məhərrəm Dadaşov 1945-ci ilin 24 martında Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
 
2014 — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü olmuş Eldar Axundov 66 yaşında vəfat etmişdir.
Eldar Axundov 1948-ci ildə anadan olub.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz