» » Tarixdə bu gün - 22 iyul

Tarixdə bu gün - 22 iyul


22 iyul

İlin 203-cü (uzun illərdə 204-cü) günü.

Doğum günləri:


1802 – Azərbaycan əsilli rus şərqşünası, tarixçi, türkşünas və filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəy Rəştdə doğulmuşdur.
Tarixdə bu gün - 22 iyulAtası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkkəyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran leyhinə cəsusluq fəaliyyətində suçlanır, bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxana sürgün edilir.
Hələ Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazımbəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Və ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək Xristianlıq dininə sitayiş edir.
Kazımbəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridilik və Şamil" (1859), "İslam tarixi" (1860) və başqaları.
Kazımbəy dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazımbəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov Mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.
1849-cu ildə Kazımbəy St. Pterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakultəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O şərq mədəniyyətinin öyrənilmısinə maraq göstərən tələbələrin təcrübi ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cu ildə türk dilinə dair yeni, "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən (o dövrün ən irilərindən biri) ibarət rus-türk lüğəti (sözlüyü) nəşr etdirir. Həmin il "Şərq dillərindənə törəmiş rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.
1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirmısinə imkan vermir.

1913 — Azərbaycan Elmlər Akademiyasının sabiq  müxbir üzvü, Əməkdar elm xadimi,texnika elmləri doktoru, professor Məcid Əhəd oğlu Mərdanov Qəbələ rayonunun Tarixdə bu gün - 22 iyulVəndam qəsəbəsində anadan olmuşdur.
1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan təxris olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.
1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur.
1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur.
Bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu.
Rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün T-6 markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.
Rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir.
Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri" sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə motor yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır.
Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Məcid Əhəd oğlu Mərdanov uzun illər sürən ağır xəstəlikdən sonra 1982-ci il sentyabrın 27-də vəfat etmişdir.

Tarixdə bu gün - 22 iyul1959  Aramızdan vaxtsız  getmiş istedadlı şair, jurnalist  Akif Səməd (Akif Səməd oğlu Məmmədov) Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982).

 

2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır.

"Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur.

Əsərləri:

"Qiblə yelləri" (1992),

"Uzaqlardan gəlirik" (1994),

"Adəmdən" (1995),

"Ömrü özünə yaşasan" (1996)

"Özümə yol" (2004)


Vəfat etmişdir:

1993 — Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 22 iyulNadir Əliyev 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir.
1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Nadir Alış oğlu Əliyev ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

2011— Görkəmli teatrşünas alim İnqilab Saleh oğlu Kərimov 80 yaşında vəfat edib.
Tarixdə bu gün - 22 iyulİnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1948-1953). 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda Teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyir. 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin universitetin professorudur. "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib.
Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı 200-ə yaxın elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" kitabları var. Mətbuatda "İnqilab" imzası ilə çıxış edir.

2017 — Pedaqoji elmlər namizədi Yusif Yusubəli oğlu Aslanov 59 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 22 iyulYusif Aslanov 1958-ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Daşbaşı kəndində anadan olmuşdur. 1978-ci ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Qafan bölgəsinin Gığı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə təhsil aldığı institutun aspiranturasını bitirmiş və həmin ildə "Azərbaycan ümumtəhsil məktəblərində dramatik əsərlərin öyrədilməsi sistemi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Yerli Sənaye Texnoloji texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
2004-cü ildən  vəfatına qədər Sumqayıt Dövlət Universitetində əvvəlcə müəllim, daha sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri işləmişdir. Universitetin "Elmi xəbərlər" (humanitar və sosial elmlər bölməsi) jurnalının məsul katibi olmuşdur.  
3 kitabın, 70-dən artıq elmi-metodik məqalənin, Təhsil Nazirliyinin qrif verdiyi 11 adda fənn proqramının müəllifidir.


Tarixi günlər və bayramlar:


22 iyul Milli Mətbuat Günüdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz