» » Tarixdə bu gün - 4 iyul

Tarixdə bu gün - 4 iyul

4 iyul

İlin 185-ci (uzun illərdə 186-cı) günü.

Mühüm hadisələr:

1918 - Bolşeviklər Rus Çarı II Nikolayı və ailəsini öldürdülər.

Doğum günləri:
 
Tarixdə bu gün - 4 iyul1949- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir.
1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır.
1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir.
Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.
2004-cü ildən başlayaraq Ş.Əlibəyli həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir.
O, hərbi- tərcüməçi ixtisası üzrə ehtiyatda olan zabitdir.
Ş.Əlibəyli həm də yaradıcı insandır. Elmi-pedaqoji fəaliyəti ilə yanaşı poetik tərcümə ilə də məşğuldur. Onun farsdilli ədəbiyyatdan etdiyi tərcümələr bir sıra konfranslarda səslənmiş və müxtəlif məcmuələrdə dərc olunmuşdur. Bir sıra şeirlərinə nəğmələr bəstələnib.
 
Tarixdə bu gün - 4 iyul1950— Rəssam, Azərbaycan RespublikasınınƏməkdar artisti Nabat Məhərrəm qızı Səmədova Qazaxda anadan olmuşdur.
N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir.
Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Ümumən 28 illik iş stajına malik rəssam 60-dan artıq teatr tamaşasının, 14 televiziya filminin quruluşçu rəssamı olmuşdur. N.Səmədov hal-hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.
 
Tarixdə bu gün - 4 iyul1953 — Şair Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu) Quba  rayonunun Yerfi kəndində anadan olmuşdur.
Yerfi kənd məktəbində oxuyub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972-1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət”- indiki "Tibb qəzeti”ni yaratmış və 1991-1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir.
Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər” adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta” da dərc olunması həmin müvəffəqiyyətin davamı idi.
"Şehli kəpənəklər” (1983), "Yağışdan sonra” (1989), "Tənha bir qüssə” (1998), "Tənha payız yarpağı” (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən "Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.
 
1960 — Azərbaycanın Milli Qəhrəmanı Tabil Qasım oğlu Həsənov Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. Tarixdə bu gün - 4 iyul1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.
1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçəndə Tabil təkbaşına onların qarşısını kəsmiş,düşməni ağır təlafta uğrarmışdır. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara hücum etdilər. Saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürülür, onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu. Tabil özü də bu döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Tabil Qasım oğlu Həsənov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.

Tarixdə bu gün - 4 iyul1972 —Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti Nəzakət Xosrov qızı Teymurova Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. 1991-1995-ci illərdə Asəf Zeynallı adına Musiqi məktəbində Nəriman Əliyevin sinfində oxuyub.
1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub.

Hazırda bir çox muğam operalarında aparıcı patiyaları-"Aşıq Qərib"də( Şahsənəm), "Gəlin qayası"nda (Gülbahar),"Şah İsmayıl"da (Ərəbzəngi), "Natəvan"da (Müğənni qız), "Koroğlu"da (Xanəndə qızı) böyük ustalıqla rolları ifa edir.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Dünyanın bir çox ölkələrində - İran, Türkiyə, Fransa, ABŞ, Avstriya, Almaniya, Hollandiya, İsveç, Koreya, Yaponiya və s. qastrol səfərlərində olmuş və milli muğam sənətimizi ləyaqətlə təmsil etmişdir.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Prezident mükafatçısıdır.

Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.

 

Vəfat etmişdir:
 
Tarixdə bu gün - 4 iyul1958 — Böyük istiqlalçı, əfsanəvi partizan, "Qırmızı tabor"un komandirlərindən biri olmuş Tağı Mahmud oğlu İsmayılov 71 yaşında vəfat etmişdir.
Tağı İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O,yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona "Zaqraniçnı Mahmud” [1] deyərmişlər. Heç də təsadüfü deyildi ki, Məşədi Mahmud kiçik yaşlı Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yengicə kəndində yenicə təşkil etdiyi "rus –tatar” ("rus-azərbaycan”) məktəbinə qoyur.
Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. O,bu məktəbdə rus dilində üç il təhsil alır. Ancaq Rusiyada baş verən inqilabı hadisələrdən danışan Vanya Petroviç Tağının mənəvi aləminə ciddi təsir edir, onda yeni dünyagörüş formalaşdırır.
Rusiyaya qayıtmalı olan Vanya Petroviç bu müddətdə hörmətini qazanmış Məşədi Mahmuda yaxın adamlarının biri ilə Məşədi Mahmuda sifariş yollayır: ”Tağıdan nigaran qalma, o,mənimlə bizə - Armavirə gedir.” Tağının Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə tanışlığı onun həyat tarixçəsində haqsızlığa, ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır.
Azərbaycanın istiqlalı uğrunda mübariz. Şimali Qafqazda Armavir dəmir yol çəkilişində desyatnikliyə, mühəndis köməkcisi vəzifəsinə qədər yüksəlir (səhifədə təqdim edilən foto şəkil həmin dövrə aiddir). 1902-ci ildə Naxçıvan-İrəvan dəmir yolunun inşasında iştirak etmişdir. Rusiyanın hərbi qüvvə və texnikasını daşımaq üçün çəkiləcək Şaxtaxtı-Maku-Bəyazid dəmir yolunun tikintisində işləyərkən əsgərlər arasında təbliğat işi apararaq, "Şahtaxtı fəhlə, kəndli və əsgər soveti”nin yaradıcılarından (1917), 1918-1919-cü illərdə Şərur mahalına basqın edən daşnaklara qarşı döyüşçü dəstələrinin təşkilatçılarından olmuşdur.
Şərur mahalının kəndlərini erməni quldurlarından təmizləyən türk hərbi hissələrinin tərkibində həmkəndlilərindən ibarət könüllü döyuşçü dəstələrində vuruşmuşdur.
Xok kəndi altında daşnak ordusuna son zərbənin endirilməsində göstərdiyi igitliyə görə "Türk çapı” adlanan silah və qəbzəsi qiymətli daşlarla bəzədilmiş gümüş xəncərlə təltif edilmişdi. Onun komandiri olduğu partizan dəstəsi 1920-ci il iyulun 28-də Dərələyəz dərəsindən Şərur mahalına hücum edən daşnak quldur dəstəsinə qarşı döyüşlərdə xüsusiilə fərqlənmiş və bu döyüşlərdə Tağı İsmayılov böyük qəhrəmanlıq nümunələri göstərmişdi.
1920-1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor"un komandirlərindən idi.
Sovet dövründə bank, kooperasiya və taxıl tədarükü kombinatı strukturlarının təşkilatçılarından və rəhbərlərindən olmuşdur.
1927-ci ildə kecrilən Azərbaycan kənd təsərrüfatı kooperasiya birliyinin 1-ci qurultayına, 1929-cu ilin yanvar ayında Moskvada keçirilmiş SSRİ kənd təsərrüfatı bankının kredit işçilərinin III ümümittifaq qurultayına həlledici səslə nümayəndə seçilmişdir.
25 yanvar 1939-cu ildə SSRİ Xalq Tədarükü Komisarlığının qərarı ilə "əlaçı tədarükçü”, ”taxılçılıq və çovdarçılıq sənayesinin əlaçısı” və SSRİ tədarükçülüyünün qurucu əlaçısı” – döş nişanı ilə təltif edilmişdir.
Böyük vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə, sərəncamında olan taxıl ehtiyatlarını yaxşı və itkisiz saxladığına görə (onu da qeyd edək ki, Şimali Qafqazın faşistlərdən qaçırılan taxılların çoxu Noraşen taxıl anbarında saxlanılırdı) Tağı İsmayılov 1943-cü il fevral ayının 22-də əvvəlcə SSRİ Xalq Tədarük komissarlığının "Əlaçı tədarükçü” döş nişanı ilə, sonra isə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 24 iyun tarixli fərmanı ilə "1941-1945 illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir. Vicdanla xidmət etdiyinə görə Tağı İsmayılovun əməyi "Şərəf nişanı”ordeninə laiq görülmüşdür.

Tarixdə bu gün - 4 iyul2017 — 14 aylıq körpə Zəhra Elnur qızı Quliyeva Ermənistan Silahlı Qüvvələrinin  hücumu zamanı  qətlə yetirilmişdir.

Zəhra Quliyeva 2015-ci ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.

2017-ci il iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.

Hadisəyə  o zaman ölkə cəmiyyəti və  beynəlxalq təşkilatlar sərt reaksiya vermişdilər. Hadisə ilə bağlı dərhal beynəlxalq qurumlar məlumatlandırılmışdı. Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın təxribatı nəticəsində 2 mülki vətəndaşın ölməsini şiddətlə qınamışdı. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlamışdı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.