Tarixdə bu gün - 11 iyun

1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.
1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.
Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəmişdir. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba getmiş və hər ikisi orta məktəblərdə müəllim kimi çalışmışlar. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıtmışdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırmışdır. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməmişdir.
T

Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib . Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra — 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu".
Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu."
Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı.
Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini Personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi.
Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülara, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır.
Yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.
Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarını?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib.
Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

İsrafil Şahverdiyev müharibənin ilk günlərindən torpaqlarımızın müdafiəsinə qalxmışdrı. O, Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi…
1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə İsrafil Şahverdi oğlu Şahverdiyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
1955 –AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru , professor Nazim Müzəffər oğlu İmanov Bakı
şəhərində anadan olmuşdur.
1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə İctimai Elmlər Akademiyasında (Moskva, RF) doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən "Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin (ÇXR) baş məsləhətçisidir.
Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi (1977-1979), ADİU-da müəllim (1982-1986), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent (1986-1991), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor, Elmi işlər üzrə prorektor (1991-1995) vəzifələrində çalışmışdır.
Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biridir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur .
Elmi fəaliyyəti
Hazırda iqtisadi nəzəriyyə üzrə ölkəmizdə və xaricdə tanınmış alimdir. 7 monoqrafiyası, 100-dən çox elmi məqaləsi dərc olunmuşdur. "İqtisadi etüdlər” (Bakı, 1999, Azərbaycan və rus dillərində) kitabının, "Azərbaycanın post-konflikt ərazilərinin bərpası” (Bakı, 2010, Azərbaycan, ingilis və rus dillərində), "Azərbaycanın reytinqi – beynəlxalq müqayisəli tədqiqatlarda”
(Bakı, 2006, rus dilində), "İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” (Bakı, 2014, Azərbaycan və rus dillərində) monoqrafiyalarının müəllifidir.
"Azərbaycanın post-konflikt ərazilərinin bərpası” kitabının Böyük Britaniya Parlamentinin Lordlar Palatasında (London, Birləşmiş Krallıq), Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda (Vaşinqton, ABŞ), Avropa Parlamentində (Brüssel, Belçika), Rusiya Dövlət Humanitar Universitetində (Moskva, RF) və Karnegi İnstitutunun Rusiya nümayəndəliyində (Moskva, RF) keçirilmiş təqdimat və müzakirələri beynəlxalq səviyyədə ciddi elmi rezonans doğurmuşdur.
Son illər ərzində bir sıra nüfuzlu xarici kitab və jurnallarda, o cümlədən Stokholmda (İsveç) ingilis və rus dillərində nəşr olunan və baş redaktoru olduğu "Qafqaz və Qloballaşma” elmi məcmuəsində 20-yə yaxın məqalə dərc etdirmişdir. Hazırda AMEA İqtisadiyyat İnstitutunun dərc etdiyi "Elmi əsərlər” jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri (İqtisadiyyat seriyası)” və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Statistika xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Azərbaycan iqtisad elmi yeniliklərdən biri də odur ki, o, AMEA İqtisadiyyat İnstitutunda aparılan tədqiqatların nəticələri üzrə xarici ölkələrdə mütəmadi olaraq mühazirələrlə çıxış edir. 2015-ci ildə Tbilisi Dövlət Universitetinin professor-müəllim heyəti qarşısındakı çıxışı həmin Universitetin xaricdən dəvət olunmuş mühazirəçilər üçün tərtib etdiyi reytinqdə birinci olmuşdur.
1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur.
Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun”, "Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov- "Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
Oxşar postlar:
- Oxunub: 1 006
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar