» » Tarixdə bu gün - 5 may

Tarixdə bu gün - 5 may

Müəllif: Vüsal от 5-05-2017, 00:15
 

5 may

İlin 125-ci (uzun illərdə 126-cı) günü

Mühüm hadisələr:

1920 - Azərbaycan İnqilab Komitəsi bəy-xan torpaqlarının kəndlilərə verilməsi barədə qərar qəbul etdi.

Doğum günləri:
 

Tarixdə bu gün - 5 may1851 — Azərbaycan jurnalisti, publisisti, təbiətşünas alim və ictimai xadimi İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində dоğulmuş, Tiflisdə realnı gimnaziyanı, Peterburqda Əkinçilik İnstitutunu bitirmişdir. Paris, Lоndоn və Sürix Institutlarının azad dinləyicisi оlmuşdur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilmişdir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlamış, "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax" ın təsisçisi, naşiri və redaktоru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı оlmuşdur. Bir sıra yazının müəllifidir.
İsa Sultan 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçi David Kapiani məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. O fransız, alman, yunan, latın və ingilis dillərində mükəmməl bilirdi. Təhsilini bitirdikdən sonra İsa siyasi-iqtisadi müzakirələri dinləmək üçün London və Parisə yollanır.
Təhsilini bitirdikdən sonra 1876-cı ildə Tiflisə qayıdaraq, "Tiflisski vestnik" qəzetində çalışmağa başlayır. İsa Sultan türk dilini mükəmməl bildiyi üçün 1877-ci ildə türk-rus müharibəsinin başlanması ilə əlaqədar Qars şəhərinə yollanılır. 1 yanvar 1878-ci ildə Qars bölgəsinə nəzarət üçün rəsmi və xüsusi nümayəndə seçilir. 1878-ci ildə o, köhnə Osmanlı hakimiyyəti altında mülkiyyət hüquqlarının və əhalinin öhdəliklərin müəyyənləşdirilmə Komissiyasının sədri təyin edildi. İsa Sultan 1878-ci ilin oktyabr ayında Qars bələdiyyə başçısı oldu.
O, 1880-1882-ci illərdə mübahisəli məsələləri həll etmək üçün Ərzuruma səfərə göndərilirdi, həmin illərin ən məşhur məsləhətçisi idi. İsa Sultan 1883-cü ildən ömrünün sonuna qədər Qars Rayon Hərbi valisi Aparatının rəhbəri təyin edilib və bu vəzifədə ömrünün sonuna qədər fəaliyyət göstərir.
İsa Sultan 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur.
İsa Sultan Şaxtantinski 1894-cü ildə Tiflisdə vəfat etmişdir. Tiflisdə "Botanika bağı"nın yaxınlığında yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir

 
Tarixdə bu gün - 5 may1856 — Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə xanım Məlikova Şimali Qafqazda  - Nalçikdə doğulmuşdur.
hənifə xanım Həsən bəy Zərdabinin həyat yoldaşı olmuşdur. O, Tiflisdə "Müqəddəs Nina" adlı qız məktəbində təhsil almışdır.
Hənifə xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı idi. O, 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olur.
Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində çox əziyyətlər çəkdi. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açdılar və təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrətdilər.
Hənifə xanım Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynamışdır. O, məşhur "Nicat"cəmiyyətinin Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olmuş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir. 1908-ci ildə ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaranmasında təşəbbüs göstərmişdir. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdiri vəzifəsində çalışmışdır.
Hənifə xanım deyirdi: "Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam".
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə işləmişdir.
Hənifə xanım 1929-cu ildə vəfat etmişdir.
 
Tarixdə bu gün - 5 may1866 — Dövrünün görkəmli yazıçısı və publisisti, pedaqoqu, dramaturqu, teatr xadimi və teatr tənqidçisisi Eynəli bəy Çölü bəy oğlu Sultanov Naxşıvanda anadan olmuşdur.
Eynəli bəy Sultanov 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayır. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov (1862-1896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını həmin cəmiyyətə cəlb edir.
Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında "Ziyalılar cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.
Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov (1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər.
1883-cü ildə Cəlil Məmmədquluzadə və onun naxçıvanlı həmyaşıdları Qori seminariyasında tələbə ikən, Eynəli bəy Sultanov təhsilini başa vurub doğma şəhərinə qayıdır, lakin burada əvvəlki həyat tərzinin hökm sürdüyünü, ətalət və xurafatın həmyerlilərini əsrlərin mürgüsündə saxladığını görür və böyük həvəslə huşyar dostlarından Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları (Nəsrulla və Fərəculla Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun dayılarıdır ? ) ilə birlikdə ilk mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayır. Eynəli bəy Sultanov və dostlarının bu təşəbbüsü, fəaliyyəti Cəlil Məmmədquluzadəni də ruhlandırır. Böyük demokrat yay tətilində Naxçıvana gələrkən görür ki, onun gənc ziyalı dostları artıq yenilik toxumunu səpmişlər. Buna görə də o, dostlarının səy və təşəbbüslərini alqışlayır. Cəlil Məmmədquluzadə təhsilini başa vurub Naxçıvana qayıtdıqda Eynəli bəy Sultanovla görüşür, onun dərin biliyi, yüksək mədəniyyəti Mirzə Cəlili valeh edir. O, Eynəli bəy Sultanovu köhnəliyə qarşı mübarizədə özünün ən yaxın silahdaşı hesab edir və onunla birlikdə fəaliyyətə başlayır. Bu münasibətlə böyük demokrat yazır: "Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu". E.Sultanov və C.Məmmədquluzadə Naxçıvan teatrının yaradılmasında əsas rol oynayırdılar.
Eynəli bəy Sultanov 1935-ci ildə 69 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 5 may1888 — Məşhur şair və aşıq Mirzə Əhməd oğlu Bayramov Azərbaycanın Tovuz rayonunun Cilovdarlı kəndində yoxsul kəndli ailəsində doğulmuşdur.
1896-1899-cu illərdə mollaxanada oxumuşdur. Lakin kiçik yaşlarından şifahi xalq ədəbiyyatına, musiqiyə, el havalarına ciddi maraq göstərmişdir. 12 yaşından Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuş, 1905-ci ildən sərbəst aşıqlıq etmişdir. İlk mətbu əsəri 1932-ci ildə "Allahsız" jurnalında (№10) çıxan "Bitdili busatı" şeridir. Bundan sonra dövri mətbuatda, dərsliklərdə müntəzəm çap olunur. 1927-ci ildə Qazaxda aşıqlar yığıncağında birinci yer tutduğuna görə ona bir dəst kostyum və pul mükafatı verilmişdir. 1928-ci ildə Bakıda I Aşıqlar qurultayında çıxışı yüksək qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. Böyük Vətən müharibəsində sazı və sözü ilə ön və arxa cəbhədə bütün qüvvələri səfərbərliyə almaqda xalqa kömək etmişdir.
"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı ilə təltif edilmişdir..

Tarixdə bu gün - 5 may1892 - Böyük istiqlal şairi Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur.1906-1912-ci illərdə Gəncə ruhani seminariyasında , 1922-1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır.
1920-1922-ci illərdə Quba Xalq Maarif şöbəsinin müdiri, 1930-1933-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor , 1935-1936-cı ilərdə "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29).
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
 
Tarixdə bu gün - 5 may1908 — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Əliqulu qızı Salamzadə Culfada görkəmli maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb.
1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli "Molla Nəsrəddin" jurnalı görən, Naxçıvanın, Tbilisinin ədəbi mühitlərində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə Q.Salamzadə "Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, "Əlsiz adamlar”da (1932) rejissor assistenti, "Rəqs edən bağalar” da (1935) ikinci rejissor, "Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), "Səbuhi”də (1941) və "Bir ailə”də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan” sənədli filmində (1938) II rejissor, "Kənd təsərrüfatı sərgisi”ndə (1940) və "Şəfa nəğməsi”ndə (1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan "Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: "Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”. Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu.Qəmər xanım həyat yoldaşı, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.

Tarixdə bu gün - 5 may1908– AMEA-nın həqiqi üzvü, 1959-1961-cı illərdə AMEA-nın Neft- Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuş Murtuza Fətulla oğlu Nağıyev 1919-1921-ci illirdə Aşqabad şəhərində fəhlə ailəsində doğulmuşdur.
1922-26-cı illərdə keçmiş Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926-29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932-35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936-38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938-40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940-42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir.
1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə "Kimya texnologiyası" ixtisası üzrə professor adına layiq gorülmüşdür. 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.Professor M.F.Nağıyev 1942-ci ildən ömrünün sonuna kimi akademiya sistemində işələmişdir. O, 1942-44-cü illərdə SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunun Azərbaycan filialında böyük elmi işçi, 1944-cü ildə "Katalitik krekinqin fizikası" şöbəsinin müdiri olmuşdur. 1945-46-cı illərdə AMEA-nın Neft İnstitutunda "Neft emalı" şöbəsinin müdiri, 1946-56-cı illərdə isə həmin institutun direktoru və şöbə müdiri vəzifələrində işləmişdir.
Akademik M.F.Nağıyev elmi-tədqiqat fəliyyətini elmi təşkilat işi ilə uzlaşdıran görkəmli alimlərdəndir. O, uzun müddət akademiya institutlarına rəhbərlik etməklə yanaşı, 1952-57-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-59-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-66-cı illərdə isə AMEA-nın baş elmi katibi olmuşdur. 1958-ci ildən ömrünün sonuna kimi keçmiş SSRİ Ali Təhsil Nazirliyi nəzdindəki Ali Attestasiya Komissiyasının üzvü olmuşudr. O, həmçinin keçmiş SSRİ-dəki Neft konqresinə dair Beynəlxalq komitənin (1962), Qarşılıqlı İqtisadi Yardım Şurası Kimya Komissiyasının (1960-75) üzvü olmuşdur.Akademik M.F.Nağıyev elmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə də daim məşğul olmuşdur. O, uzun müddət ASİ-nin kimya texnologiyası fakültəsində "Krekinq proseslərinin texnologiyası" fənnindən dərs demiş, 1959-60-cı illərdə BDU-nun "Fiziki-kimya" kafedrasına rəhbərlik etmiş və "Kimyəvi kinetika" sahəsi üzrə xususi kurslardan tələbələrə mühazirələr oxumuşdur.
Ana dilimizdə neftin texnologiyasına dair ilk dərslik onun qələminin məhsuludur. "Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi", monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, çin) dillərinə tərcümə etmişdir.Akademik M.F.Nağıyev əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına həsr edilmişdir. Onun adı ilə yeni bir elm sahəsi-kimya texnologiyasının nəzəriyyəsi yaranmış və inkişaf edərək müstəqil bir elm səviyyəsinə gəlib çatmışdır. Çox böyük elmi dünyagörüşünə malik olan M.F.Nağıyev fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaratmışdır. Bu isə mürəkkəb kimya-texnologiya prosesləri kompleksinin optimallaşdırılması və idarə edilməsinin mümkün olan yeganə elmi yoludur. Bütün dünyada etiraf edilmişdir ki, resirkulyasiya nəzəriyyəsindən istifadə edilmədən kimya kombinatlar qurğularını, hətta ayrıca reaktorları belə layihələşdirmək qeyri-mümkündür.
28 yanvar 1975-ci ildə 66 yaşında Bakıda vəfat etmişdir.
 
Tarixdə bu gün - 5 may1909— Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyev Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.
1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.
Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir.Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M.Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.
Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
19 may 1969-cu ildə vəfat edib
Qazax avtovağzalının qarşısında büstü qoyulub.
 
Tarixdə bu gün - 5 may1910 — Azərbaycanın görkəmli pedaqoqu, psixoloqu, publisisti, Azərbaycan Sovet Respublikasının Maarif Naziri olmuş Rüstəm Kərim oğlu Hüseynov anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, uşaq evində böyümüşdür. Onunla birlikdə həmin uşağ evində Azərbaycanın görkəmli filosofu akademik Heydər Hüseynov da böyümüşdür. Heydər Hüseynov o vaxtın totalitar rejiminə və repressiyalara dözməmiş və 1948-ci ildə özünə qəsd etmişdir. Heydər Hüseynovun dəfnində iştirak etmək üçün cox az adam özündə cəsarət tapmışdır. Rüstəm müəllim də həmin cəsrətli admalardan idi. O, dostluğuna sadiq qaldı və bir neçə yaxın dostu ilə birlikdə dəfndə iştirak etdi. 1925-1926-cı illərdə Baki Darülmüəllimində təhsil almışdır. Əziz müəllimləri, xüsusi ilə Hüseyn Cavid haqqında həmişə həsrətlə və həvəslə danışardı. Hüseyn Cavidin bütün tələbələri kimi gənc Rüstəm üçün də Hüseyn Cavid bir ideal insan idi. R.K.Hüseynov 1926-cı ildə ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlamışdı. 1931-1936-cı illərdə isə respublikada sayılıb seçilən bir institutun - Azərbaycan Pedaqoju İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəblərdə riyaziyyat müəllimi işləmişdir. 1937-ci ildə Maarif Komisarlığında ibtidai məktəb idarəsinin rəis müavini vəzifəsində irəli çəkilmiş, bir qədər sonra isə pedaqoji məktəblər şöbəsinin müdiri təyin olunmuşdur. 1940-cı ildə o artıq Azərbaycan Müəllimlərin Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışırdı. 1946-cı ildə ordu sıralarından tərxis edildikdən sonra "Azərbaycan Müəllimi" qəzetinin redaktoru kimi fəaliyyətə başladı. 1951-ci ildə "Azərbaycan Məktəbi" jurnalının baş redaktoru təyin olundu və 1963-cü ilə kimi, 12 ildən çox bir müddətdə respublikanın yeganə pedaqoji jurnalına uğurla rəhbərlik etdi. 1963-cü ildə artıq pedaqoji mətbuatın görkəmli nümayindələrindən biri kimi ad-san qazanmış Rüstəm Hüseynov "Maarif" nəşriyyatına direktor təyin olunmuşdur. Ali məktəblər üçün bir çox orijinal dərsliklər, o cümlədən "Pedaqogika" və "Psixologiya" dərslikləri, psixologiya və pedaqogika üzrə sanballı monoqrafiyalar nəşr olunması Rüstəm müəllimin rəhbərlik etdiyi vaxtında olmuşdur. 1966-1977-ci illərdə Rüstəm müəllimin yaxın dostu olan xalq şairi Rəsul Rzanın təkidli xahişi ilə o Azərbaycan Ensiklopediyasının baş redaktorunun müavini vəzifəsində çalışmışdır. Rüstəm müəllim öz həyatını Azərbaycan mətbuatının çiçəklənməsinə həsr etmişdir. Rüstəm müəllim respublikada pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış ilk jurnalistlərdən biri idi. 1981-ci ildə "Tofiq Fikrət" monoqrafiyasını yazmışdır. Rüstəm Hüseynovun doğulduğu gündə, əbədiyyata qovuşduğu gündə may ayının 5-nə təsadüf edir. Rüstəm müəllim 5 May 1998-ci ildə 88 yaşında vəfat edir.

Tarixdə bu gün - 5 may1910— Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyoru, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti, Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış (1955-1959) və 5-ci çağırış (1959-1962) deputatı Adil Rza bəy oğlu İsgəndərov Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumunu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
1966-cı ilə qədər Adil müəllim kinoda aktyor kimi işləmişdi. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu vermişdi. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var.
Adil İsgəndərovun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur. "Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.
"Əhməd haradadır?" bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Film boyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.
Adil İsgəndərovun yaradıcı irsi doğrudan da əsil məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.
Adil İsgəndərov 1978-ci ildə 68 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 5 may1916 - Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Daxili İşlər Naziri olmuş Xəlil Məmməd oğlu Məmmədov Şuşa şəhərində anadan olmuşdur. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılmışdır. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər başında yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdir. Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşdı. Belə bir maneəni keçib getmək qeyri mümkün idi. Tankçılar dəmir troslarla maneəni yox edərək, mina meydançasını keçdilər və şəhərə daxil oldular. Tapşırıq yerinə yetirilmişdi. Rumın torpağında 15 günlük mübarizə ərzində mayor Məmmədovun batalyonu düşmənin 4 tank, 2 özüyeriyən top, 64 artilleriya silahı, 191 avtomaşın, 108 pulemyot, 1375 əsgər və zabitini məhv etmişdi. Həmçinin 3 dəmiryol eşelonu, 350 avtomaşın, 4 min hitlerçi ələ keçirilmişdir.
SSRİ Ali Sovetinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Məmmədov Xəlil Məmməd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Müharibədən sonra İctimai Asayişi Mühafizə İdarəsində və Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri işləmişdir.
21 fevral 1989-cu ildə vəfat edib. Bakı şəhgərindəki II Fəxri Xiyabanda dəfn edilmişdir.

1918 — Məşhur tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi , Azərbaycan milli yaradıcılıq akademiyasının Tarixdə bu gün - 5 maymüxbir üzvü Mirəli Mir Ələkbər oğlu Seyidov Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir. Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə " Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1968-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur.

Tarixdə bu gün - 5 may1922 — Məşhur teatr və kino aktyoru Ələddin Aslan oğlu Abbasov Gəncədə doğulub.
On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasma qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir.
Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.
Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.
 
Tarixdə bu gün - 5 may1923 — Sovet İttifaqı Qəhrəmanı Mehdi Nadir oğlu Quliyev
Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 2
M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır.
Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə,  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür: 17 Noyabr 1943-cü ildə Qafqaz döyüşü və Kerç-Eltigen əməliyyatındakı hərəkətlərinə görə bu ada layiq görülmüşdür.
Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.
Mehdi Quliyev 6 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.
 
Tarixdə bu gün - 5 may1930 — Məşhur muğam ustası , Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov Ağcabədi rayonunda anadan olmuşdur.
Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.
Yaaub Məmmədov 5 iyul 2002 -ci ildə 72 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 5 may1938 — Azərbaycanın Əməkdar incəsənət xadimi, şair və tərcüməçi Ayvazov Ayvaz Məhəmməd oğlu (Eyvaz Borçalı) Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M.Qorki adına  Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra -1964-cü ildə Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır. "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü ,1971-1984-cü illərdə "Mozalan" satirik kino-jurnalının baş redaktoru , 1984-1986-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. 1986-1993-cü illərdə "Kirpi" jurnalının baş redaktoru olmuşdur . Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. Şərəf nişanı ordeni , Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və bir medalla təltif edilmişdir.

Tarixdə bu gün - 5 may 1940— Tanınmış şair, filologiya elmləri namizədi Əliyev Ağa Əliqəmə oğlu (Ağa Laçınlı)Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

Tarixdə bu gün - 5 may1961 — Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyev Gədəbəy rayonunda anadan olmuşdur.
Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur.
19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli, 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gədəbəy rayonunda dəfn edilib.
Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
 
Tarixdə bu gün - 5 may1966 — Azərbaycanın Milli Qəhrəman Elşad Məmmədhənifə oğlu Yəhyayev Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.
Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər...Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərindəki 56 saylı orta məktəbdə büstü qoyulub.

Tarixdə bu gün - 5 may1969 — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın Xalq artisti Ayan Oqtay qızı Mirqasımova Bakıda anadan olub.
Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986-1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.
"Apofiqey - 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

Tarixdə bu gün - 5 may1970— Azərbaycanın Milli Qəhrəmanı Gəncə şəhərində anadan olmuşdur.
1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.
Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi onun sayəsində erməni yaraqlılarının onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərində dəfn edilib, qəhrəmanımızın adına burada küçə var.

Tarixdə bu gün - 5 may1970— Azərbaycanın Milli Qəhrəmanı Rzayev Qasım Qara oğlu   Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur.
1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır.
Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhramanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral "Qan çanağı" deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etməklə yanaşı, ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq bir-birinin ardınca 20 raket atdı.
Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.
Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Rejissor Etibar Məmmədov Qasım Rzayev haqqında Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təqdimatı ilə "Qasımın andı" adlı sənədli film çəkmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 5 may1852 – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biri olmuş Hacı Murad vəfat etmişdir.
Milliyətcə avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır.
1816-cı ildə avar xanlığında doğulmuşdur.
1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır.
Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır. 1851-ci ildə bəxti ondan üz döndərir: onun Tabasarana yürüşü uğursuzluqla nəticələnir və bundan sonra Şamillə münasibətləri pozulur. Şamilin intiqam alacağından qorxan Hacı Murad həmin il Çeçenistana qaçır və ruslara təslim olur. Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək onları öz tərəflərinə çəkmək qərarına gəlirlər. Təxminən bir il ruslara xidmət edən Hacı Murad satqınlığını sonadək öz boynuna götürə bilmir və qaçmağa cəhd göstərir. Silahdaşları ilə saxlandığı Nuxa (İndiki Şəki) qalasından qacan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 11 saata yaxın davam edən vuruşda Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz