» » Tarixdə bu gün - 4 may

Tarixdə bu gün - 4 may

Müəllif: Vüsal от 4-05-2017, 00:15

4 may

İluzun illərdə 125-ci) günü.

Mühüm hadisələr:

1807 — Fransa ilə Qacarlar arasında "Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib.
1814 — Napoleonun Elba adasında sürgün həyatı başlayıb.
1920 — 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub.
1922 — II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib.
1960 — SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb.
1994 Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

Doğum günləri:

1863 — Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas; Çar Rusiyasında Birinci Dövlət Dumasının Tarixdə bu gün - 4 mayüzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü , Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. 
Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirib. "Kaspi” qəzetinin redaktorlarından biri, Bakı Dumasının sədri, Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olub. Nazirlər Kabinetinin 1918-ci il 20 avqust tarixli qərarı ilə Osmanlı imperator hökumətində Azərbaycanın mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir təyin edilib. Nəhayət, özü İstanbulda ola-ola Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin təklifi ilə 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin sədri seçilib.

İctimai-siyasi fəaliyyətindən bəzi məqamlar. Əlimərdan bəyin 1897-1917-ci illərdə "Kaspi” qəzetində yüzlərlə məqaləsi dərc olunub. Rusiyada yaşayan müsəlmanların "İttifaqi Müslimun” təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın Nijni Novqorod və Sankt-Peterburq qurultayları onun sədrliyi ilə keçirilib. Azərbaycan  Xalq Cümhuriyyəti yaranan gündən hüquqşünas alim olaraq cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin qurulması üçün var-qüvvəsi ilə çalışıb.

Cümhuriyyət dövründəki fəaliyyətindən bir neçə epizod. 1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris sülh konfransına gedəcək nümayəndə heyətini seçdi. İstanbulda olan Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edildi. Yanvarın 20-də nümayəndə heyəti İstanbula getdi. Lakin Fransa hökuməti onlara Parisə getmək üçün viza vermədi. Azərbaycanla eyni vəziyyətdə olan Ukrayna, Gürcüstan və digər yeni qurulmuş ölkələrin nümayəndələri birləşib memorandum hazırladılar. Topçubaşovun rəhbərliyi ilə hazırlanan memorandum İstanbulda olan Böyük Britaniyanın ali komissarı Vebbə çatdırıldı. Nəhayət, üç ay sürən mücadilədən sonra viza məsələsi həll olundu və Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşdü.

Əlimərdan bəyin Parisdə gördüyü ən böyük iş nümayəndə heyətimizin ABŞ Prezidenti Vudro Vilsonla görüşüdür. Vilson 1919-cu il mayın 28-də, Cümhuriyyətin bir yaşının tamam olduğu gün Azərbaycan nümayəndə heyətini qəbul etdi. Ə.Topçubaşov ABŞ Prezidentini Azərbaycandakı, eləcə də Cənubi Qafqazdakı siyasi-iqtisadi vəziyyət barədə məlumatlandırdı, Paris sülh konfransına təqdim ediləcək memorandumu ona verdi.

Həyatının ən sevincli anı. 1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verildi və Paris sülh konfransının rəsmi sənədi təqdim olundu. Buna çox sevinən Əlimərdan bəy Baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: "Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin  möhkəmləndiyi bir dövr başlanır... Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə Əlimərdan bəy Parisdə idi və geri qayıtmayıb ömrünün sonunadək orada yaşadı. Azərbaycanın azadlığı naminə fəaliyyət göstərməkdə davam etdi. 1934-cü il noyabrın 5-də dünyasını dəyişən Ə.Topçubaşov Parisin Sen-Klu (Saint Cloud) qəbiristanlığında dəfn olundu.

Topçubaşov kimi insanları gərək unutmayaq. Çünki bu gün baxıb qürur hissi keçirdiyimiz üçrəngli bayrağımızı ilk dəfə onlar ucaldıblar. 

 

Tarixdə bu gün - 4 may1894— Aktyor, Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib.Lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilmir və ailəsini dolandırmaq üçün tacir yanında işləyir.
Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı”, "Fırtına”, "Ovod”, "Anamın kitabı”, "Qanlı səhra”, "Bəxtsiz cavan”, "Paris Noterdam kilsəsi”, "Romanovların son günləri”, "Namus” tamaşalarında oynayıb.
O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad”, "Əlli yaşında cavan”, "Beş manatlıq gəlin”, "Arşın mal alan”, "Toy kimindir”, "Evli ikən subay” tamaşalarında oynayıb. Onun "Bəxtiyar”, "O olmasın, bu olsun”, "Bir qalanın sirri”, "Qızmar günəş altında”, "Sehirli xalat”, "İstintaq davam edir”, "Şərikli çörək”, "Əhməd haradadır?” filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirmişdir. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.
Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", "Həyat” və "Yaxşı adam” - Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), Almurad ("Mənim günahım” - İ.Əfəndiyev),[3] İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka Lukiç ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov) rollarında çıxış edib.
Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib.
Aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.
Ağahüseyn Cavadov 20 iyun 1981-ci ildə Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.

Tarixdə bu gün - 4 may1958 — Tanımış müğənni, "Lalə" qızlar ansamblının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Rəhilə Möhbalı qızı Bəndəliyeva Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində müəllimin ailəsində, anadan olub.
1970 ildə ailə ilə Bakıya köçüb.
1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. Muğam müəllimim Vahid Abdullayev olub.   Xalq artistləri  Qəndab Quliyeva, Sevinc Sarıyeva tələbə yoldaşları olub. 
1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir.
1982-ci ildə ailəhəyatı qurmuşdur.
Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.
 
Tarixdə bu gün - 4 may1971 —Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu) Şamaxı rayonunun Məlhəm kəndində anadan olub.
Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə - Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003-2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb. Həmin qrupla ilk dəfə Bakı şəhərində keçirilən II Beynəlxalq Aşıq Festivalının açılışında çıxış edib.
Hazırda ailə musiqi ənənələrinin davamçısı, dəfələrlə müsabiqələr laureatı, milli nəfəs alətlərinin ifaçısı oğlu Fəqan Rəhmanoğlu bu xalq sənətinin keşiyində durmaqla yanaşı, xarici ölkələrdə Azərbaycanı təmsil edir.
Ələsgərovlar ailəsinin ifasında Azərbaycan xalq musiqilərindən ibarət 3 CD işıq üzü görüb. Həmin musiqilər radio və televiziyalarda tez-tez tamaşaçılara, dinləyicilərə təqdim edilir.
Rəhman Rasimoğlu 2005-ci ildə qara zurnanın səs oyadıcısını (qamışı plastiklə əvəzləməklə) yenidən ixtira edib. Bu ixtirasına görə 03.12.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi ona patent verib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Rasimoğluna "Əməkdar mədəniyyət işcisi" fəxri adı verilib.

Tarixdə bu gün - 4 may1989 — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu , tibb bacısı - ilk qadın şəhidimiz Arəstə Kərim qızı Baxışova Xaçmaz şəhərində anadan olub.
Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Hərbi xidməti
Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Tarixdə bu gün - 4 may1994 — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı Nail Nəriman oğlu İbrahimli Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
2000-2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Nail İbrahimli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu id
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xaçmaz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Vəfat etmişdir:

Tarixdə bu gün - 4 may1992 — Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov 31 yaşında Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.
Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Buradakı kənd orta məktəbi onun adını daşıyır.

[img=left]http://anaveusaq.az/uploads/posts/2021-05/1620119098_t.jpg[img]2001 – NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın Ləman Bozqurd 69 yaşında vəfat etmişdir.
Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır.
1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 Avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır.
Noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur. Ləman Bozqurd Altınçəkic 4 mMay 2001-də İzmirdə vəfat etmişdir.

Tarixdə bu gün - 4 may1972 — Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın Kaşıyeva Qeysər Seyfulla qızı 79 yaşında Bakıda vəfat etmişdir.
Qeysər Kaşıyeva 7 iyun 1893-cü il də Tiflisdə doğulmuşdur. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq siniflərində oxumuşdur (1907-1908). Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir ("İ.Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q.Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın”, "Qoca keşıkçi”, "Gürcü qızı”, "Ovçu”, "Yanğınsöndürən”, "Qoqolun portreti”, "Azərbaycan ziyalısı”, "Küpagirən qarı”, "İ.Qonçarovun portreti”, "Azərbaycan ziyalısı”, "Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını” jurnalına (1923-1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.
Otuzuncu illərdə ərinin "xalq düşməni” güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur.
Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

2016
–Azərbaycanın Xalq şairi Söhrab Əbülfəz oğlu Tahiri 90 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 4 maySöhrab Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində, şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq, görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.
Xalq şairi II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz