» » Tarixdə bu gün - 8 mart

Tarixdə bu gün - 8 mart

Müəllif: Vüsal от 8-03-2017, 00:15
 

8 mart

İlin 67-ci (uzun illərdə 68-ci) günü.

Mühüm hadisələr:

1952 – Filadelfiyada ilk süni ürək əməliyyatı aparılıb.

Doğum günləri:

 1851 — Əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl Qaspıralı (Qasprinskiy)  anadan olmuşdur.
O, Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır.Tarixdə bu gün - 8 mart Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.
İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov, Bakı 1903-cü il
Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüməçi" adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: "Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin" deyərək düşüncələrini ortaya qoymuşdur.
Qaspıralı qadınlar üçün Aləmi Nisvan (Dünya Qadınları) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də Aləmi Subyan (Dünya Uşaqları) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.
İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.

1911 — Azərbaycan teatr və kino aktyoru, Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri Ağadadaş Gülməmməd oğlu Qurbanov Tarixdə bu gün - 8 martBakıda doğulub.
1927-ci il 15 martda "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılmışdı. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulmuşdu. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləmişdi. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak etmişdi. Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləmişdi. "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilmişdi. "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor Salyanda qastrolda ikən mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olmuşdu.
Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdu.

Tarixdə bu gün - 8 mart1934 — Məşhur tarzən, "Lalə” qızlar ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Ceyran Əsəd qızı Haşımova Bakı şəhərində  incəsənət  fəaliyyəti ilə məşğul olan musiqiçi ailəsində  anadan olmuşdur. Atası  tarda  və  tütəkdə gözəl  ifa edirmiş. Aktyorluq  və rejissorluq  məharəti var imiş. H.Sarabskinin tələbəsi olmuşdur. Ceyran xanımın ilk tar müəllimi də atası olmuşdur.  Sonralar Ceyran xanım M.Maqomayev adına  Azərbaycan Dğvlət Filarmoniyasında atası ilə  uzun müddət birlikdə  fəaliyyət göstərmişdir.
1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.
1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmişdir. Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur.
1964-cü ildə "Lalə" qızlar ansamblını yaratmışdır.
"Lalə" Qızlar ansamblında bir çox müğənnilər – Raziyə Şirinova, Təranə Vəlizadə, Mahrux Muradova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Firuzə İbadova və s. həmçinin, musiqi alətləri ifaçıları fəaliyyət göstərmişlər.
Ansambl bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur.

Tarixdə bu gün - 8 mart1936 — Məşhur "Kor ərəbin mahnısı"nın ilk ifaçısı Məmmədəli Əliqulu oğlu Əliyev Bakıda anadan olmuşdur.
Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır. Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi.
Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə yazardı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.
1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən... Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!
nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında
Sonralar Rauf Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino lentinə çəkir, televiziya vasitəsi ilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Tarixdə bu gün - 8 mart1958 —İstedadlı ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev (Mahir Canmirzə oğlu Həmzəyev) Quba rayonunda anadan olub. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirib. 1979-cu ildən Vilnüs 
şəhərində yaşayır və çalışır. 1984-1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb (elmi rəhbəri prof. Vitautas Kubilyus).
1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir.
1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi olub.
2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq iştirak edib və 4 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.
2006-cı ilin yanvarında Riqada qurulmuş Baltik Azərbaycanlıları Konqresinin həmtəsisçisi və həmsədridir.
2007-ci ilin martın 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilib.
1991-2012 və 2015-2019-cu illərdə LR Hökuməti yanında Litva Milli İcmalar Şurasına uzv seçilib.
17 noyabr 2009-cu ildə LR Baş naziri Andryus Kubilyusun 511 saylı Sərəncamı ilə LR Baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilib.
2010-2012-ci ilərdə LR Seyminin İqtisadiyyat Komitəsi Sədrinin, 2013-2014-cü illərdə isə LR Seyminin Təhsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub.
2016-cı ilin may ayından LR Seyminin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.
1980-2018-ci illərdə 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalələri Litvada və Azərbaycanda dərc olunubdur.
2002, 2008, 2011 və 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib.
1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin birində gizli şəraitdə Azər Qasımzadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət "Агрессия” ("Təcavüz”) adlı sənədli kitabça çap etdirərək Litvada, Latviyada, Estoniyada, Belorusda, Ukraynada, Rusiyada, Polşada və Azərbaycanda yayımlayıb. Bununla bağlı Bakı şəhərinin hərbi komendantı general-leytenant B.K. Smıslovun göstərişi ilə 1990-1991-ci illərdə axtarışda olub (bax: Bakı, "Kommunist" qəzeti, 14 mart 1990-cı il, № 54 (21122).
Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2018-ci illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.
Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014). LR "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq, 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Qərarı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb.
"Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.
Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.
2003-2005-ci illərdə YUNESKO-nun Estoniya, Latviya, Litva, Azərbaycan Milli Komissiyalarının təşkilatçılığı və Baltik Azərbaycanlıları Cəmiyyətlərinin tərəfdaşlığı ilə Vilnüsdə, Riqada, Tallində və Bakıda həyata keçirilmiş iki beynəlxalq mədəniyyət layihəsində ("Cənubi Qafqaz: Sivilizasiyalararası dialoq”, Nağıl körpüləri”) təşkilatçı, tərəfdaş və ədəbi tərcüməçi kimi iştirak edib.
2006-2013-cü illərdə Litva Dövlət və Hökumət rəsmilərinin - Litva Pespublikasının Prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litva Respublikasının ilk Dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri, Litva Respublikasının Baş nazirləri Gediminas Kirkilas və Andryus Kubilyusun Dünya Azərbaycanlılarının 2007 və 2011-ci illərdə Bakıda keçirilmiş beynəlxalq tədbirlərə ünvanladıqları müraciətləri, Litvanın Türkiyədə və Azərbaycandakı sabiq səfiri, LR Prezidentinin müşaviri Halina Kobetskaytenin məruzə və məqalələrini Azərbaycan dilinə tərcümə edib.
2006-cı ilin martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1355 saylı Sərəncamı ilə Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi” medalına layiq görülüb.
2006-cı ilin iyunun 7-də Litva Respublikasının Prezidenti Valdas Adamkusun 648 saylı Fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə” Dövlət medalı ilə təltif olunub.
2009-cu ilin dekabrın 18-də Litva Respublikasının Baş naziri Andryus Kubilyusun xususi Qərarı ilə təşəkkur elan edilərək Litva adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz” hökumət nişanı ilə təltif olunub.
2011-ci ilin iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1612 saylı Sərəncamı ilə jurnalistika sahəsindəki nailiyyətlərinə və Diasporun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti” fəxri adı verilib.

 

Tarixdə bu gün - 8 mart1958 –  Azərbaycan Respublikasının  Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Qulu qızı Novruzova   (sənədlə 1 martdır) 8-Naxçıvan Muxtar  Respublikasında anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir.
İndiyə kimi teatrın səhnəsində çoxlu sayda bir-birindan maraqlı və yaddaqalan obrazlar canlandırmışdır.
Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1388  Məşhur  Azərbaycan filosofu, şair Əvhədi Marağalı 64 yaşında vəfat etmişdir.

 Tarixdə bu gün - 8 martDəqiq təvəllüdü məlum olmayan  Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274 -cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir.

Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir.

Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s.

Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir.

Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir.

Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Coxlarının isə Türkcə divanları ogurlanmış, məhv edilmiş və ola bilsin ki, haradasa gizlədilmişdir. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir. Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, gəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema "Dəhnamə" ("Məntiqül-üşşaq"), 1333-34cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri "Cami-Cəm" didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyas-əd-din Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), şer divani 10000 beyt.

"Gami-Gam" məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. "Gami-Gam"-in 1970-ci il nəşrinin ön sözünda görkəmli alimimiz M.Sultanov yazır: "Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən "Cami-Cəm" adlandırılması təsadüfi deyildir. "Cami-Cəm" əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir.

Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: "Bu qəbir böyük ağa, məşur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir."

Şairin həyat və yaradıcılığını ən geniş tədqiq edən istedadlı alimimiz Qulamhyseyn Beqdeli "Əvhədinin həyat və yaradıcılığı" kitabıni yazmışdır.(Baki-1962). Bu məqalə yazılarkən əsasən o kitabdan istifadə olunmuşdur. Görkəmli alimlərimiz Qulamhyseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin "Gami-Gam" əsərini farscadan azəri turkcəsinə tərcümə etmişıər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə 1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur. Sovet dovründa giddi senzura və ateizim şəraitində bu kitabin tərcüməsi va capı böyük qəhrəmanlıq kimi giymətləndirilməlidir.

 

1931   Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikası dövründə  Xarici İşlər Naziri  və Daxili İşlər Naziri olmuş Məmmədhəsən Tarixdə bu gün - 8 martHacınski Tiflisdə  xaincəsinə qətlə yetirilmişdir.

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq,  baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etdi.   1913-cü ildə Bakı şəhər idarəsinə rəhbərlik edirdi.  

1902—1917-də Bakı şəhər Dumasının üzvü olmuşdur. Hümmət və müsəlmanlar arasında savadlılığı yayan "Nəşri-maarif" cəmiyyətinin yaradıcılarından biri idi, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində çalışmışdı. Müsavatın ilk üzvlərindən biri idi. 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayını açıq elan edib, fəal iştirak etmişdi. Həmin ilin mayında müsəlmanlarının Moskva qurultayında da bacarıqla iştirak etmişdir.

Zaqafqaziya komissarlığının ticarət və sənaye komissarının müavini vəzifəsində işləmişdir. Musavatçı kimi Zaqafqaziya Seyminin üzvü olur. Osmanlı imperiyası ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü idi. Trabzon konfransında iştirak edərkən, Seymin danışıqların dayandırılması qərarını şikayət edib, bunu sülhün pozulması cəhdi kimi qiymətləndirmişdi və bunu tarixdə görünməmiş təxribat adlandırmışdı. ZDFR dövründə Hacınski ticarət və sənaye naziri idi.

Batum konfransında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Demokratik Respublikasını təmsil edən Zaqafqaziya Seyminin altı əsas nümayəndələrindən biri idi. İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şuranın 26 üzvündən biri olmuşdu, AXC-nin ilk xarici işlər naziri təyin edilmişdi. Rəsulzadə ilə yanaşı Batum müqaviləsini Hacınski də imzalamışdır. 1918-ci il iyunun 14-də Hacınski Gürcüstan hökumətindən Borçalı qəzasından qoşunlarını dərhal çıxarılmasını tələb edib, etiraz notası göndərmişdi. Hacınski Gürcüstan və Ermənistan hökumətlərinə Cənubi Qafqaz respublikalarının sərhədlərinin dəqiqləşdirilməsi üçün birgə komissiyanın yaradılmasını təklif etmişdi. Hacınski ikinci hökümət kabinetində xarici işlər naziri vəzifəsini tuturdu. 1918-ci il oktyabrın 6-da Hacınski maliyyə naziri vəzifəsinə təyin alır. 1918-ci il noyabrın 28-də o, Dağlılar Respublikası ilə müqavilə bağlayır, müqaviləyə əsasən, AXC Dağlılar Respublikasına 10 milyon rubl məbləğində faizsiz kredit verir. Üçüncü hökümət kabinetində Hacınski dövlət qurumlarının nəzarət işləri ilə məşğul olur, parlamentin deputatı seçilir. O, Paris konfransında Topçubaşov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində idi, konfrans iştirakçılarına azərbaycanlıların müstəqillik uğrunda mübarizə, ağır iqtisadi vəziyyət və AXC-nin zəngin neft yataqları haqqında məlumat vermişdir.

1920-ci il fevralın 18-də o, ticarət, sənaye və ərzaq naziri təyin olunur. Hökümət kabinetinin istefasını qəbul etdikdən sonra Parlament 1920-ci il martın 30-da Hacınskiyə hökumətin formalaşdırılmasını tapşırdı. Hacınski partiyalarla danışıqlar aparıb, bolşeviklərə nazir portfellərini təklif etsə də, onlardan imtina cavabını aldı. Aprelin 22-də Hacınski, parlamentin müvəqqəti spikeri Məmməd Yusif Cəfərova hökumətin formalaşdırılması mümkün olmadığını haqda məlumat verdi. Elə həmin gün Hacınski Müsavatı tərk edir və Azərbaycan Kommunist Partiyasının üzvü olur. Azərbaycan Xalq Cümhuriyyətində siyasi böhran dərinləşirdi. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacınski Azərbaycan şəhərlərinin abadlaşdırılması ilə məşğul olur. 1930-cu il dekabrın 3-də Lavrenti Beriyanın əmri ilə Məmməd Həsən Hacınski həbs edilir. Həbsxanada Hacınski vərəmə yolxulur. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edir, digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilmişdir

Tbilisinin Botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.

 

Tarixdə bu gün - 8 mart2011  Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən həyətlərində qətlə yetirilmiş 8 yaşlı azərbacanlı uşaq Fariz Arzu oğlu Bədəlovun anım günüdür.
Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.
Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: "Soyuq 8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər".
Fariz Bədəlova ölümündən sonra şəhid adı verilib. Onun xatirəsinə həsr edilmiş filmin "Nizami” adına kino mərkəzində təqdimatı keçirilmişdir.
"Ana haqqı” adlı film çəkilib. Filmin rejissoru Zəminə Əliyevadır.

2006 —  Xalq artisti Əliabbas Gülabbas  oğlu Qədirov 60 yaşında Baxıda xəstəlikdən vəfat etmişdir.

Tarixdə bu gün - 8 martƏliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı   105 nömrəli orta məktəbi bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. 

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Ə.Qədirov 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.

Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış,uzun illər əvvəlcə gənclər üçün "Məşəl”, sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun, "Laçın yuvası” (Cahangir), Məmməd Muradan "Təkan” (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin "Duel” (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm”də "Xatirələr sahilində” (İmran), "Nəğmə dərsi” (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), "Bizim evin kişisi” (Mansur), "Qızıl uçurum” (Cəlil), "Qocalar” (Fəriz), "Babək” (Fəzl), "Dənizdən işarə” (Sultanov), "Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib.

Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dahilərin poetik nümunələri lentə alınıb.


Tarixdə bu gün - 8 mart2016 –Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Əməkdar incəsənət xadimi Fikrət Əliyev 76 yaşında vəfat etmişdir.
Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.
Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.
Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai televiziyada  quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.
 
Bayramlar və xüsusi günlər:

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq  Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb
8 Mart Sovet İttifaqından miras qalan bayram olsa da, Azərbaycanda da hər il qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Tarixdə bu gün - 8 mart 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.