» » Tarixdə bu gün - 28 dekabr

Tarixdə bu gün - 28 dekabr

Müəllif: Vüsal от 28-12-2017, 00:15
 
 
 
28 dekabr

İlin 362-ci günü (uzun illərdə 363-cü). İlin sonuna 3 gün qalır.

Mühüm hadisələr:
1997 — Ankara metrosu istifadəyə verilib
1989 — Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb
1994 — Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurmuşdur.
1994 — Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb.
1999 — Dövlət Neft Fondu təsis edilib.

Doğum günləri:
 
Tarixdə bu gün - 28 dekabr1910 — Azərbaycan Milli Elmlər Aka­de­mi­­­ya­sı­nın müxbir üzvü Bəh­mən Yusif oğlu Axun­dov   İrəvan şə­hə­rin­də anadan ol­muş­dur.
Nax­çıvan Kənd Tə­sər­rüfatı Tex­ni­ku­mu­nu bitirmiş, Daşkənd Orta Asi­ya Dövlət Plan İnsti­tutunda təhsil al­mışdır.
1934-cü ildə ali məktəbi bitirdikdən sonra Azər­baycan Dövlət Uni­ver­si­te­tin­də ça­lış­­mış, Moskvada Krji­janovski adına Moskva Plan İns­ti­tu­tunun aspirantura­sı­na daxil olmuş, 1939-cu ildə məşhur alim Sta­nislav Qus­ta­vo­viç Strumilinin el­mi rəhbərliyi al­tında na­mi­zəd­lik dis­ser­tasiyasını mü­da­fiə etmişdir.
B.Axun­dov İkin­ci Dünya müharibəsi döv­rün­­də ön cəb­hə­də olmuş və "Moskvanın mü­­da­fiə­si­nə görə” medalı ilə təltif edil­miş­dir.

B.Axundov 1942-ci ildə Bakıya qayıtmış, Azər­bay­can Dövlət Univer­sitetində müəl­­lim, Azər­bay­­can KP MK Partiya Ta­rixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdir­miş­dir.

B.Axundov 1951-ci ildə "İnqilaba qə­dər­ki Bakı neft sənayesində inhi­sarçı ka­pi­tal” möv­zu­sunda doktorluq dis­ser­ta­si­­yası mü­da­fiə et­miş­dir. Gərgin əməyin məh­sulu olan bu əsə­rin Mosk­vada mo­no­qrafiya şəklində nəşr edil­mə­si qı­sa müd­dət ərzində alimi ümumittifaq miq­­ya­­sın­da tanıtmışdır.

İqtisad elmi sahəsində respublikada ilk elm­­­lər doktoru olan B.Axundov 1950-1956-cı il­­lər­də Azər­baycan Dövlət Universitetində (indiki BDU) Si­yasi iqtisad kafed­ra­sı­nın professoru, 1966-1974-cü illərdə isə D.Bunyadzadə adına Azər­baycan Xalq Təsərrufatı İnstitutunun el­mi işlər üzrə pro­rek­toru, 1974-cü ildən öm­rü­nün so­nuna kimi hə­min institutun Siyasi iq­ti­sad kafedrasının pro­fes­soru kimi fəa­liy­yət gös­tərmişdir. O, "Azər­bay­can kom­munisti” və "Azərbay­can SSR EA-nın Xəbərləri” jur­na­lının İqtisadiyyat böl­məsinin re­daksiya he­yə­tinin üzvü, res­publikada Ali və Or­ta İxtisas Təh­sili Nazirliyinin "Elmi əsərlər” jur­na­lının mə­sul redaktoru olmuşdur.

1961-ci ildə "M.F.Axundov və H.B.Zər­da­binin ictimai-iqtisadi ­gö­ruşləri” kitabı rus dilində nəşr olun­muş­dur. Üç cildlik "Azər­bay­can tari­xi” ki­tabının iqtisadiyyat hissəsinin ya­zıl­ma­sın­da da alimin xidməti böyük­dur.

B.Axun­dov 1967-ci ildə Azərbaycanın Əmək­­dar iq­tisadçısı adına layiq gö­rül­müş­, 1968-ci ildə isə Azərbaycan Milli Elmlər Aka­de­mi­­­ya­sı­nın müxbir üz­vü seçilmişdir.

AMEA-nın müxbir üzvü Bəhmən Axun­dov 1984-cü ildə Bakı şəhə­rində və­fat etmişdir.

 

 
 
Tarixdə bu gün - 28 dekabr1910 — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru olmuş Məhyəddin Paşa oğlu Abbasov Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən "M.Paşa oğlu", "Görən", "Mübariz" imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir.
1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
1944-cü ildə "Nuxa fəhləsi” qəzetinin şöbə müdiri, 1945-ci ildə isə redaktoru olmuş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.
Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması da ilk dəfə "Nuxa fəhləsi"ndə — M.Abbasovun redaktorluğu dövründə çap edilmişdir.
1971-ci ilin dekabrında Məhyəddin Abbasovun redaktoru olduğu "Şəki fəhləsi" qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir[1].
Məhyəddin Abbasov redaktorluq fəaliyyəti ilə yanaşı, ömrünün sonuna qədər pedaqoji fəaliyyətini də davam etdirmiş, M.Qorki adına 10 saylı orta məktəbdə (indiki R.B. Əfəndiyev adına məktəbdə) fizika fənnindən dərs demişdi.
M.Abbasov 1974-cü il dekabr ayının 28-də dünyasını dəyişmişdir. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.
 
Tarixdə bu gün - 28 dekabr1920 – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik.
Köçərli Firudin Qasım oğlu Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur.
1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin tələbə həmkarlar təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir.
F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
3 iyun 2005 -ci ildə 84 yaşında vəfat etmişdir.
Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir.
Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.

Tarixdə bu gün - 28 dekabr1927 – Məşhur bəstəkar, Xalq artisti, Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sın­ın professoru Nəriman Hə­bib oğ­lu Məmmədov Naxçıvan şə­hə­rin­də do­ğulub.
 Kiçik yaşlarından  musi­qi­nin vur­ğu­nu olub. Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi Tex­ni­ku­mu­nun xalq çal­ğı alət­lə­ri və mu­si­qi nə­zə­riy­yə­si şö­bə­lə­rini bi­ti­rən Nəri­man bu il­lər xalq çal­ğı alət­ə­ri üçün "Sui­ta"sı­nı bəs­tə­lə­yir. Sui­ta gör­kəm­li bəs­tə­kar və di­ri­jor Sə­id Rüstə­mo­vun rəh­bər­lik et­di­yi xalq çal­ğı alət­lə­ri or­kes­t­rinin ifa­sın­da səs­lə­nib. O, təh­si­li­ni da­vam et­di­rə­rək Üzeyir Ha­cı­bə­yov adı­na Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın ta­rix-nə­zə­ri­yə, son­ra­lar isə bəs­tə­kar­lıq şöbələrini uğur­la bi­tir­miş­dir.
O, yed­di sim­fo­ni­ya­nın mü­əl­li­fi­dir. Bun­lar­dan iki­si proq­ram­lı əsər­lə­rin­dən­dir. 3-cü sim­fo­ni­ya or­qan üçün ya­zıl­mış və Ri­qa­da mü­vəf­fə­qi­yət­lə səs­lən­miş­dir.
Sə­məd Vur­ğu­nun poe­ma­sı əsa­sın­da ya­zıl­mış "Hu­may" ba­le­ti 80-ci il­lər­də Azər­bay­can Döv­lət Ope­ra və Ba­let te­at­rın­da səh­nə tə­cəs­sü­mü tap­mış­dır. "Hu­may” ba­le­tin­də mu­ğam­la­rı­mız­dan mə­ha­rət­lə is­ti­fa­də edil­miş­dir. Res­pub­li­ka­nın xalq ar­tis­ti Cöv­dət Ha­cı­yev o za­man de­miş­di: "Nə­ri­man Məm­mə­dov "Hu­may" ilə ba­let ta­ri­xi­mi­zin ye­ni par­laq sə­hi­fə­si aç­dı".
Ha­zır­da Nə­ri­man Məm­mə­dov Hü­se­yin Ca­vi­din "Şeyx Sə­nan" ba­le­ti üzə­rin­də işi­ni ba­şa çat­dır­mış­dır. Mu­si­qi­li ko­me­di­ya­la­rı - "Al­tı qı­zın bi­ri Pə­ri", "Məm­mə­də­li ku­ror­ta ge­dir", "Qız gö­rü­şə tə­lə­sir" (Tofiq Bakıxanovla birgə) və elə­cə də dör­dün­cü mu­si­qi­li ko­me­di­ya "Ola­ca­ğa çarə yox­dur" (Ra­miz Ab­dul­la­ye­vin lib­ret­to­su əsa­sın­da) bəstəkarın uğurlarındandır.
Nə­ri­man Məm­mə­dov mu­ğam­la­rı­mı­zın no­ta ya­zıl­ma­sın­da çox iş­lər gör­müş­dür. Müx­tə­lif il­lər­də Əh­məd Ba­kı­xa­no­vun ifa­sın­da "Ba­ya­tı-Şi­raz", "Şur" mu­ğam­la­rı Mosk­va­da çar olun­muş­dur. Azər­bay­can­da "Rast", "Ça­har­gah", "Hu­ma­yun", "Se­gah-za­bul", "Şah­naz" və "Ra­hab" mu­ğam­la­rı nə­fis şə­kil­də çıx­mış­dır. Vo­kal dəst­gah for­ma­sın­da par­ti­tu­ra Bəh­ram Man­su­ro­vun və xa­nən­də Ha­cı­ba­ba Hü­sey­no­vun, Ya­qub Məm­mə­dov və Bəh­ram Man­su­ro­vun ifa­sın­da çap olun­muş­dur. Bu mu­ğam­la­ra zə­ma­nə­mi­zin ən gör­kəm­li sə­nət­kar­la­rı Qa­ra Qa­ra­yev, To­fiq Qu­li­yev rəy­lər yaz­mış­lar. N.Məm­mə­do­vun işləməlrilə İs­lam Rza­ye­vin ifa­sın­da "Ba­ya­tı-Şi­raz" dəst­ga­hı, Zül­fü Adı­gö­zə­lo­vun ifa­sın­da "Se­gah-Za­bul” no­ta alın­mış­dır. Qeyd elə­mək la­zım­dır ki, bəs­tə­kar ta­ma­şa­ya qo­yul­muş xey­li əsə­rə də mu­si­qi yaz­mış­dır.
2 aprel 1985-ci ildə 87 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 28 dekabr1936 — Azərbaycan və SSRİ Xalq artisti Zeynəb Yəhya qızı Xanlarova Bakı şəhərində anadan olmyşdur.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.


Tarixdə bu gün - 28 dekabr1941 — Tanınmış şair Şahmar Əkbər oğlu Əkbərzadə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur[.
1958-ci ildə Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır.
"Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur.

1937 — Görkəmli maarif xadimi, Azərbaycanın İrandakı keçmiş səfiri. filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Səfərli Əliyar Qurbanəli  Tarixdə bu gün - 28 dekabr oğlu Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur.2 filologiya elmləri doktoru, professor Əliyar Səfərli 30 kitabın (elmi əsərin) müəllifidir. 
Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir.
4 yanvar 2017-ci ildə 80 yaşında ürək tutmasından dünyasını dəyişib.

Vəfat etmişdir:

Tarixdə bu gün - 28 dekabr1993 — Şəhid oğlumuz Bəxtiyar Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. 
1993-cü ilin iyunun 30-da Bəxtiyar Milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir.
Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir. Ağır döyüşdə əsgərlərimiz düşmənin 4 zirehli texnikasını vuraraq sıradan çıxarırlar. Batalyon komandiri Y.Ömərov və bir neçə başqaları yaralansalar da, döyüşdən sağ çıxa bilirlər.

Yeddi nəfər həlak olan əsgərlərimizi, o cümlədən Bəxtiyarı isə döyüş meydanından çıxarmaq mümkün olmur.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz