» » Tarixdə bu gün - 25 noyabr

Tarixdə bu gün - 25 noyabr

Müəllif: Vüsal от 25-11-2017, 00:15
25 noyabr

İlin 329-cu günü (uzun illərdə 330-cu).
İlin sonuna 36 gün qalır.

Mühüm hadisələr:

1867 — Alfred Nobel dinamiti patentləşdirmişdir.
1932 — SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilmişdir. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılmışdır.
1961 — Dominikan Respublikasında dövlət başçısının sərəncamı əsasında siyasi xadim olan Mirabal bacıları vəhşicəsinə öldürülmüşdür.
1967 — Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır.
1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
1991 — İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilmiş, sərgi 5 dekabrda başa çatmışdır.
1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.

Doğum günləri:

1889 —Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın Tarixdə bu gün - 25 noyabrailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.
Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.
Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoluda ki yaşamı və toplusal sorunlaru ələ almış insanı insan çevre ilişkisi içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım oldukca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümdə etdiyi, kitap halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

1901 — Azərbaycan və SSRİ Xalq artisti, məşhur  Azərbaycan aktrisası Mərziyyə Yusif qızı Davudova   Həştərxan şəhədində anadan olmuşdur.

Tarixdə bu gün - 25 noyabr1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.

XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa yox  idi.  Məşhur sənətşünas alim Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı.

1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir.

Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.

Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa böyük müvəffəqiyyət qazandı. Teatrsevərlər ansamblı, xüsusilə də əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir".

Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.

Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib

 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.

O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.

Aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.

Aktrisa Firəngiz Şərifovanın anasıdır.

Mərziyə Davudova 6 yanvar 1962 -ci ildə 60 yaşında vəfat etmişdir.
 
Tarixdə bu gün - 25 noyabr1905 — Filologiya elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü , EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmiş Əliheydər Abbas oğlu Orucov Quba şəhərində anadan olmuşdur.
1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır.[2] Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Ə.Orucov 1947-ci ildə "İlk Azərbaycan qəzeti "Əkinçi»nin dili" mövzusunda namizədlik, 1962-ci ildə "Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-ci ildə professor elmi adını almış, 1968-cil ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
O, ictimai siyasi xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini Həsən bəy Ağayevin kiçik qızı Nəzakət xanım Ağayeva ailə həyatı qurmuş, cütlüyün bu evlilikdən 1942-ci ildə Elxan adlı övladları dünyaya gəlmişdir.
Azərbayc­an Döv­lət Universite­tinin Filolo­giya fakültə­sində təh­sil aldığı illərdə Əliheydər Orucov "Gənc İşçi" qəzetinin məsul ka­tibi, 1926-1931-ci il­lər­də Azər­bay­can Döv­lət Nəş­­­riy­yatının Gənc­lər ədə­biy­ya­tı şö­­bə­­sinin mü­di­ri vəzifələrində çalış­mış­dır.
1940-cı ildən sonrakı dövrü Ə.Orucovun elmi-əməli fəaliyyətinin lüğətçilik dövrü adlandır olar. lüğətçilik fəaliyyətinə Ruhulla Axundovun rəhbərliyi ilə başlamış, sonra isə görkəmli akademik Heydər Hüseynovun bilavasitə başçılığı altında işlərini davam etdirmişdir. O, 1940-cı ildən baş­la­ya­­raq Azər­bay­can Elmi Tədqiqat Lü­ğət­­çilik İnstitutunda kiçik elmi işçi vəzifəsinə qə­­bul olun­muş, 1942-ci ildə isə baş elmi işçi və­zi­fə­si­nə yüksəlmişdir. 1944-cü ildən baş­la­ya­raq otuz il­dən artıq Lü­ğətlər şöbəsinin mü­di­ri və­zi­fə­sin­də işləmişdir.
O, 1940-1946-cı illərdə Heydər Hüseynov və Yusif Mirbabayevlə birlikdə dördcildlik "Rusca-azərbaycanca lüğət"in əsas tərtibçilərindən biri olmuşdur. Həmin lüğətə görə Ə.Orucov mərhum akademik H.Hüseynov, Y.Mirbabayevlə birlikdə 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.
Mükəmməl lüğət sayılan dördcildlik "Rusca-azərbaycanca lüğət" öz dövründə elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Ə.Orucov fəaliyyət göstərdiyi müddətdə Elmlər Akademiyasının buraxdığı bütün lüğətlərin əsas tərtibçilərindən və redaktorlarından biri olmuşdur. O, "Azərbaycan dilinin izahlı lüğəti"nin A-Q hərflərini əhatə edən I cildinin tərtibi üzərində 14 il işləmişdir. Gərgin və uzun elmi tədqiqat nəticəsində yaranmış "Azərbaycan dilinin izahlı lüğəti" lüğətçilərin və leksikoqrafların fikrincə, türkdilli xalqların izahlı lüğətlərinin yaranması yolunda atılan ilk addım və gözəl bir nümunədir. Ə.Orucovun "Azərbaycan dilinin izahlı lüğəti"nin həm əsas tərtibçilərindən biri, həm də redaktoru olduğu 2-ci (D-İ hərfləri) və 3-cü (K-P hərfləri) cildləri də ictimaiyyətin ixtiyarına verilmişdir.
Əliheydər Oru­cov 27 oktyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.
 

Tarixdə bu gün - 25 noyabr1918 —  Faşizm uğrunda mübarizə tarihinə hünər səhifəsi yazmış

Hüseyn Balaəli oğlu Əliyev  25 noyabr   Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.

1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.

BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.

Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.

18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır. Buna baxmayaraq təyyarələrdən 2-sini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur.

Ölümündən sonra "Lenin ordeni" ilə təltif edilib.

N.K.Çukovskinin "Baltik səması" romanında, V.Ketlinskayanın "İradə" hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunmuşdur.

"Azərbaycan film" kino studiyası onun haqqında Hünər əbədidir (film, 1967) adlı film çəkmişdir.Pirşağı qəsəbəsində büstü qoyulmuşdur.

Bakıda adına küçə var.


Tarixdə bu gün - 25 noyabr1918-  Azərbaycan Xalq yazıçısı İmran Qasımov Bakıda ziyalı ailəsində doğulub.  Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı  fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin”, "Qırmızı əmək bayrağı”, "Şərəf nişanı” ordenləri ilə təltif olunub.
İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub
Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan”, "Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu”, "Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi”, "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat etmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 25 noyabr1994—  Məşhur  teatr və kino aktyoru, Xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyev 80 yaşında vəfat etmişdir.

Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olmuşdur. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M.Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülmüşdür. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradicılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş etmişdir. Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfayət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş vermişdir.

M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur. O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.

Respublikanın xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir cox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilmişdir. Həmcinin 1998-ci ildə "Günəş" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Əsl el adamı" monoqrafiyası çap edilmişdir. ANS Televiziyası vasitəsi ilə yayımlanan "Xoşbəxt bürc altında" televiziya filmi qocaman teatr və kino aktyoru, rejissor, respublikanın xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə aktyorun əziz xatirəsinə həsr olunmuşdur. Televiziya filminin ssenari müəllifi və aparıcısı teatrşünas-tənqidci Anar Bürcəliyevdir.

 
 2007— Böyük şair,  alim və müəllim,  filologiya elmləri namizədi  Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı) 67 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 25 noyabrAğa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.

1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.

 
Tarixi bayramlar və günlər:

25 noyabr Qadın Zorakılğına Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Qadın Zorakılığına Qarşı Mübarizə Günü (ing. International Day for the Elimination of Violence against Women) — BMT Baş Assambleyasının qərarı ilə qeyd edilən gün.
BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.
BMT Baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: "Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.
BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
 

Tarixdə bu gün - 25 noyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.