Tarixdə bu gün - 16 oktyabr
Müəllif: Akif Əhmədov от 16-10-2017, 00:30
1806 –Rusiya və Osmanlı arasında yeni müharibə başladı.
1830 –Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırıldı.
1951 –Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verilmişdir.
1990 –SSRİ lideri Mixail Qorbaçov "bazar iqtisadiyyatına keçid" haqqında qərar verdi.
1992 –91 nəfər tanınmış Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi.
2004 –Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi.
2006 –GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçdi.
2007 –Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirildi.
Doğum günləri:
General İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.
General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.
General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.
1923 -Azərbaycanın Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır.
İşlədiyi müddətdə Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur.
"Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə dərc olunmuşdur.
M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat etmişdir

R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.
Rauf Hacıyev 10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.
* Anası Nabat xanım Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir.
* Rəssam Güllü Müstafayevanın və dirijor Faiq Mustafayevin qardaşıdır.
* Musiqişünas Zemfira Qafarovanın dayısıdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almışdır.
"XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusun"a namizədlik, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Kitablarıː 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir.Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur.Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustanvə başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

O, döyüşlərə Ağdam rayonunda polis komandiri kimi atılmışdır.
1992-ci il fevralın 16-da Səfəralının son döyüşü oldu. Azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri də silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək kəndi təmizləməyə can atırdılar, bu zaman onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən biri kəmərindəki əl qumbarasına dəyərək partlayır. Səfəralı faciəli şəkildə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.
1984 - Məşhur türkoloq, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan elm adamlarından biri Fərhad Ramazan oğlu Zeynalov Ordubadda anadan olmuşdur.
Fərhad Zeynalovun müdafiə etdiyi mövzu – "Nitq hissələrinin təsnifat prinsiptləri" – daha sonra da bir çox elmi tədqiqatlara başlanğıc vermişdir.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində işə başlamışdır.
1962-ci ildə bu universitetdə Ümumi dilçilik kafedrasının dosenti olmuşdur. Elə həmin universitetdə 1969-cu ildə Türkologiya kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. O, həmin ildən etibarən bu kafedraya rəhbərlik etmişdir.
1956-cı ildə filologiya elmləri namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1991 - Ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov Şəkidə anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.
2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məmməd müəllim 16 oktyabr 2011-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir.
Bayramlar və xüsusi günlər:
Oxşar postlar:
- Oxunub: 2 171
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar