» » Tarixdə bu gün - 23 Sentybr

Tarixdə bu gün - 23 Sentybr

Müəllif: Vüsal от 23-09-2016, 07:27
 
23 Sentybr
İlin 266-cı günü
İlin sonuna 99 gün qalır.
 
 
1821 - Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan edir.
1986 - Amerikalı həkim Çarlz Hayder aclığa başlayır. Bu xəbər dünyada, o cümlədən keçmiş SSRİ-də əks- səda doğurur.
1989 - Azərbaycan dili Azərbaycan Respublikasının (Azərbaycan SSR) dövlət dili elan olunur.
1991 - Jeleznovodsk şəhərində DQMV nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası, Ermənistan Respublikası, RSFSR və Qazaxıstan SSR rəhbərlərinin görüşündə prezidentlər kommunike imzalamışdır.
1992 - Azərbaycan Respublikası Vyetnam ilə diplomatik əlaqələr qurmuşdur.
1993 - Azərbaycan Respublikası Albaniya ilə diplomatik əlaqələr qurmuşdur.
2002 - Belçikada evtanaziya haqqında qanun qüvvəyə minir.
2003 - Azərbaycan Respublikasının baş naziri ilham Əliyev BMT-nin sessiyasında iştirak edir.
2004 - Kiyevdə GUÖAM ölkələri Parlament Assambleyası təsis olunur.
2008 - Bakıda Rixard Zorgeyə həsr olunan beynəlxalq konfrans keçirilir.
 
 
Mühüm hadisələr:
Doğum günləri:

Tarixdə bu gün - 23 Sentybr1914 - Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru , professor , Azərbaycan EA-nın həqiqi üzvü Validə Xaspolad qızı Tutayuq Şuşa şəhərində anadan olmuşdur.
1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Bağçılıq və bostançılıq fakültəsinə qəbul olmuşdur.
1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuk elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.
1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə edir. 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.
V.Tutayuk 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
V.Tutayukun məhsuldar elmi-tədqiqat işi və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilmiş, "Şərəf nişanı”, "Oktyabr inqilabı” ordenləri və bir sıra medallarla təltif edilmişdir. 1974-cü ildə Azərbaycan SSR Ali Sovetin fərmanı ilə  "Əməkdar elm xadimi"  fəxri adına layiq görülmüşdür.
12 noyabr 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir.

Tarixdə bu gün - 23 Sentybr1928 - SSRİ Xalq artisti, müğənni Firəngiz Yusif qızı Əhmədova Bakıda anadan olmuşdur.
1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946-1951-ci illərdə Azərbaycan Radiosu xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puc¬cini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. Azərb. romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.
16 dekabr 2011-ci ildə 83 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 23 Sentybr1929 - Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis , toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri Yusif Bəhlul oğlu Yusifov Qərbi Azərbaycanda anadan olmuşdur.
1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Elm tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı.
Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.
4 yanvar 1998-ci ildə Bakıda vəfat etmişdir.

1935 - Rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser Ziyafət Abbasov Bakıda anadan olub.
1963-1968-ci illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Tele və Radio şirkətində, 1974-cü ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib.  Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.
Ziyafət  Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1995-2001-ci illərdə "Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.
 
 
1969 - Şair, publisist, 20 Yanvar şəhidi Ülvi Yusif oğlu Bünyadzadə Göyçədə anadan olmuşdur.
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) onun  adı verilib. Yaşadığı evin divarına "Burada 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır"  barelyef-lövhəsi vurulmuşdur.

Vəfat etmişdir:

1939 - Avstriyalı nevroloqist Ziqmund Freud (6 May 1856 – 23 Sentyabr 1939-cu il) psixoanaliz elminin banisidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.
 


1963 - Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət qızı Qazıyeva faciəli şəkildə həlak olmuşdur.
Sevil Qazıyeva 1940-cı il mart ayının 1-də Zaqatala rayonunun Tala kəndində anadan olub.
Sov.İKP Mərkəzi Komitəsinin dekabr (1959-cu il) plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Mətbuat vasitəsilə plenumun materialları ilə tanış olan mütərrib-tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə, sürücü mexanik olmağa qərar verir. Sevil bu qərarını rəfiqəsi Diləfruz Ocaqquliyevaya bildirəndə, o da həvəslə sürücü-mexanik olmağa razılaşır. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi Məsud Əlizadəyə məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.
1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır. O, elə həmin ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
Texniki təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün, Sevil Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. O, ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1973 -
 Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Neruda (Ricardo Eliezer Neftalí Reyes Basoalto) vəfat etmişdir.
P.Neruda 12 iyul 1904- də Parralda anadan olmuşdur.
Pablo Neruda 1971-ci ildə "fövqəltəbii güclə bütöv bir qitənin həyatını özündə əks etdirən poeziyasına görə" Nobel mükafatı laureatı olmuşdu. Şair "İşıqlı şəhərə gedən yolda" adlandırdığı Nobel mühazirəsində əlli ildən çoх davam edən poeziya aхtarışlarının və yaradıcılıq həyatının sirlərini açmağa çalışmışdı. Sayı qırхı keçən şeir kitabları Latın Amerikasının başqa bir görkəmli sənətkarı Qabriel Qarsiya Markesin dediyi kimi, ХХ əsrdə "Pablo Nerudanı bütün dillərin ən böyük şairinə" çevirmişdi. Onun kommunist əqidəsinə bağlılığı Qərbdə və Amerikada bir çoхlarının ürəyincə olmasa da, Neruda məhz poeziyasının gücü ilə siyasi simpatiyalarının yaratdığı əhvali-ruhiyyəni dağıda bilmişdi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz