» » Tarixdə bu gün - 25 sentyabr

Tarixdə bu gün - 25 sentyabr

Müəllif: Vüsal от 25-09-2017, 00:15
 
25 sentyabr

İlin 268-ci günü (uzun illərdə 269-cu)
İlin sonuna 97 gün qalır.

Mühüm hadisələr:

1396 - Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edir. Döyüş nəticəsində Bolqarıstan 1878-ci ilədək Osmanlının əyalətinə çevrilmişdir.
1604 - Osmanlı ordusu müqavimətlə qarşılaşmadan Peşte qalasını ələ keçirmişdir.
1763 - Rusiyada ilk ictimai xəstəxana açılmışdır.
1804 - Amerikada ilk insan hüquqları Bəyannaməsi qəbul edilmişdir.
1909 - Fransada dünyada ilk dəfə olaraq aviasiya sərgisi açılmışır.
1918 - Azərbaycan Demokratik Respublikası hökuməti Bakıda əskinasların dövriyyəyə buraxılması haqqında qərar qəbul etmişdir.
1997 - Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş bağlanmışdır.

Doğum günləri:


Tarixdə bu gün - 25 sentyabr1872- Görkəmli dövlət xadimi, alim, diplomat Adil xan Əbülfət ağa oğlu Ziyadxanov Gəncə şəhərində anadan olmuşdur.

1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra xarici işlər nazirinin müavini təyin edilib. Xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda olduğundan, A.Ziyadxanov  nazir vəzifəsini icra edib. 16.11.1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından A.Z. qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini olan A.X.Ziyadxanov gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb.

Qonşu ölkədə işlərkən çox məhsuldar diplomatik fəaliyyət göstərib 15 yanvar 1920-də Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana ayaq basıb və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib.

O, İranda olarkən özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı danışıb. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (04-10.1920) səfirin çox incə töhfəsiydi.

Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.

1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.


Tarixdə bu gün - 25 sentyabr 1890 -  Görkəmki folklorşünas Əbülqasım Hüseynzadə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir. Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.
Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur.
Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir
Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə 97 yaşında Bakıda vəfat etmişdir
 

Tarixdə bu gün - 25 sentyabr 1913 — Görkəmli teatr xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Nüsrət Möhsün oğlu Fətullayev   Lənkəran rayonunda anadan olmuşdur.

Nüsrət Fətullayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb.

1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənətdəki xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi (4 may 1940) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasına (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkçalanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Vladimir Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik səciyyələrinə, forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yer tutanları bunlardır: "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), "Həyat", Mirzə İbrahimov (1937), "Hacı Qara", Mirzə Fətəli Axundzadə və "Vaqif", Səməd Vurğun (1938), "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun (1941), "Dumanlı Təbriz", Məmməd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol (1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar (1985).

Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə ölçülərinə dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və obrazlılıq gətirirdi. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranışlarını yaradıcı həssaslıqla nəzərə alırdı. Milli etnoqrafiyanı dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzə-tərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçını heyrətdə saxlayırdı.

Aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı və aktrisa Vəfa Fətullayevanın atasıdır.

Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.

  

Tarixdə bu gün - 25 sentyabr1935-Filosof, ruhaniyyatçı Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata) Qərbi Azərbaycanda anadan olmuşdur.

Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısıdır.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975).

Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.

Asif Ata 1997-ci ildə vəfat etmişdir.

Məzarı Ağstafadadır.

 

Tarixdə bu gün - 25 sentyabr1946— Müğənni, Azərbaycanın Xalq artisti, Prezident  təqaüdçüsü Şahlar Həsənağa oğlu Quliyev Cəlilabad rayonunda anadan olmuşdur.

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirmişdir.

1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır.

Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir.

 

Tarixdə bu gün - 25 sentyabr1950 — Azərbaycan Respublikasının Xalq artisti Alim Məmmədov anadan olmuşdur.

Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. 1990-cı illərin əvvəllərində səhnədən uzaqlaşıb.

 

Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).


Tarixdə bu gün - 25 sentyabr1969- Millət vəkili Adil Abış oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.

2005-2010 - 2015-ci illərdə  Nəriman Nərimanov rayonu üzrə 20 saylı II seçki dairəsindən I, IV və V şağırış  Azərbaycan Respublikası Milli  Məclisinin deputatı  seçilmişdir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü, Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvüdür.

2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.
2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.
9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Aqil Əliyev həmdə Azərbaycan Kiqboksinq  Federasiyasının Prezidentidir.

Ailəlidir, 3 övladı var.

 


Vəfat etmişdir:

Tarixdə bu gün - 25 sentyabr1991  - Görkəmli yazıçı-jurnalist, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk dekanı, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkar Nurəddin Həsən oğlu Babayev Bakıda vəfat etmişdir.

Nurəddin Babayev 1921-ci ildə Gəncədə anei, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır.Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çoxeat" dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin kitablari daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.


1991- Azərbaycanıne Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Tarixdə bu gün - 25 sentyabr
Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirərək 1991-ci ildə Vətənə dönmüş və Qusar rayonunda sahə müvəkkili işləməyə başlamışdır.

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak olmuşdur. 

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Kəlbəcər rayonunda  dəfn edilmişdir.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.