» » Sülh bütün bəşəriyyətin arzusudur

Sülh bütün bəşəriyyətin arzusudur

Müəllif: Vüsal от 20-09-2016, 21:22

Sülh bütün bəşəriyyətin arzusudur

Sülh bütün bəşəriyyətin arzusudur.
Sülh dünyanın davam etməsinə zəruri bir təminatdır. Odur ki, hər il sentyabr ayının 21-i
Dünya Sülh Günü kimi qeyd edilir.
Əvvəllər Sovet Sosialist Respublikalar İttifaqı və Varşava Müqaviləsinə üzvü olan ölkələr sülh içində bir dünya mübarizəsi vəzifəsini xatırlatmaq məqsədi ilə Almaniyanın 1939-ci il sentyabr ayının 1-də Polşanı işğal edərək İkinci Dünya başladığı tarixi olan 1 sentyabrı Dünya Sülh Günü olaraq elan etmişdir.
1981-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 57 Sessiyası Ümumi Şuranın açılış günü olan hər sentyabrın üçüncü çərşənbə axşamı günününü Beynəlxalq Sülh Günü elan etmişdir. İllər sonra Baş Şuranın 7 Sentyabr 2001 tarix və A / RES / 55/282 saylı qərarı ilə 21 Sentyabrı Sülh Günü olaraq qəbul edilmişdir.
Birləşmiş Millətlər Təşkilatı Sülh Günündə dünya səviyyəsində qarşıdurmaların qarşısının alınması və sülhün bərqərar edilməsi naminə addımlar atmağı qarşıya məqsəd qoyur.

Sülh bütün bəşəriyyətin arzusudur

Sülhün simvolu BMT-nin Tərki-silah Üzrə Komissiyasının əlaməti kimi tanınan simvolu zeytun budağı daşıyan bir sülh göyərçinidir.
Sülh sözü, ümumiyyətlə, düşmənçiliyin olmaması mənasında qəbul edilir. Başqa sözlə, sülh insanların döyüşlərdən, müharibələrdən qurtuluş, harmoniya, birlik, bütövlük, sakitlik, əmin-amanlıq içində yaşamaq arzularıdır.
Sülh mükafatları:
Atatürk Beynəlxalq Sülh Mükafatı
Qandi Sülh Mükafatı
Nobel Sülh Mükafatı
 
 
 
 Sülh bütün bəşəriyyətin arzusudur
Sülh təşkilatları:
Dünya Sülh Konseyi
Dünya Sülh Şurası (World Peace Council)
Dünya Sülh Şurası qurulduğu 1949-ci ildən bəri sülh, tərksilah, qlobal təhlükəsizlik, milli müstəqillik, iqtisadi və sosial ədalət, inkişaf, ətraf mühitin qorunması, insan hüquqları, müstəqillik uğrunda mübarizə aparan xalqlarla həmrəylik üçün və imperializmə qarşı mübarizə edir. Şuranın sədri Frederik Joliot-Curienin "Sülh hər kəsin işidir" sözünü özünə prinsip seçmişdir. Şura dünyanın bir çox ölkəsində yerləşən sülh təşkilatların federasiyasıdır.
Dünya Sülh Duası İcması
Dünya Sülh Duası İcması (The World Peace Shalat Society) 1955-ci ildə Masahisa Goi tərəfindən Yaponiyada yaradılıb. İcma "Dünyada Sülh Hakim Olsun" ("May Peace Prevail on Earth") deyərək, sülhün dua vasitəsi ilə ümumiləşməsi ideyasını ortaya atmışdır. 1986-cı ildə Beynəlxalq Sülh İli münasibəti ilə beynəlxalq aləmdə artıran icma, 1988-ci ildə mərkəz binasını Nyu-Yotkda daha mötəbərliyə qaldırdı. 1990-ci ildə Birləşmiş Millətlər Təşkilatına bağlı bir qeyri-neft təşkilatı (NGO) olaraq qəbul edilən birliyin mərkəzi 2001-ci ildən bu yana Nyu-yorkda yerləşən Dünya Sülh Sığınacağı (World Peace Sanctuary) bazasındadır.

Sülh bütün bəşəriyyətin arzusudur

Qeyd: Türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.