» » Tarixdə bu gün - 23 iyul

Tarixdə bu gün - 23 iyul

Müəllif: Vüsal от 23-07-2017, 00:15

23 iyul


İlin 204-cü (uzun illərdə 205-ci) günü

 

Doğum günləri:
 
Tarixdə bu gün - 23 iyul1882 - Türkiyənin ənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır.[ Türkiyə İstiqlaliyyət müharibəsini başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə "İstiqlal" medalı ilə təltif olunmuş Musa Kazım Qarabəkir Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir.
Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900-1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927-1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur.
Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur. 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub.
Kazım Qarabəkir Paşanın adı Türk hərb tarixinə qızıl hərflərlə həkk olunub. OAzərbaycanın erməni işğalından təmizlənməsində Kazım Qarabəkir Paşa əsl xilaskar olmuşdur.Kazım Qarabəkir Paşaya minnətdarlıq əlaməti olaraq Naxçıvanda onun adına məscid tikilmiş, generalın qızı Timsal Qarabəkir 1999-cu ilin, 13 oktyabrında bu məscidin açılışında iştirak etmişdir.
 
Tarixdə bu gün - 23 iyul1883 — Ədəbiyyatsunas, publisist, tənqidçi,pedaqoq Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Gəncədə anadan olmuşdur.
İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır.
1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır.
Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır.
İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
O, Qafqazın müxtəlif mətbuat orqanlarına A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. "Şərqi-Rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.
Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı.
1906-cl ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halındakı kitabın çox hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.
İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmış, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlamışdır.
Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük qatqısı olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurmuşdu. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.
Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi.
XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almış və təsirində qalmışdır. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.
Abdulla Sur 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunmuşdur.
 
1916 — Azərbaycan Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Maral Rəhmanzadə Bakı şəhərində anadan olmuşdur.1930-1933-cü illərdə Tarixdə bu gün - 23 iyulAzərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illırdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur.
1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vurub, Bakıya qayıdan gənc rəssamın elə həmin ildən
yaratdığı tablolarla Azərbaycanı vəsf etməkdədir. "Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" və s tablolar belə nümunələrdəndir.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır.
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır ("Çexoslovakiyada", 1959-1960).
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət" ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.
 
Tarixdə bu gün - 23 iyul1927 — Azərbaycanın Əməkdar rəssamı Hafiz Əliabbas oğlu Zeynalov Ba­kı­da ana­dan olmuşdur.
1942-1945-ci il­lər­də Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bin­də təh­sil almışdır. 1947-1953-cü il­lər­də Sankt-Pe­ter­burq­da İ.E.Re­pin adı­na Rəs­sam­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tun­da oxu­muşdur
1954-cü il­də ilk də­fə ola­raq Ümu­mit­ti­faq rəs­sam­lıq sər­gi­sin­də - Tret­ya­kov Qa­le­re­ya­sın­da iş­ti­rak etmiş, elə hə­min il SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üzv­lü­yü­nə qə­bul olu­nmuşdur. Onun şöh­rə­ti də hə­min dövr­lər­dən öl­kə xa­ri­ci­nə ya­yıl­ma­ğa baş­la­yıb. O, 1956-cı il­də Ümu­mit­ti­faq və Cə­nu­bi Qaf­qaz res­pub­li­ka­la­rı, ADR, MƏR, Əl­cə­za­ir­də­ki sər­gi­lər­də iş­ti­rak etmişdir. 1982-ci il­də Ba­kı­da, 1983-cü ilin may ayın­da Mər­də­kan­da, hə­min ilin iyul ayın­da Sum­qa­yıt şə­hə­rin­də, 1988-ci il­də ye­nə də Ba­kı­da fər­di ya­ra­dı­cı­lıq sər­gi­lə­ri ke­çi­ri­lmişdir.
Hafiz Zeynalov hə­lə İ.E.Re­pin adı­na Sankt-Pe­ter­burq Rəs­sam­lıq Aka­de­mi­ya­sın­da təh­sil al­dı­ğı il­lər­də ən çə­tin sa­yı­lan janr­la­ra mü­ra­ci­ət etmiş, ta­ri­xi möv­zu­lar­da əsər­lər ya­rat­ma­ğa ça­lı­şır­dır. Onun gənc­lik il­lə­rin­də uğur­lu iş­lə­rin­dən bi­ri "Ba­kı neft sə­na­ye­si fəh­lə­lə­ri it­ti­fa­qı­nın 1905-ci il ic­la­sı" idi və bu əsər onun dip­lom işi olmuşdur. Hafiz Zey­na­lo­vun gənc­lik il­lə­rin­də çək­di­yi əsər­lər P.Ko­rin, S.Ge­ra­si­mov, B.İo­han­son, V.Se­rov ki­mi gör­kəm­li sə­nət­kar­la­rın iş­lə­ri ilə ya­na­şı nü­ma­yiş et­di­ri­lir­di.
Rəs­sa­mın "Şir­van­şah­lar sa­ra­yı", "İçə­ri Şə­hər", "Ba­kı­da ilk qar", "Ba­kı­da məs­cid" ki­mi bən­zər­siz sə­nət əsər­lə­ri Ba­kı və Ab­şe­ron tor­pa­ğı­nın zən­gin­li­yi­ni, ta­ri­xi abi­də­lə­ri­ni əks et­di­rir­di. Onun "Xə­zə­rin sa­hi­lin­də", "Bi­zim bağ­da", "Ab­şe­ron­da ax­şam", "Zu­ğul­ba qa­ya­la­rı" və di­gər əsər­lə­ri bu qə­bil­dən­dir. Rəs­sam "Nə­si­mi", "Nəi­mi", "Ni­za­mi­nin gənc­li­yi", "Məm­məd Ra­him", "Sə­məd Vur­ğun və Ni­ko­lay Ti­xo­nov" ki­mi əsər­lər ya­ra­tmışdır. "Hü­seyn Ca­vid və Mi­ka­yıl Müş­fiq", "Mir­zə Fə­tə­li Axun­dov", "Mə­həm­məd Fü­zu­li" əsər­lə­ri bu ba­xım­dan çox əhə­miy­yət­li­dir. Hafiz Zey­na­lov öz por­tret­lə­ri­ni də çə­kmişdir. "Fır­ça ilə av­to­por­tret", "Ma­vi köy­nək­də av­to­por­tret", "Hə­sir şlya­pa­lı av­to­por­tret" və s. On­lar rəs­sa­mın hə­ya­tı­nın müx­tə­lif dövr­lə­rin­də çəkilmişdir.

 

1941 – Xalq artisti Flora Ələkbər qızı Kərimova Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 23 iyul1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977 Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Klassik Avropa operası ( nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.
Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.
"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Ailəli olub, bir qızı və bir oğlu var.
 
Vəfat etmişdir: 
 
Tarixdə bu gün - 23 iyul1977 — Azərbaycan aktrisası, Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (Sultanova) Bakıda vəfat etmişdir.
Əminə Nağıyeva 26 mart 1919-cu ildə doğulmuşdur,
Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.
1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
 
Tarixdə bu gün - 23 iyul 1935 — Dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı
professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlik-Aslanov 56 yaşında sürgündə ömrünü başa vurmuşdur.
Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi.
Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı.
1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi.
Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü. Həmin vəzifələrdə işlədiyi dövrlərdə onun Peterburqda çıxan 4 elmi məqaləsi də dərc olunmuşdu.
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Müvəqqəti Hökumətin sərəncamı ilə martın 9-dan Xudadat bəy Məlik-Aslanov Tiflisdə Xüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə müvəkkili təyin olunmuşdu. O, 1917-ci il noyabrın 15-də Y. Gegeçqorinin sədrliyi altında yaradılan Zaqafqaziya Komissarlığı hökumətində Fətəli xan Xoyski və Məmməd Yusif Cəfərovla birlikdə onun tərkibinə daxil olmuşdu. Xudadat bəy Məlik-Aslanov Zaqafqaziya Komissarlığında və 1918-ci il aprelin 26-da yaranmış Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı komissarı və naziri təyin edilmişdi. Həmin vəzifələrdə çalışdığı dövrdə onun Qafqaz dəmir yolu nəqliyyatı tarixinə həsr olunmuş kitabı nəşr olunmuşdu.
O, Zaqafqaziya Seymində "Müsəlman fraksiyası"nın, 1918-ci il mayın 27-də Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin sədriliyi ilə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olmuşdu. Məlik-Aslanovun tərkibinə daxil olduğu Tranqafqaz hökumətinin "Müsəlman fraksiyası" o zamanki müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsini məqbul hesab edirdi. O, hələ 1918-ci ilin yanvar ayında sülh məsələsinə dair gedən danışıqların müzakirəsində hökumət üzvü kimi yaxından iştirak etmişdi. Azərbaycan nümayəndəsi kimi o, öz çıxışında bildirmişdi ki, Rusiya ərazisində yeni yaranmış hökumətlərin TransQafqazda heç bir marağı yoxdur. Ona görə Xudadat bəy Məlik-Aslanov yeni yaranmış hökumətlərin rəyini gözləmədən Tranqafqazın müstəqilliyini elan edib sülh danışıqlarına başlamağın zəruri olduğunu irəli sürmüşdü.
ADR-in təsisçiləri, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında
1918-ci ilin mayına kimi Azərbaycanın müstəqilliyi yox idi. Yalnız həmin il mayın 28-də Azərbaycan dövlət müstəqilliyinə nail oldu. Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Fətəli xan Xoyskinin başçılığı altında birinci milli müvəqqəti hökumət 9 nazirlikdən ibarət təşkil olunmuşdu. Həmin nazirliklərdən biri də Dəmir Yolu, Poçt və Teleqraf Nazirliyi idi. O zaman müstəqil Azərbaycan Cümhuriyyətinin ilk yollar, poçt və teleqraf naziri məhz bu sahəyə yaxşı bələd olan Xudadat bəy Məlik-Aslanov təyin olunumşdu (rəsmən dəmiryol nəqliyyatı yazılsa da, Xudadat bəy Məlik-Aslanov bütün növ (həmçinin su, quru, hava) yolları naziri idi.
O, Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, 3-cü və 4-cü və 5-ci kabinələrdə ancaq yollar naziri vəzifələrində çalışmışdı. Məlik-Aslanov 1919-cu il fevralın 18-dək həm də müvəqqəti olaraq ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də yerinə yetirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetində (28 may – 17 iyun 1918-ci il) hələ də partiya mənsubiyyəti üzrə bitərəf olan Xudadat bəy Məlik-Aslanov yekdilliklə əvvəllər bu sahədə çalışmış, ixtisaslı və təcrübəli bir mütəxəssis kimi dəmir yol nəqliyyatı, poçt və teleqraf naziri təyin olunanda da, 2-ci hökumət kabineti zamanı (17 iyun – 7 dekabr 1918-ci il) yenə həmin vəzifəni davam etdirəndə də respublikada dəmir yolu, digər yol sahələrinin və poçt və teleqraf sistemlərinin təşəkkülü və inkişaf etdirilməsi üçün bacardığını əsirgəməmişdi.
Xudadat bəy Məlik-Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin yollar, poçt və teleqraf naziri vəzifəsində 1918-ci il oktyabrın 6-dək fəaliyyət göstərdi. Sonuncu tarixdə 2-ci hökumətin tərkibində zəruri kabinədaxili dəyişikliklər aparıldı. Bu zaman ayrıca Yollar Nazirliyi və müstəqil Poçt və Teleqraf Nazirliyi təsis olundu. Xudadat bəy Məlik-Aslanov müstəqil Yollar naiziri təsdiq edildi. O, bu vəzifədə AXC süqutuna qədər çalışdı.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Məlik-Aslanov Milli Şuranın 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanuna" əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edildi. Azərbaycan Parlamenti rəsmən 120 nümayəndədən ibarət idi. Parlamentin milli tərkibi müsəlman əksəriyyətindən savayı 21 erməni, 10 rus, habelə polyak, yəhudi deputatlardan və digər milli azlıqları təmsil edən deputatlardan ibarət idi.
Məlik-Aslanov Azərbaycan Parlamentinin tərkibində "Müstəqillər fraksiyası"nda təmsil olunurdu. Parlamentdə bu fraksiyanın cəmi 4 nəfər nümayəndəsi vardı. Onun adı "Müstəqillər fraksiyası"nın Parlamentə təqdim olunan nümayəndələrinin siyahısında sayca 3-cü (Əlimərdan bəy Topçubaşov və Səməd bəy Mehmandarovdan sonra) oxunurdu.
Xudadat bəy Məlik-Aslanovun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılmışdı. O, Azərbaycan Parlamentində 1919-cu ilin martında yaradılan əlifba islahatı üzrə xüsusi komissiyanın sədri seçilmişdi. Onun rəhbərliyi altında latın qrafikalı əlifbaya keçilməsinə dair bir neçə qanun layihəsi hazırlanmışdı. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1919-cu il iyunun 11-də Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli ali orqanı-respublika Dövlət Müadfiə Komitəsi (DMK) yaradıldı. Nazirlər Şurasının başçısı Nəsib bəy Yusifbəylinin sədr olduğu DMK-in birinci müavini Xudadat bəy Məlik-Aslanov oldu. O, yeri gəldikcə Nazirlər Şurasının sədri vəzifəsini də icra edirdi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri N. Yusifbəylinin 1919-cu il 23 iyul tarixli 33 nömrəli əmri elan olunmuşdu. Rəsmi dövlət orqanı "Azərbaycan" qəzetində dərc olunmuş bu elanda bildirilirdi ki, həmin tarixdən xidməti ezamiyyətə getməsilə əlaqədar olaraq Bakını tərk etdiyi üçün Nazirlər Şurasının sədri vəzifəsinin müvəqqəti yerinə yetirilməsi yolları naziri Xudadat bəy Məlik-Aslanova həvalə olunur.
Xudadat bəy Məlik-Aslanov "Müsavat" ("Bərabərlik") partiyasının 1919-cu il dekabrın 2-də Bakıda keçirilmiş İİ qurultayında bu partiyanın o zaman Azərbaycan xalqının taleyində oynadığı rolun tarixi əhəmiyyətini qeyd edərək bildirmişdi:
" "Müsavat” partiyası olmasaydı, indi bizim şahidi olduğumuz hadisələrin heç biri baş verməzdi "
Xudadat bəy Məlik-Aslanov 1920-ci ilin 27–28 Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi olmasına baxmayaraq, Azərbaycan SSR-ə lazım olan dəyərli bir mütəxəssis kimi öz ixtisası üzrə rəhbər vəzifələrdə çalışmışdı. Belə ki, o, 1921-ci ilin əvvəllərindən Azərbaycan SSR Dövlət Tikinti Komitəsində əvvəlcə Şöbə müdiri, sonra isə Komitə sədri işləmişdi. Sonra o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında Dəmir Yol Tikintisi İdarəsinin rəisi, Şuranın məsləhətçisi olmuşdu. Məlik-Aslanov 1922–1930-cu illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Sənaye-Nəqliyyatı Bölməsinin müdiri (1923–1925) və Rəyasət Heyətinin üzvü (1922–1924), Zaqafqaziya Dəmir Yolu İdarəsinin üzvü, Azərbaycan Poliitexnik İnstitutunun İnşaat Fakültəsinin Yol, Sənaye, Nəqliyyat və Tikinti Bölməsinin müdiri, həmin fakültənin dekanı (1924–1930), Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini (1928), RSFSR VƏ Azərbaycan SSR-in bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının üzvü (1921–1930), SSRİ Ali Xalq Təsərrüfatı Şurasının Elmi-Texniki Kollegiyasının üzvü, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvlüyünə namizəd və üzvü (1926–1930), Zaqafqaziya MİK-in üzvlüyünə namizəd olmuşdu.
Xudadat bəy Məlik-Aslanovun 1921–1929-cu illərdə Moskvanın jurnallarında bir neçə elmi məqaləsi dərc olunmuşdu. Azərbaycan Politexnik İnstitutunun nəşriyyatında 1927-ci ildə, Azərbaycan Dövlət Nəşriyyatında isə 1929-cu ildə Xudadat bəyin dəmiryolu texnikasına dair iki kitabı işıq üzü görmüşdü. 1929-cu ildə Azərbaycan SSR MİK-in qərarı ilə Məlik-Aslanovun Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutunun həqiqi üzvü seçilmişdi. O, 1930-cu ildən Azərbaycan Neft İnstitutunun Nəqliyyat fakültəsinə rəhbərlik etmişdi.
Xudadat bəy Mariya Viktorovna Aleksandrova ilə ailə həyatı qurmuşdu.
Xudadat bəy 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Dövlət Siyasi İdarəsi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olundu. Onu sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoymuş "Azərbaycan Milli Mərkəzi" gizli millətçi təşkilatı ilə əlaqədə və ona üzv olmaqla günahlandırırdılar. Həmçinin Məlik-Aslanovu siyasi mühacir kimi Ərdəbildə "Azərbaycan Milli Mərkəzi" Bürosunun mühacir qrupunun rəhbəri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dəmir Yol İdarəsinin rəisi işləmiş qardaşı Teymur bəy Məlik-Aslanovla əlaqə saxlamaqda da günahlandırırdılar.
1930-cu il sentyabrın 30-da Azərbaycan SSR DSİ Kollegiyasının Bakıda keçən məhkəmə iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işinə" baxıldı. Həmin "iş" üzrə həbs olunmuş və artıq əvvəlcədən hazırlanmış saxta ittihamnamədən 53 nəfərin adı keçirdi. Onların içərisində Xudadat bəy Məlik-Aslanov da var idi. Məhkəmədə həmin ittihamlarla mühakimə olunanlardan 14 nəfərinə 10 il iş verilmiş, 12 nəfərə isə güllələnmə kəsilmişdi. On il iş alanlar arasında Xudadat bəy Məlik-Aslanov da var idi. Lakin 1932-ci il fevralın 2-də Tiflisdə Zaqafqaziya DSİ-nin Kollegiya Məhkəməsinin iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işi"nə yenidən baxılmışdı. Bu dəfə cəzaların müddətində dəyişiklik olunmuş və Xudadat bəy Məlik-Aslanovun cəzası 10 ildən 5 ilə endirilmişdi.
1933-cü ilin iyulunda həbsdən azad olunan Xudadat bəy sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda Dəmiryolu nəqliyyatı kafedrasına və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdi. Texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik-Aslanov müxtəlif ali məktəblərə dəvət alaraq orada, həmçinin silsilə mühazirələrə oxuyurdu. Xudadat bəy Azərbaycan SSR-də dəmiryol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həllinə dair 70-dən çox elmi məqalə, o cümlədən dəmir yol nəqliyyatına aid 3 monoqrafiyanın müəllifi idi.
Xudadat bəy Məlik-Aslanov 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edilmiş və bu dəfə SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərilmişdi. Xudadat bəy Məlik-Aslanov 1935-ci il iyulun 23-də Sibirdə həbs düşərgələrindən birində vəfat etmişdi. Bu zaman onun cəmi 56 yaşı vardı. Ona yalnız 1959-cu ildə bəraət verilmişdi.
 
Tarixdə bu gün - 23 iyul1967 — Məşhur aktyor, Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı Gəıncədə vəfat etmişdir.
İsmayıl Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib.
1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.
Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona birbirinin ardınca sanballı rollar tapşırılıb.
Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), [[Cəlil Məmmədquluzadə]]nin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda), Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil" (Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib.
Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan əcnəbi millətlərin nüma-yəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülMəsmə qərar veril-di. Halbuki həmin dövrdə Gəncədə yerli gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə Dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942–1943-cü illərdə teatrda direktor da olub.
İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır: Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jorj Danden ("Jorj Danden", Jan Batist Molyer), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Yaqo ("Otello", Vilyam Şekspir), Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Azər baba, İbrahim xan ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə İbrahimov), Kərəmov, Usta Segah, Səməndərli ("Toy", "Xoşbəxtlər" və "Aşnalar", Sabit Rəhman), Qivami ("Nizami", Mehdi Hüseyn), Naçalnik, Hatəm-xan ağa, Mirzə Həbib ("Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Aslan kişi ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli), Jan Qrubek ("Praqanın şabalıd ağacları altında", Konstantin Simonov), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Xəlifə ("Babək", Əbil Yusifov), Rüstəm ("Səyavuş", Hüseyn Cavid), Qoca ("Şlkayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Cəmilzadə ("Kişilər", Altay Məmmədov), Göyüş dayı ("Qatır Məmməd", Zeynal Xəlil), Yoxanes Rayesmık ("Azmış oğul", Eqon Rannet), Alxan ("Bahar suları", İlyas Əfəndiyev), Qriqori Stepanoviç ("Sabahm xeyir", Viktor Rozov), Riçard Sterlinq ("Sarı ƏlCək", Əfqan), Cahangir bəy ("Nəriman ata", Atif Zeynallı).
"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayıb. İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilib. Cahangir bəy rolu İsmayıl Talıblının son tə-zə səhnə obrazı olub. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmayıb.
Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi "Onu bağışlamaq olarını?" filmində Mirzə Veysəl roludur.
İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.
Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
 
Tarixdə bu gün - 23 iyul1973 — Məşhur Azərbaycan yazıçısı Məsud Əlioğlu Vəliyev 44 yaşında vəfat etmişdir.
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri n
amizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.

 Tarixdə bu gün - 23 iyul2011 — Məşhur muğam ustadı, Əməkdar artisti Sabir Nüsrət oğlu Mirzəyev 68 yaşında vəfat etmişdir.
Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişd
Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S.Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.
Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır.
O, Prezident təqaüdçüsü idi.

Tarixdə bu gün - 23 iyul 2020 — Azərbaycanlı aktrisa və pianoçu Tamilla Səid qızı Rüstəmova Moskvada vəfat etmişdir.
Tamilla xanım "Böyük dayaq" filmindəki Maya obrazı ilə könüllərə həkk olunmuşdur.
Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.
Moskva şəhərində dəfn edilib.
Filmoqrafiya
"Böyük dayaq" (film, 1962) — rol: Maya
"Ulduz" (film, 1964) — rol: Ulduz
"Zirvə" (1964) — rol: Sevda
"Axırıncı aşırım" (film, 1971) (tammetrajlı bədii film)-rol: Növrəstə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.