» » Tarixdə bu gün - 19 sentyabr

Tarixdə bu gün - 19 sentyabr

Müəllif: Vüsal от 19-09-2017, 00:20

 

 19 sentyabr


İlin 262-ci günü (uzun illərdə 263-cü).

İlin sonuna 103 gün qalır.


Mühüm hadisələr

1575 - Türkiyədə ilk rəsədxana qurulur.
1783 - Hava şarında ilk səyahət edilmişdir.
1841 - İlk ölkələrarası dəmir yolunun açılışı (Strasburq Bazel) olmuşdur.
1888 - Dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilir.
1893 - Yeni Zelandiya Kolonisi qadınlara səs həqqi tanıyan ilk millət oldmuşdur. Bu tərəqinin başçısı, 1866da qadın hərəkətini başladan Keyt Şeperd (Kate Sheppard) idi.
1921 - Mustafa Kamal paşa marşal rütbəsi alır.
1951 - Şimali Atlantika Müqaviləsi Təşkilatı, Türkiyə və Yunanıstanı NATO'ya üzv olmaya dəvət etmişdir.
1985 -Meksikanın paytaxti Meksikoda baş verən 8.1 rişter şidətində zilzilə, 35 mindən çox insan ölmüşdür.
2008 - Zaqatalada aeroportunun açılışı olmuşdur.

Doğum günləri:
 
Tarixdə bu gün - 19 sentyabr1950 — Tanınmış jurnalist, "Xalq qəzeti” baş redaktorun birinci müavini, Əməkdar mədəniyyət işçisi Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə "Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə "Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib.
1988-ci ilin aprel ayından indiyədək "Xalq qəzeti”ndə (o vaxt "Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib.
2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq "Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və
bir neçə kitabın müəllifi, redaktoru və tərtibçis
idir.
 
Tarixdə bu gün - 19 sentyabr1963 - Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.
1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.
1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.
Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı döyüşmüşdür. Nəsimi kəşfiyyat taboruna başçılıq etmişdir.
Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.
25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.
Ailəli idi, bir qız övladı var.
Azərbaycan Respublikası Prezidenti vəzifəsini icra edənin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Tarixdə bu gün - 19 sentyabr 1973 - Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqut Nəriman qızı Paşazadə Tərtər rayonunda anadan olmuşdur.

1990–сü ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir.

1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri xalq artistləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur.
1993-cü ildən YUĞ Dövlət Teatrında işləyir. Hal-hazırda həmin teatrın ali dərəcəli aktrisasıdır. Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan, Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur.
2007-ciildə ATƏT və Azərbaycan DİN ilə birgə keçirilən "İnsan alverinə qarşı" layihəsində treninqlərin aparıcısı olmuşdur.

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində aktyor sənəti fənnini tədris edir.

Vəfat etmişdir:

 1974 - Böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyov 55 yaşında vəfat etmişdir. 
Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşada anadan olmuşdur.
S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə
malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. (F. Əmirov, S.Hacıyev, Niyazi, S. Rüstəmov). Öz yaradıcılığında onlar Ü. Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S. Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.
 Tarixdə bu gün - 19 sentyabrS.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S. Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almı
şdır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra "Bolqar süitası" və "Çex rəqsi" əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri – adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uygunlaşır. "Konsert" milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", S. Vurğunun "İnsan", S. S. Axundovun "Eşq və İntiqam", S. Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
1947-ci ildən S. Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır. S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmlşdir.
Bəstəkar İsmayıl Hacıbəyovun atasıdır.

 1992 - Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyeva Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 19 sentyabrAida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışmışdır .
"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında", "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi", "Sovet Azərbaycanı və xarici Şərq", "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi", "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri", "Şərq filologiyası məsələləri", "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə", "Xarici Şərqin problemləri: tarix və müasirlik", "Şərq ədəbiyyatında ənənə və novatorluq" məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın anasıdır.
Nəsir İmanquliyevin qızıdır.

1995 - Məşhur bəstəkar, SSRİ xalq artisti Rauf Soltan oğlu Hacıyev 73 yaşında  vəfat etmişdir. 
Rauf Hacıyev 15 may 1922-ci ildə Bakıd şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Rauf Hacıyev Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur.
Tarixdə bu gün - 19 sentyabr Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.

O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

R. Hacıyev 7 operetta yazmışdır. Təqdirəlayiqdir ki, onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır.

R. Hacıyev 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur.
Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.
Azərbaycan professional musiqisi görkəmli bəstəkarımız Rauf Hacıyev  dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.