Tarixdı bu gün - 9 iyul
9 iyul
İlin 190-cı (uzun illərdə 191-ci) günü.
Mühüm hadisələr:
1919 – Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir.


O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır.
Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır.
1488 — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı Şeyx Heydər vəfat etmişdir.
Atası öləndə
hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9
yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə
dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin
qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak
etmişdir.
Siyasi və hərbi mübarizəsi
Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq
fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu.
Şirvan maraqları
Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.
Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasın almaq üçün Şirvanşaha müharibə elan etdi. Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba müraciət etdi.
Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1000000 nəfərədək adam (mənbədəki rəqəm görünür şişirdilib) yığıb Şeyx Heydərə qarşı cihad elan etdilər. Ancaq Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət bu qeyri-nizami qoşunu darmadağın etdi. Qızılbaş qoşunlarının tələsik getmələrini görən Fərrux Yasar Şeyx Heydərin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi və onu təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndə, Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Şeyx Heydər isə Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı.
Əmir əl-üməra Süleyman bəy Bicanoğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Şah Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Süleyman bəy qoşunları ilə Şeyx Heydərin ordusu Təbərsəranda qarşılaşdı. 9 iyul 1488-ci il Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlılarına hücum etdi. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi.
Ailəsi
1471-ci ildə Aləmşah bəyim ilə evlənmiş və üç oğlu doğulmuşdu:
Şeyx İbrahim
Şeyx Sultan Əli
Şeyx İsmayıl
Şeyx Heydərin Aləmşah bəyimdən 3 oğlu olmaqla yanaşı, digər bir arvaddan daha 4 oğlu olmuşdur. Onunla 1473-cü ildə evlənmişdi, öz əmisi Şeyx Fəridəddin Cəfər ibn Xacə Əlinin qızı idi.
Seyid Həsən mirzə (1473-1525) - Ərdəbil hakimi
Seyid Süleyman mirzə - 1513-cü ildə Şah İsmayıl tərəfindən edam edilmişdir.
Seyid Davud mirzə
Seyid Mahmud mirzə
Qızları:
Fəxr Cahan xanım - Bayram bəy Qaramanlı ilə evlənmişdi.
Mələk xanım - Abdı bəy Şamlı ilə evlənmişdi.
Fatma sultan - Hüseyn bəy Şamlı ilə evlənmişdi.
Dilşad sultan - Sasun bəyliyinin hakimi Şah Əli bəy (ö. 1540) ilə evlənmişdi.
1992— Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Namiq
Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.
1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə
çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə
dönmüşdür.
1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.
Azərbaycan Respubliksaı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Namiq Müslüm oğlu Allahverdiyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
1996 — Tanınmış nasir vadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) 72 yaşında vəfat etmişdir.
Cəlal Bərgüşad
1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan
olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II
dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə ağır döyüşlərin birində
kantuziya olduğuna görə tərxis edilmişdir .
Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.
Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur.
2014 — filologiya elmləri doktoru, professor, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, tərcüməçi və politoloq Vaqif Arzumanlı vəfat etmişdir.
V.Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub.
Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.
V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən professor adı almışdır .
V.Arzumanlı 50-dən artıq xarici ölkədə işgüzar səfərlərdə və elmi ezamiyyətlərdə olmuş,bir sıra Beynəlxalq simpozium,konfrans və müşavirələrdə iştirak etmişdir. V.Arzumanlı 2000, 2005 və 2010-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınmışdır. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülmüşdür (2001, 2007, 2012). Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının,ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964-2012) təltif olunmuş, Milli qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara,eləcə də "Qızıl qələm" və "Mir Cəlal Paşayev" mükafatlarına layiq görülmüşdür.İki monoqrafiyası (" Nizami Gəncəvinin dünya şöhrəti”, "Dəyərli ustad”) Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuşdur (1997, 2012). 2012-ci ildə Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi əlaqələr sahəsində səmərəli elmi fəaliyyəti və anadan olmasının 65-illiyi münasibətilə Fədakar alim diplomuna və mükafatına layiq görülmüşdür.
30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmuşdur.
2014-cü ilin iyul ayında Nabrandakı bağ evində ağır xəstəlikdən sonra dünyasını dəyişmiş və öz vəsiyyəti ilə Xudatda atasının dəfn olunduğu "Şıxlar" qəbiristanlığında torpağa tapşırılmışdır.
Oxşar postlar:
- Oxunub: 2 171
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar