» » Tarixdə bu gün - 21 iyun

Tarixdə bu gün - 21 iyun

Müəllif: Vüsal от 21-06-2017, 00:15

21 iyun

İlin 172-ci (uzun illərdə 173-cü) günü.

Mühüm hadisələr:

1633 -
Qalileo Qaliley inkvizisiya məhkəməsində Yer kürəsinin fırlandığı ilə bağlı nəzəriyyəsindən imtina etmək məcburiyyətində qalıb.
1990 - İranda 7,3 gücündəki zəlzələdə 50 min adam öldü.
1992 – Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.

Doğum günləri:

Tarixdə bu gün - 21 iyun1794 - Məşhur Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanov Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib.
Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən "Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan "Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.
Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş "Gülüstani-İrəm" əsəridir.
Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.
 
Tarixdə bu gün - 21 iyun1933 - Akademik Tofiq İsmayılov Bakı şəhərində anadan olmuşdur.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olmuşdur.

  

Tarixdə bu gün - 21 iyun 1933 — Muğam ustadı, Azərbaycan Respublikasının Xalq artisti Tələt Məmmədağa  oğlu Qasımov  Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir.

O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında "Rast”, "Şur”, "Seygah-Zabul” muğam-dəstgahları , "Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır.

Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan T.Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirmişdi. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanmışdır.

O, uzun illər "Azərkonsert" Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil etmişdir.

Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olmuşdur.

O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat etmişdir


Tarixdə bu gün - 21 iyun1936 — Professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, "Xan qızı Natəvan” diplomu və "Akademik Mehdi Mehdizadə mükafatı” laureatı  Rəfiqə Şahgül qızı Mustafayeva Baki şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur.

Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954-59-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır.

1960-76-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər.

R.Ş. Mustafayeva 1970-72-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.

1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəıaliyyət göstərmişdir. 1985-ci ilin fevralında institutdakı "Pedaqogika” kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.

R.Ş. Mustafayeva 1987-ci il dekabr ayınınm 8-də Tbilisidə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.

2002-ci ilin 4 yanvarında Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü – akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.

Rəfiqə Şahgül qızı Mustafayevanın rəhbərliyi ilə 14 nəfər müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.

R.Ş. Mustafayeva 45 elmi əsərin redaktorudur. Onun 24 kitabı, 220-yədək jurnal və qəzet məqaləsi çap olunmuşdur.

 20 avqust 2019-cu il tarixində Bakı şəhəri Balaxanı kənd qəbristanlığında dəfn edilmişdir.


Tarixdə bu gün - 21 iyun1984  —  K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş "Mauqli" ləqəbli idmançı    Zabit Mübariz oğlu Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub

10 yaşındaailələri ilə  Minskə köçmüşdür. 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir. O (en: Alexey Ignashov) və (en:Sergei Gur)ilə birlikdə məşqçi Dmitry Piochesky təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur. Hal-hazırda Belarusda yaşayır.

26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə Nokout ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.

17 avqust 2007-ci ildə Las Vegasda keçirilən K-1 World GP-də pozitif nəticə göstərmişdir. O bu yarışda 3 döyüş keçirmişdir:2 döyüşdə qələbə qazanır finalda çox az xal ilə (en:Doug Viney )-ə məğlub olur

26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edir və o bu yarışda da 3 döyüş keçirir.O ilk döyüşündə Doug Vineydən intiqamını alır sorakı döyüşüdə udur lakin finalda (en:Errol Zimmerman )a məğlub olur

13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan (en:Ray Sefo ) ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir, lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanaır

23 May 2009-cu ildə Zabit Səmədov Polşada keçirilən (en:K-1 World Grand Prix 2009 in Łódź,Łódź,Poland) yarışına qoşulur. Səmədov bu yarışda 3 doyüş keçirir və 3 doyüşü də qələbə ilə başa vuraraq yarışın çempionu olur.

 

Vəfat etmişdir:

1037- İslam dünyasının böyük alimi İbn Sina Həmədanda vəfat etmişdir. Tarixdə bu gün - 21 iyun
Böyük  mütəfəkkir  980-ci ildə Buxarada anadan olmuşdur.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biridir. Fars   mənşəli olduğu ehtimal olunur. Məşhur  "Göz həkiminin dəftəri" əsərinin müəllifidir.
"Təbabət elminin qanunu" - (5 cildlik) XII yüzil-likdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin,insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. 

Qısa ömründə böyük titullar qazanmışdır: "Hüdcətül-Haqq" (həqiqət carçısı); "Şeyx-ur-rəis" (böyük, müdrik), "Harami buzurq" (dahi təbib), "Şərəf-ül-Mülk" (ölkənin ən şərəfli insanı).


Bayramlar və xüsusi günlər:

Hər il iyun ayının 21-i  Dünya Musiqi Günü kimi qeyd olunur.
 

Tarixdə bu gün - 21 iyun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz