» » Tarixdə bu gün - 12 may

Tarixdə bu gün - 12 may

Müəllif: Vüsal от 12-05-2017, 00:10

12 may


İlin 132-ci (uzun illərdə 133-cü) günü

Mühüm hadisələr:

1920 — XI Qızıl ordu hissələri Şuşaya daxil olub.
1920 — Azərbaycan İnqilab Komitəsi xalq məhkəmələrinin təşkili haqqında dekret verib.
1995 — Azərbaycan Respublikası Venesuela ilə diplomatik əlaqələr qurub.

Doğum günləri:


Tarixdə bu gün - 12 may1089 — Qədim Azərbaycan ədəbiyyatının görkəmli nümayəndsi olmuş Məhsəti Gəncəvi Gəncədə anadan olmuşdur.

Məhsəti Gəncəvi – XII əsrdə yaşamış mənşəcə Azərbaycanlı olan şair, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz
şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.
 Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər.
 15 iyun 1160-cı ildə 71 yaşında vəfat etmişdir.


Tarixdə bu gün - 12 may 1921 — Görkəmli  nasir, tərcüməçi, ssenari müəllifi; Əməkdar mədəniyyət işçisi  Ələviyyə Hənifə qızı Babayeva Bakıda anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.
23 sentyabr 2014-cü ildə vəfat etmişdir.

Tarixdə bu gün - 12 may1935 — Tanınmış ssenari müəllifi Valid Möhsün oğlu  Sənani Bakıda anadan olmuşdur.

1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib.

1958-ci ildən 1967-ci ilədək radionun "Xəbərlər" baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin "Səhər" redaksiyasında redaktor, 2001-2005-ci illərdə "Lider" televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək "Space" televiziyasında redaktor işləyib.
Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.
Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər.


Tarixdə bu gün - 12 may1938 — Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu - 14-cü birinci katibi, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Niyaz oölu Mütəllibov anadan olmuşdur.

 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur.
1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda nazirlər şurasının sədr müavini vəzifələrini tutur.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur.
1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən[Mənbə göstərin] Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur[Mənbə göstərin] və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır.
Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir.
Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdir.

 

Tarixdə bu gün - 12 may1940 — Tanınməş şair, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi , Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı Abdulla Abbas  Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində  anadan olmuşdur.

1958-1963-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır . Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.

Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olmuşdur.
Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil etmişdir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur (1980).

Vəfat etmişdir:


Tarixdə bu gün - 12 may1994 — Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu  HəsənovVətən uğrunda qəhrəmancasına həlak omuşdur.

Eldar Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.

O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən danışmırdı. O kəşfiyyata tək gedər iki-üç əsirlə geri dönərdi. Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. Vətən övladının şöhrətindən eşitməyən yox idi. Onun adı dillərdən düşmürdü. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may... Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun arzularla dolu ürəyini əbədi olaraq susdurdu...
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulmuşdur.


Tarixdə bu gün - 12 may1995 — Azərbaycan yazıçısı İsi Abbas oğlu Məlikzadə 61 yaşında vəfat etmişdir.

 İsi Məlikzadə  1 may 1934-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. Xalfərəddin orta məktəbini bitirdikdən sonra - 1952-1957-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır 

"Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983-1985).[1] Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır.

 

2005 — Xalq artisti Sara Qədimova Bakı şəhərində 82 yaşında vəfat etmişdir.

Sara Qədimova 31- may 1922-ci ildə Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Tarixdə bu gün - 12 mayAzərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Səsi lirik-koloratur sopranodur.

 

Tarixdə bu gün - 12 may2011 — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu 61 yaşında Bakıda vəfat etmişdir.

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır. 1989-cu ildən YUĞ Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu almışdır.
Vaqif İbrahimoğlu «"YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 12 may

 

12 may Ümumdünya Tibb Bacıları Günüdür.
12 May Ümumdünya Tibb Bacıları Günüdür. Dünyada müasir tibb bacılığı təhsilinin yaradıcısı Florens Naiytingel olub, o, ilk tibb bacısı məktəbini 1962-ci ildə Londonda açmışdır. Türkiyədə ilk olaraq Qızıl Aypara Cəmiyyəti tərəfindən 1911-ci ildə açılmışdır. Bu kursları bitirən bacılar 1912-1914 cü illərdə Balkan müharibələri və 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində xəstə və yaralı əsgərlərə baxmışlar.
Daha sona digər illərdə tip məktəbləri açıldı. Bu məktəblər orta məktəb səviyyəsində 3 il, lisey səviyyəsində 4 il təhsil verirdi.Bu məktəblər sonra 4 illik Tibb Kolleclərinə çevirilmişlər. Kollec və lisey məzunlarına təhsil verən 4 illik Ali Tibb Bacısı Məktəbləri da hələ də fəaliyyətdədir. Bu məktəblərdən ən məşhuru İstanbuldakı Florens Naiytingel Ali Tibb bacısı məktəbidir.
12 May tibb bacısının banisi Florence Nightingalein ad günü olduğu üçün Bacılar Günü kimi qeyd olunur və bu günü təqib edən həftə də Bacılar Həftəsidir. Bu həftə qiymətləndirilərkən, tibb bacısı peşənin problemləri ortaya qoyulur və həll edilir.
Peşənin önəmini cəmiyyətin diqqəti çəkilir.
 

Tarixdə bu gün - 12 may

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.