» » Tarixdə bu gün - 4 fevral

Tarixdə bu gün - 4 fevral

Müəllif: Vüsal от 4-02-2017, 00:15
4 fevral

Mühüm hadisələr

1719— I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman vermişdir.
1935— Moskva metrosu sınaq müddətinə istismara verilmişdir.
1945— Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlamışdır.
1954— Cənubi Qafqazın ən iri su elektrik stansiyası Mingəçevir SES istifadəyə verilib.
2004— Facebook sosial şəbəkəsi meydana gəlmişdir.

Tarixdə bu gün - 4 fevral

Doğum günləri:
 
1921-   Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə  Novxanı Tarixdə bu gün - 4 fevralkəndində anadan olmuşdur.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir.
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".
Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, "Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib. 


Tarixdə bu gün - 4 fevral1939 — Xalq  artisti, aktyor Tariyel Qasımov  anadan olmuşdur.
1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib.
Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi” (1975, Türkmənfilm), "Çilidə gecə” (1982, Mosfilm), "Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), "Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), "Sahib” (1983, Özbəkfilm), "Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).

Tarixdə bu gün - 4 fevral1945—  Azərbaycanlı müğənni, bəstəkar, diplomat Polad Bülbüloğlu  anadan olmuşdur.
1968 -ci ildə ADK-nı bitirmişdir (, Qara Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə bir çox orden və medallarla təltif edilib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.
2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.

1950 — Azərbaycan ictimai xadimi, yazıçı  Gülhüseyn Mərdan oğlu Kazımov Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl Tarixdə bu gün - 4 fevralqəsəbəsindəki M.Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb.
Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirmişdir.
Dövlət qulluğunun baş müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Ailəlidir, üç övladı vardır.
1971-1972-ci illərdə Azərbaycan Dövlət Elmi Ateizm Muzeyində çalışmış, 1972-1973-cü illərdə isə ordu sıralarında xidmət etmişdir. 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru işləmişdir.
1983-1987-ci illərdə Azərbaycan KP Kirov Rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində çalışmışdır.
Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasını müdafiə edərək 1990-cı ildə təyinatla Bakıya qayıtmış, 1991-ci ilə kimi Azərbaycan KP MK-nın sərəncamında saxlanılmışdır. 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Xaçmaz-Dəvəçi rayonları üzrə zona inspektoru vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə bu idarə ləğv ediləndən sonra 1995-ci ilə kimi elmi-publisistik fəaliyyətlə məşğul olmuşdur.
1995-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin Ümumi şöbəsində protokol sektorunun redaktə qrupunun rəhbəri (sektorun baş məsləhətçisi) vəzifəsində çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyin edilmiş və xidmət ləğv olunan müddətə kimi (2009-cu il) burada çalışmışdır.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvüdür.
"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər.

 

1956— Azərbaycan Respublikasının xalq artisti Səkinə Qulu qızı İsmayılova Bakı şəhərində anadan olub.
Tarixdə bu gün - 4 fevralAsəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.
Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.
Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində - İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.

Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır. 24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 

 

Vəfat etmişdir:

Tarixdə bu gün - 4 fevral1871-   III Dağıstan və Çeçenistan əmiri (1834-1859) Şeyx Şamil  vəfat etmişdir.
 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin yanında təhsil alıb. Daha sonra özündən əvvəl imamətə başçılıq edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri olub.
1932-ci ildə Qazi Məhəmmədlə birgə Qimri kəndi yaxınlığındakı qalada rus ordusu tərəfindən mühasirəyə alınıb. Bu döyüşdə Qazi Məhəmməd həlak olub. Şamil isə ağır yaralansa da qaçmağı bacarıb. 1834-cü ildə imam seçildikdən sonra ilk olaraq imamət daxilindəki fikir ayrılıqlarını həll edir, bir-biri ilə ədavət aparan Dağıstan və Çeçenistan icmalarını İslam ideologiyası əsasında birləşdirir. Şəriət əsasında məhkəmə və idarəetmə sistemi qurur. Rusiya İmperiyasına qarşı müqavimət göstərmək üçün vacib olan hərbi və mülki təşkilatlar yaradır. Bundan başqa top, barıt, digər silah-sursat istehsalı və tədarükünü artıran Şamil hərbi təşkilatlanmada böyük irəliləyişlərə nail olur.
Güclü natiqlik qabiliyyəti, qətiyyəti, möhkəm iradəsi və sərkərdəlik məharəti sayəsində böyük uğurlar qazanan İmam Şamilin şöhrəti qısa zamanda ətraf bölgələrə yayılır. Bölgədəki bir çox feodal hakimləri onun Rusiya imperiyasına qarşı apardığı mübarizəyə qoşulur.
Özündən əvvəlki iki imamın dövründə imperiyaya qarşı 10 il döyüşən Şamil imam seçildiyi ildən etibarən döyüşləri bir qədər də genişləndirir, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub edir və onlara böyük ziyan vurur. 
1856-cı ildə Paris sülh müqaviləsindən istifadə edən Rus imperatoru Qafqaz cəbhəsinə 200 minlik hərbi qüvvə göndərir. General Nikolay Muravyov və Aleksandr Baryatinskinin başçılıq etdiyi rus ordusu 1859-cu ilin  aprel ayında İmam Şamilin iqamətgahı olan Vedeno aulunu, iyun ayında isə bütün Çeçenistan ərazisini ələ keçirir. 
1859-cu ilin avqust ayında İmam Şamil 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşür. Müqavimət dövründə kənardan heç bir kömək görməyən İmam Şamil bütün qüvvə və qaynaqların tükəndiyini anlayaraq  təslim olur. Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-ci ildə İstanbula gəlir. Osmanlı Sultanı Əbdüləziz tərəfindən ayrılan gəmi ilə Ciddə limanına yola düşür. Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedir. İmam Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il  fevralın 4-də 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunur.
 
Tarixdə bu gün - 4 fevral1974—  Azərbaycan SSR Elmlər Akademiyasının  1962-1967 -ci illərdə prezidenti  olmuş Zahid Xəlilov vəfat etmişdir.
Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur.Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür.
Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua).
1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.
1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.
Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" dərsliyini də o yazmışdır (1949).
Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.
Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.
Məzarı Fəxri Xiyabandadır.
Bakı şəhərində adına küçə və məktəb var.

Tarixdə bu gün - 4 fevral1982 — Xalq artisti, aktyor və rejissor Miribrahim Tağı oğlu Həmzəyev 73 yaşında Naxçıvanda vəfat etmişdirMiribrahim Həmzəyev 1908ci il dekabrın 25-də Gəncə şəhərində doğulub. Səhnə sənətinə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.
İbrahinı Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947-1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.
Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var
Yaradıcılığının özünəməxsus cəhətlərindən biri də o idi ki, hadisələrin yüksək psixolojidramatik məqamlarında daxili ehtirasını səfərbər edir, obrazın mənəvi gərginliyini sifət cizgilərində qabarıq canlandırır, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verirdi. İbrahim Həmzəyevin rejissurası daha çox monumentalğı ilə xarakterik idi. Məzmunun fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı ustalıqla bacarırdı. Naxçıvan teatrında bədii və musiqi tərtibatlarının romantik xarakterdə səhnə təcəssümü tapmasını ilk dəfə özünün quruluş verdiyi tamaşalarda reallaşdıran rejissor İbrahim Həmzəyevdir.
Naxçıvan teatrında mövcud olan romantik və realist aktyor məktəblərini nəzəri prinsiplər üzərində estetik ölçülərə salıb. Bu kollektivdə lirik-psixoloji üslubun yaradıcısı olub və həmin janrda maraqlı tamaşalar hazırlamaqla yeni məktəbin ənənələrini yaradıb.
Aktrisa Zəroş Həmzəyevanın həyat yoldaşıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.