» » Tarixdə bu gün - 24 yanvar

Tarixdə bu gün - 24 yanvar

Müəllif: Dəyanət от 24-01-2017, 00:15
24 yanvar

Mühüm hadisələr:

1940— Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.
1946 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.
1984— "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
1990 — Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib.
1992— Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.
1992 — Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana "xüsusi dəvət edilmiş qonaq” statusu verdi.
2002 — Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb..
2005 - Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gedib.
Səfər çərçivəsində Azərbaycan prezidenti ilk dəfə Cənubi Azərbaycanın mərkəzinə - Təbrizə gedərək burada yenicə açılmış Azərbaycan konsulluğuna baş çəkib.

Doğum günləri:

Tarixdə bu gün - 24 yanvar1905 –  Dərbənd şəhərində ziyalı ailəsində doğulub.
Dərbənddə orta məktəbi bitirdikdən sonra Bakıda, APİ-nin Dil və Ədəbiyyat fakültəsində təhsil alıb (1923-1927). Gəncə vilayət xalq maarif şöbəsinin müdiri, "Qızıl Gəncə” jurnalı redaksiyasının təşkilatçısı və baş redaktoru işləyib (1927).  Bir ildən sonra Mahaçqala şəhərinə "Dağıstan füqərası” qəzetinin nəşrini təşkil etməyə göndərilib (1928-1930). "Maarif yolu” jurnalının məsul katibi olub. Dağıstan KP Vilayət Komitəsinin göndərişi ilə Moskvada Qırmızı Professorlar (1930-1934) institutunda təhsilini davam etdirib. ÜİK(b)P MK onu Azərbaycana partiya işinə göndərilib. ADU-nun  rektoru, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqı  İdarə Heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist” nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti”, "Bakinski raboçi”, ‘Vışka” qəzetlərində, "Temp”,  "Udarnik”, "Revolyusiya və kultura”, "Firqə işçisi” jurnallarında baş redaktor olmuşdur. Bu dövrlərdə milli ədəbiyyatşünaslığın və fəlsəfi fikrin inkişafı uğrunda ardıcıl mübarizə aparıb. 1934-cü ildə Azərbaycan sovet yazıçılarının I qurultayında İttifaqın İdarə Heyətinin sədri seçilib. Ədəbi irsi zəngindir. 20-30-cu illərdə dövri mətbuatda publisist və ədəbi-tənqidi məqalələri ilə çıxış edib. "Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı”, "Şura ədəbiyyatı yüksəliş yollarında”, "Aprel ədəbiyyatı”, "Aydın”dan "Yaşar”a "Dönüş” və s. məqalələrində Azərbaycan sovet ədəbiyyatının aktual problemlərinə toxunub. Milli dildə  fəlsəfə dərsliyinin yaradılmasında, V.İ.Leninin seçilmiş əsərlərinin Azərbaycan dilində nəşrinin redaktəsində fəal çalışıb. SSRİ Yazıçılarının I qurultayında Azərbaycan ədəbiyyatının vəziyyəti  haqqında məruzə ilə çıxış edib.
 Xalq Daxili İşlər Komissarlığının təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Məmmədkazım Ələkbərli Azərbaycan SSR C/M-nin 72/73-cü maddələri ilə təqsirli bilinib. 5 avqust 1937-ci il 978 saylı "Order”ə əsasən M.Ələkbərli həbs edilib və evində axtarış aparılıb. Müttəhim XDİK-in həbsxanasına göndərilib.
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən M.Ələkbərli güllələnməyə məhkum olunub.
    1938-ci ildə cəza tədbirləri dövründə güllələnib.


1909 — Görkəmli dirijor, pedaqoq, Xalq artisti , professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.
Azərbaycan radio komitəsi nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.
9 avqust 1983-cü ildə 74 yaşında vəfat etmişdir.

 

Tarixdə bu gün - 24 yanvar1941— Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.

Bu ad Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və Uzaq Şərqdə, eləcə də dünyanın bir çox başqa ölkələrində möhtəşəm çalğısı ilə milyonların sevgisinə ünvandır. Əminliklə deyə bilərəm ki, çox sayda gözəl, məzmunlu bəstələri-rəqsləri də olan, Azərbaycan musiqi-mədəniyyətinə layiqincə xidmət göstərmiş bu böyük sənətkar möhtəşəm ifası və bir çox novator cəhətlərilə özünəməxsus qarmon sənəti məktəbi yaradıb. Azərbaycan qarmon ifaçığı aləminə yeni bir çalğı manerası bəxş etmiş A.İsrafilov sənətdə öz izi ilə görünərək dinləyicilərin ruhuna yol tapıb, onların könlünü fəth edib. Onun hər ifası bir yenilik, hər bəstəsi sənət nümunəsidir. Qarmon dillərində qeyri -ixtiyari vurduğu, ürəyindən, ruhundan, ilhamından süzülüb gələn zəngin ilmələr, çoxçalarlı əlvan güllər, xallar bu yeniliklərin işartısı, yüksək sənətkarlığın təsdiqidir. Bütün bu yüksək keyfiyyətləri ilə o, musiqi mədəniyyətimizə az qala 70 ildən bəri təmənnasız xidmət edərək xalqımızın, mədəniyyətimizin iftixarına çevrilib. İfaçılıq sənətində fikirləri aydın, melodik cümlələri məntiqli, xalları yerli-yerində, ilmələri qəlb oxşayan, saxta gəzişmələrdən, bayağılıqdan uzaq, büllur kimi şəffaf, aydın olması ilə seçilən Aftandil üslubu insan oğlunu ülviliyə səsləyir. Özü kimi sənəti də, ömürlük sirdaş olduğu qarmonu da qürurludur, əzəmətlidir bu misilsiz sənətkarın. Onun ifalarında Azərbaycanın zəngin təbiəti, füsunkar yaylaqları, göz oxşayan, insana ilham verən oylaqları, müqəddəs yurd yerləri, uca dağları, zəmzəm bulaqları, zümzüməli çayları, bulaqları, göy meşələri, ətirli çəmənləri, doğma elləri-obaları canlanır. İnsan bu ecazkar səslər dünyasında cuşa gələrək, yaşamaq-yaratmaq həvəsinə düşür.
Aftandil İsrafilov musiqi xəzinəmizin qoruyucusudur. Onu dəyərli melodik töhfələri ilə daima zənginləşdirən yaradıcı şəxsiyyətdir. Aftandil İsrafilov dedikdə həm də toylarımızın, el şənliklərimizin, bayram mərasimlərimizin yaraşığıdır.


Tarixdə bu gün - 24 yanvar1961 —  Xalq  artisti Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur.
1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov aşağıdakı rolları oynamışdır:   Xöşbəxt Adam («Park» R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri», M.F.Axundzadə, Hüseyn («Bəxt üzüyü», V.Səmədoğlu), Toğrul («Uca dağ başında», V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər», R.N.Güntəkin) və s.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır.

Səfər ("Gecə döyülən qapılar», N.Xəzri), Kumar («Qanqın böyük dalğası», C.Əfruz), Fərman («Yalan», S. Rəhman), Şahmar, Saday bəy, Seyid Hüseyn («Dəlilər və ağıllılar», «Hökmdar və qızı», («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Akkanad («Sokratı anma gecəsi», Ç.Aytmatov), İlus («Burla xatun» N.Xəzri), Teymur ağa («Lənkəran xanının vəziri», M.F.Axundov), Sarvan («Bu dünyanın adamları», Hidayət), Şair («Kəllə», N.Hikmət), Horatsio («Hamlet» V.Şekspir), M.Ə.Sabir («Hərənin öz payı» X.Qoca), Dulu Xaqan, Rəşad («Özümüzü kəsən qılınc», «İkinci səs», B.Vahabzadə), Yavuz («Afət», H.Cavid), Oğlan («Qatil », Elçin), İsgəndər («Ölülər», C.Məmmədquluzadə), Eddi Karboni ( "Körüdən mənzərə ”, A.Miller), Şeyda ( "Şeyda” H.Cavid).

Sabir Məmmədov «Kamança» (Əbdüləli), «Qaçaq Süleyman» (Murad), «Yağışdan sonra» (Əmin), «Apardı sellər Saranı» (İgid), «Qırmızı qar» (Əsgər) teletamaşalarına və «Babamın babasının babası» (Tapdıq), «Təzə evlənənlər» (Rüstəm) bədii filmlərinə çəkilib.

Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısıdır.

2018-ci ildən Azərbaycan Respublikasının Xalq artistidir.

 

Tarixdə bu gün - 24 yanvar1970 —"Snayper Abbas" ləqəbli döyüşçü Abbas Talıb оğlu Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur. 
Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub.
Хanlar rayоn Hərbi Kоmisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Оrduya göndərilmiş, 701-ci hərbi hissənin avtоmatçısı оlmuşdur.
Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi.
5 iyul 1992-ci ildə Ağdərə rayоnunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samuх rayоnunun Nəbiağalı qəsəbəsində dəfn еdilmişdir. O, Samux rayonunun ilk şəhididir.
Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdir.

 

Tarixdə bu gün - 24 yanvar1985— Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Nəcəf Şikar oğlu Şikarov Şamaxıda anadan olmuşdur.

1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam ortam məкtəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

 II Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı   göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmanlıq nümunələri   göstərmiş , hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş  Nəcəf  Şikar oğlu Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə,  Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəcəf Şikarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında  şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Vəfat etmişdir:

Tarixdə bu gün - 24 yanvar1945- İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub.
Bakı və Leninqradda hərbi məktəblərdə oxuyub.
1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib.
1991-ci ildə Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.


Tarixdə bu gün - 24 yanvar  1990— Kimya elmləri doktoru, professor, 20 Yanvar şəhidi İbrahim İsmayıl oğlu İbrahimov 20 Yanvar hadisələri səbəbindən şəhid olmuşdur. 

İbrahim İsmayıl oğlu İbrahimov 1928-ci il oktyabrın 10-da Naxçıvanda anadan olmuşdur.

1945-47-ci illərdə Naxçıvan fəhlə-gənclər məktəbində orta təhsilini başa vurduqdan sonar, Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə daxil olmuş, 1949-cu ildən ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakultəsində davam etdirmiş və 1952-ci ildə oranı bitirmişdir.

1956-59-cu illərdə Azərbayan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasında oxumuş və 1959-63-cü illərdə orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1963-66-cı illərdə indiki Azərbayan Dövlət Neft Akademiyasının "Ümumi və qeyri-üzvi kimya” kafedrasında assistent vəzifəsində işləmişdir. 1966-cı ildən Azərbayan EA Polimer Materialları İnstitutunda böyük elmi işçi və 1974-cü ildən ömrünün axırınadək "Karbonil birləşmələr” laboratoriyasına rəhbərlik etmişdir. 1984-cü ildə "Üzvi kimya” ixtisası üzrə professor adına layiq görülmüşdür.
O, 200-dən çox elmi əsərin, o cümlədən 48 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişmişdir.
Professor İ.İ.İbrahimov dəfələrlə beynəlxalq və ümumittifaq miqyasında keçirilən konqres və simpoziumlarında, o cümlədən Tehranda heterotsiklik birləşmələrə dair Beynəlxalq konfransda, Polşada keçirilən üzvi sintezə dair konfransa, "Ümumi və tətbiqi kimyaya” dair XI Mendeleyev qurultayında (Moskva, 1974), ümumittifaq konfransında (Bakı, 1976), Riqa və Rostovda keçirilən "Heterotsiklik birləşmələr kimyası”na dair II və III Ümumittifaq konfransında (Moskva, 1986) məruzələrlə çıxış etmişdir.
Professor İ.İ.İbrahimov yaradıcılığının ən kamillik dövründə, Sovet imperiyasının mənfur siyasətinin nəticəsində Bakı şəhərində 1990-cı il 20 yanvar və sonrakı günlərdə (24 yanvar) törədilən vəhşiliklərin qurbanlarından biri olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz