» » Tarixdə bu gün - 18 yanvar

Tarixdə bu gün - 18 yanvar

Müəllif: Dəyanət от 18-01-2017, 00:15

18 yanvar

Mühülm hadisələr:

1258 –Hülakü xan Bağdadı mühasirəyə alıb.
1654 –Ukrayna Rusiya tərkibinə daxil olub.
1825 –Moskvada "Bolşoy Teatr" açılıb.
1871 –Alman İmperiyası (İkinci Reyx) elan edilib.
1896 –Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.
1919 – Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
1926 –Yusif Vəzir Çəmənzəminlinin Sovet vətəndaşlığı bərpa edilib.
1943 –Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1990 –Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib.
1990 –13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.

Doğum günləri:

1689 –Görkəmli fransız filosofu Şarl Lui Monteskyö anadan olub.
Moteskyö 1748-ci ildə "Qanunların ruhu haqqında" əsərini yazmışdı. Onun fikrincə siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir.
1755-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 18 yanvar1903 –Akademik, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, uzun illər Azərbaycan SSR-nin maarif naziri işləmiş Mehdi Məhəmməd Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur.
1919-cu ildə Daşkəsən kənd ibtidai məktəbi bitirmiş və növbəti ilin noyabrından Daşkəsən kənd qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlamışdır.
1921-ci ildə 6 aylıq pedaqoji kursu bitirib və həmin ilin sentyabrından I dərəcəli Daşkəsən kənd məktəbində müəllim işləməyə başlamışdır.
Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutu bitirmiş və Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbə fizika və riyaziyyat müəllimi kimi göndərilmişdir.
Mehdi Mehdizadə 1927-ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında metodika bürosunun rəhbəri, 3 il sonra, 1930-cu ilini mart ayından isə Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və xalq komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edilmişdir.
1984-bü ildə 81 yaçında vəfat etmişdir.

Tarixdə bu gün - 18 yanvar1923 - Əməkdar elm xadimi, tibb elmləri doktoru, 1998 — 2005-ci illərdə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri işləmiş professor Zəhra Quliyeva Bakıda anadan olmuşdur.
Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir.

1927 — Görkəmli dirijor, Xalq artisti, professor Kamal Canbaxış oğlu Abdullayev Bakıda anadan olmuşdur. 1945-ci ildə Tarixdə bu gün - 18 yanvarÜ.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur.
1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir.
1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl” və S.Hacıbəyovun "Gülşən” baletlərində, C.Cahangirovun "Azad” operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır. İlk dəfə onun rəhbərliyi altında Bakıda C.Puççininin "Manon Lesko”, J.Massnenin "Lakme”, C.Verdinin "Siciliyada axşam ibadəti” (SSRİ-də ilk dəfə) və s. əsərləri səslənmişdir.
1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə görə üçüncü yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində çalışır. Teatrın repertuarında özünə möhkəm yer tutan Z.Kodayın "Xari Yanoş”, A.Nikolayevin "Həyat bahasına”, T.Xrennikovun "Kimsəsiz kürəkən”, S.Slonimskinin "Virineya”, O.Taktakişvilinin "Üç həyat” operalarını, M.Musorqskinin "Sərgidən şəkillər” baletini və s. tamaşaya qoymuşdur. 1991-ci ildə SSRİ-də ilk dəfə onun rəhbərliyi altında Moskva Konservatoriyasının Böyük zalında S.Prokofyevin "Yevgeni Onegin” tamaşasına musiqisi ifa olunmuş və 2 plastinkadan ibarət albom buraxılmışdır.
Kamal Abdullayev Türkiyədə də çalışmış, Ankara Opera və Balet Teatrında ilk dəfə P.Çaykovskinin "Qu gölü”, L.Minkusun "Don Kixot” və s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdi.
5 dekabr 1997 -ci ildə 70 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 18 yanvar1928 - Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycanda ilk musiqişünas-alim, bu sahədə ilk doktorluq işi müdafiə etmiş Əhməd İsazadə anadan olmuşdur.
 Ə. Isazadə 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaçıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq çalğı alətləri nümunələri tapmışdır.
1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə. Isazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiзiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə. Isazadə ümumittifaq (SSRI) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə. Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət "Azərbaycan xalq mahnı və oyun havaları" adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984). Məhz institutdakı belə bir fəaliyyət nəticəsində burada müstəqil şöbə – xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə. Isazadə şöbəyə müdir seçilmişdir. Başqa sözlə, Ə.Isazadə vaxtilə dahi Üzəyir bəyin, Bülbülün xalq musiqisi nümunələrinin toplanılması və yazıya alınması barədə fikir və tövsiyələrini layiqincə yerinə yetirmişdir. Bu illərdə ekspedisiyalardan əldə edilmiş materiallar əsasında şöbədə irihəcmli fundamental "Azərbaycan xalq musiqisi atası" tərtib edilmiş, xalq musiqimizin janrlar üzrə yayılma arealı müəyyənləşdirilmişdir. Təəsüf ki, 15 ildir bu tədqiqat maliyyə problemləri səbəblərindən nəşr edilə bilmir.
Ə. İsazadə Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. Alim ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrini, həmзinin orta əsrlərdəki poetik və tətbiqi sənət mənbələrini aşkarlamış, xalq musiqisinin bu mənbələr əsasında tədqiq edilməsinin elmi-metodoloji prinsiplərini müəyyənləşdirmişdir. Məhz araşdırmaları sayəsində Azərbaycan xalq musiqisinin notlaşdırılması, öyrənilməsi tarixi və bu məsələləin nəzəri aspekti sistemli şəkildə ilk dəfə elmi-musiqişünaslıq həllini tapmışdır. Ə. Isazadənin musiqi mədəniyyəti qarşısında bir xidməti də bundan ibarətdir ki, o, dissertasiyada ilk dəfə Azərbaycan xalq musiqisinin ilk not nümunələrini əldə etmiş və XIX əsrin ikinci yarısında not yazısına salınmış xalq mahnı və rəqs nümunələrimizi tapmışdır. SSRI və xarici ölkə arxivlərindən əldə edilmiş bu elmi tapıntılar və ümumən müdafiə edilmiş ilk doktorluq dissertasiyası sayəsində müasir musiqi elmimizin mənbə və informasiyaları xeyli zənginləşmişdir.
Ə. İsazadə 30 ildən çox MEA Memarlıq və Incəsənət Institutunda xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinə rəhbərlik edib. Bu illər ərzində onun elmi rəhbərliyi və opponentliyi ilə onlarla elmi əsərlər yazılmış, müdafiə edilmiş, zəngin xalq musiqisi irsimizin müxtəlif problemləri, bəstəkar-folklor əlaqələri, milli musiqi təfəkkürünün nəzəri məsələləri öyrənilmiş, məqalə və monoqrafiyalar yazılmışdır.
Alimin rəhbərliyi ilə şöbə tərəfindən 20 il ərzində "Azərbaycan xalq musiqisi antologiyası" oncildliyi tərtib olunmuşdu. Bu, çoxcildli fundamental toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir. Artıq I cild 2002-ci ildə işıq üzü görmüş və ziyalılar, alim-mütəxəssislər, musiqi ictimaiyyəti tərəfindən mьsbət rəylərlə qarşılanmışdır. Ə. Isazadənin 1990-cı illərdə respublika və xarici ölkə jurnallarında dərc etdirdiyi məqalələr də ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
2007-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 18 yanvar1941 –Görkəmli kinorejissor, Azərbaycan respublikasının Xalq xalq artisti , professor Eldar Tofiq oğlu Quliyev Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Biri vardı, biri yoxdu...” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunub.
 
1932 — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Tarixdə bu gün - 18 yanvarMükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllim oğlu Mütəllimov Naxçıvan şəhərində anadan olmuşdur.
1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.
1961-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963-1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
T.Mütəllimov 1961-ci ildə "Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə "Ə.Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965-1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir. Onun "Ədəbiyyatşünaslığın əsasları” və "Ədəbiyyat nəzəriyyəsi” fənlərindən dediyi mühazirələri yüksək elmi səviyyəyə malikdir.170 məqalənin, 2 monoqrafiyanın və 8 elmlər namizədi yetişdirmişdir.
T.Mütəllimovun "Ə.Əbülhəsənin yaradıcılığı”, "XX əsr Azrbaycan ədəbiyyatında ədəbi məktəblər”, "Sənət qayğıları” "Əbdürrəhimbəy Haqverdiyevin poetikası” kitablarında klassik və müasir ədəbiyyatımızın görkəmli ədiblərinin yaradıcılığı, həmçinin mühüm elmi nəzəri məsələlər təhlil olunmuşdur. Azərbaycan ədəbiyyatının müxtəlif yaradıcılıq problemləri, xüsusilə poetika məsələləri ilə məşğul olan alimin 200-dən çox məqaləsi elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Onun rəhbərliyi ilə 2 filologiya üzrə elmlər doktoru və 14 filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə olunmuşdur.
 
Tarixdə bu gün - 18 yanvar1947 –Azərbaycan Xalq artisti, rəqqasə Afaq Məlikova Bakıda dünyaya gəlib. Uşaqlığından qızlarının rəqsə marağını görən valideynləri onu Bakı Xoreoqrafiya məktəbinə göndərirlər.
Afaq Süleyman qızı 1963-1974 – cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.
1974 – cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.
2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri - Xalq artisti, tanınmış rəqqasə, Məlikova "Şərəf” ordeni ilə təltif olunmuşdur.

Vəfat etmişdir:

1977 - Azərbaycanın ilk qadın idmançılarından biri, Azərbaycan SSR Əməkdar bədən tərbiyəsi və idman xadimi, Respublika dərəcəli hakim Qasımova Sona Əhməd qızı vəfat etmişdir.
Sona xanım 1912-ci ildə Maykopda anadan olmuşdur. 1934-cü ildə keçirilmiş Zaqatala-Bakı piyada yürüşündə iştirak etmiş, 1937-ci ildə qumbara tullamaq üzrə Azərbaycanın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordçusu adını qazanmışdır. Azərbaycan LKGİ Zaqatala RK-nın birinci katibi olmuş (1943), 1941-1944 illərdə döyüşçülərin ümumi icbari təhsil sistemində qumbara tullamaq üzrə təlimatçı kimi fəaliyyət göstərmiş, 1944-cü ildən bədən tərbiyəsi təşkilatlarında, 1958-ci ildən AHİŞ-də məsul vəzifələrdə çalışmışdır.1953-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.

Tarixdə bu gün - 18 yanvar1983 – Tanınmış yazıçı Seyfəddin Dağlı-Əliağa oğlu Abbasov vəfat etmişdir.
Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda dоğulub. Bir müddət "Kоmmunist” və "Оrdu”qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radiо Kоmitəsində redaktоr, sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi” jurnalının baş redaktоru оlub. "Azərbaycanfilm” kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, "Yazıçı” nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim”, "Aydınlığa dоğru”, "Mənziliniz mübarək”, "Təzə gəlin”, "Kölgələr pıçıldaşır” pyesləri, "Bahar оğlu”, "Məşəl”, "Kəcil qapısı”, "Sabiqlər” və sair kitabları geniş охucu kütləsinin rəğbətini qazanıb.
 
 Filmoqrafiya
"Onun bəlalı sevgisi" (film, 1980)
"Qayınana" (film, 1978)
"Adı sənin, dadı mənim" (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv)
"Gecəniz xeyrə qalsın" (film, 1977)
"Kommunist" (film, 1969)
"Solmaz bir bahar kimi" (film, 1979)

 

1992- Azərbaycanın Milli Qəhrəmanı Malik Hamil oğlu Əsədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 
Tarixdə bu gün - 18 yanvarMalik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır.
Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər
tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

2002 - Məşhur Azərbaycan bəstəkarı, 1957-1969-cu illərdə Bakı Musiqi Akademiyasının rektoru və professoru, SSRİ Dövlət mükafatları laureatı, əməkdar Tarixdə bu gün - 18 yanvarincəsənət xadimi, Azərbaycanın Xalq artisti Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu vəfat etmişdir.
Cövdət Hacıyev 1917-ci ildə Azərbaycanın Şəki şəhərində anadan оlmuşdur. О, оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sоnralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil оcağının rektоru vəzifəsində çalışmışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz