» » Tarixdə bu gün - 15 yanvar

Tarixdə bu gün - 15 yanvar

Müəllif: Vüsal от 15-01-2017, 00:15

Mühülm hadisələr:


1997 — Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurmuşdur.
2001 — Vikipediya fəaliyyətə başlamışdır.

Doğum günləri:

Tarixdə bu gün - 15  yanvar1902 -Məşhur türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı Laureatı Nazim Hikmət(N. Hikmət Ran) anadan olmuşdur. 
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur.
Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanındigər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə"pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır.
Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.

Tarixdə bu gün - 15  yanvar1914 — Azərbaycan yazıçısı Ənvər Yusifoğlu (tam adı və soyadı Ənvər Yusif oğlu Qasımov) Yevlaxda anadan olmuşdur. Əsli Ordubadlıdır.
 Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir.
Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. "Cərrahlar", "Gənclik illərinə sayahət" povestlərinin, "Düşmənimin düşməni" romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair "Maral Rəhmanzadə" adlı kitabın müəllifidir.
Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir.
Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə, "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi vəzifələrində çalışmışdır.
Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 15  yanvar1940 - Kinoşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Aydın Ələsgər oğlu Kazımzadə Bakıda anadan olmuşdur.
Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq prezident Heydər Əliyev tərəfindən cərəncamla avqustun 2-ni Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.
BAM-dan Qırğızıstanın Bişkek şəhərinədə keçirilən Azərbaycan kino günlərinin və kinofestivallarının təşkilatçısı və iştirakçısı olmuşdur.
Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.
Yerli televiziya kanallarında "Kino tariximizdən" və "Kinoman" verlişlərinin aparıcısı olmuşdur. Hazırda "Mədəniyyət" kanalında "Kinosalnamə" verlişinin aparıcısı və ssenari müəllifidir.
 
Tarixdə bu gün - 15  yanvar1959 -Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyev Qubadlı şəhərində anadan olub.
 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur.

1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili qoşunlarda xidmət etməsi Vasilinin  gələcək taleyini polisə bağlayır. Ordudan tərxis olunduqdan sonra onu mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. Çox keçmir ki, əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu "Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.

O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq dillərdə əzbər oldu. V.Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.

1992-ci il... Oktyabrın 19-u.... Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş qalibiyyətlə  başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu, Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Qubadlı rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.


Tarixdə bu gün - 15  yanvar1959 - Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti, aktrisa Nəsibə Eldarova Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır.
1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada rol almış, 20-dən artıq filmdə çəkilmişdir:

"Arşınmalçı” (film, 1985)

"Bəyin oğurlanması” (film, 1985)

"777 №-li müəssisədə” (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129)

"Yeni iş üsulu” (film, 1989)

"Kommersiya” (film, 1992)

"Qara "Volqa" (film, 1994)

"Yuxu” (film, 2001)

"Bomba” (film, 2005)

"Kişiləri qoruyun” (film, 2006)

"Ci-Mi” (film, 2008)

"Səhərə inan...” (film, 2011)

"Həkimlər”

"Döngələr” (2012)

"Bir ovuc torpaq” (2013)

"Oğurlanmış arzular” (film, 2015)

"Məryəm” (serial, 2016)

"İkinci güllə” (film, 2017)

2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisadır.

Tarixdə bu gün - 15  yanvar1965 - Aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti Sevinc Əli qızı Əliyeva Bakı şəhərində anadan olub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayıb. mataqlı və yaddaqalan obrazların ifaçısıdır.
 

Dövlət Gənclər Teatrı

Qaranquş ("Əriməyən ürək" O.Uayld)

Leyli ("Leyli və Məcnun"M.Füzuli)

Zöhrə ("Dadaşbala əməliyyatı" R.Əlizadə)

Ana ("Şəhidlər" R.Səməndər)

Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy" C.Məmmədquluzadə)

Məşədi Orucun anası ("Ölülər" C.Məmmədquluzadə)

Ofelya ("Hamlet" V.Şekspir)

Müxbir ("Varlı qadın" Ə.Əmirli)


Akademik Milli Dram Teatrı

Reyhan ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev)

Xanım ("Mənim ərim dəlidir" Elçin)

Şölə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov)

Fahişə ("Kəllə" N.Hikmət)

Xarmiana ("Misir gecələri" səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov)

2-ci Arzu ("İkinci səs" B.Vahabzadə)

Jujuna ("Kaş araba aşmayaydı" O.İoseliani)

Qadın ("Keçmişdən zəng", Anatoli Krım)

Ceyran ("Vəsiyyət", Hüseynbala Mirələmov)

20-yə yaxın filmə çəkilmişdir.

30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.


Vəfat etmişdir:

Tarixdə bu gün - 15  yanvar1994- "Azərbaycan bayrağı” ordenli şəhid balamız Azay Kazımovun anım günüdür.
Azay Sada oğlu Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində "Zərgərlilər” tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır.
Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir.
1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və vzvod komandiri təyin edilmişdir. Bir müddətdən sonra Azay Kazımov Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir.
Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür.
Igid döyüşçü Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbiçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir. 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində 21 yaşlı döyüşçü Azay şəhid oldu.
Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının Prezidentinin 9 окtyabr 1994-cü il tarixli sərəncamı ilə "Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.

2007 -Görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Ümumittifaq Lenin Komsomolu Mükafatı Laureatı, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) vəfat etmişdir.
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Xırdalan qəsəbəsndə anadan olmuşdur.
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
"İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və s. onlarla kitabın müəllifidir.

Tarixdə bu gün - 15  yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.