» » Tarixdə bu gün - 9 yanvar

Tarixdə bu gün - 9 yanvar

Müəllif: Vüsal от 9-01-2017, 00:00
9 yanvar

Mühüm hadisələr:

1792 —Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.

1919 —İstanbulda ADR-in Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri məmalik Əliqulu xan "Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.

1951 —BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.

1990 – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan oparılmasını hədəfləyən dair daha bir sənəd - "DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərar qəbul edib.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı respublikanın suverenliyinə qəsd olaraq qiymətləndirib və SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edib.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə Ermənistanın addımını pisləyən qərar qəbul etməklə kifayətləndi.
1991 – Erməni terroru Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçirib.
Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus "UAZ-469” markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən "Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçuları olan 3 rus zabiti qətlə yetirilib.
Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
1994 –Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
2001 –Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərə gəlib.
Bu, iki dövlət arasında münasibətlərin 10 illik tarixində Rusiyanın dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi. Səfər Azərbaycan-Rusiya əlaqələrində etimad havasının əsasını qoyub.
Heydər Əliyev-Vladimir Putin danışıqlarının yekunu olaraq iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanıb.

Doğum günləri:

1903 – Azərbaycan aktyoru, milliyyətcə acar olan Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. Atası bütünTarixdə bu gün - 9 yanvar Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynayıb. On altı yaşında atasını itirmiş Ülvi təhsilə erkən yaşlarından başlayıb. Xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə müharibə qurtarandan sonra Batuma qayıdıb.
Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən "Artistlər cəmiyyəti"nin zalında oynayırdılar. Ülvi "Otello" tamaşasma baxıb və Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub. Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskar hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb.
O vaxtdan Ülvi Rəcəb Batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlib. Rustaveli teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfərini yarımçıq saxlayıb. Ülvi burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ülvi Rəcəb Tiflisdə qalıb və "Zubalov evi"ndə fəaliyyət göstərən "Azərbaycan uram cəmiyyəti"nə daxil olub. "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib. Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib.
1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub. Çoxşaxəli yaradıcılığa malik Ülvi Rəcəbin ifa etdiyi rolları şərti bölgüyə ayırsaq əsas beş qisının üstündə dayanınış olarıq. Qəhrəman obrazları: Mixail Yarovay ("Düşmənlər", Konstantin Trenyov), Səyavuş ("Səyavuş", Hüseyn Cavid), Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk), Qüdrət Arslan, Yaşar ("Dönüş" və "Yaşar", Cəfər Cabbarlı). Faciə qəhrəmanları: Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"mda Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan.
Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib. Onun ifası coşğun və çılğın ehtirası, Ülvi Rəcəbin oyunu isə psixoloji dərinliyi və emosional temperamenti ilə seçilib. Ülvinin şahzadəsində filosof düşüncəsinin sanbalı obrazın ifasına əzəməf və siqlət gətirib. Dramatik obrazlar: Borodin ("Qorxu", Aleksandr Afinogenov), Huinplen ("Gülən adam", Viktor Hüqo), Jak ("İki yetimə", Adolf D'Enneri və Germon), Voronov ("İntervensiya", Lev Slavin), Mühəndis Eldəniz ("Yanar dərə", Cabbar Məcnunbəyov). Ülvi Rəcəbin dramatik ifadə vasitələrində güclü müasirlik ruhu və heyranedici reallıq, səmimi təbiilik vardı Mürəkkəb psixoloji personajlar: Aqşin ("Od gəlini", Cəfər Cabbarlı), Süleyman ("Həyat", Mirzə İbrahimov), Balaş ("Sevil", Cəfər Cabbarlı. Aktyor bu rolu Türk İşçi Teatrında oynayıb), Satin ("Həyatın dibində", Maksim Qorki), Ninkir Sin ("Zaqmuq", Anatoli Qlebov). Ülvi Rəcəb milli səhnəmizin sırf psixologizm ünsürləri, lirik-emosional ifadə vasitələri ilə səhnədə sücaət göstərən ilk sənətkarlarından olub. Bu bacarıq və qabiliyyəti ilə o, romantik oyun üslubu ilə realist ifa tərzi arasında qırılmaz əlaqə bağları yarada bilib. Məhəbbət aşiqləri: Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan" faciələrində Romeo və Şeyx Sənan. Belə rollarda Ülvi Rəcəb səhnəmiz üçün o dövrdə yeni olan poetika xüsusiyyətlərini, estetik ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarıb. O, özünün poetik oyununda lirizmlə psixologizıni ahəngdar cazibədə birləşdirməsi ilə ənənə yaradıb. Aktyor bir oyun-üslubdan digərinə çox sərbəstcə, yüksək professionallıqla, janrın poetikaestetika prinsip və ölçülərində keçirdi. Onun Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixiləşib. Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsmi qoyan ilkinlərdən biri və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan Ülvi Rəcəbdir. Ülvi Rəcəb MDT-da işləyə-işləyə dəvətlə Tiflisdə Şeyx Sənan, Yaşar, Yarovay rollarını oynayıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı "Sevil" tamaşasında Ülvi Rəcəb Balaş rolunu yüksək sənətkarlıqla oynayıb. Sevil rolunda onun yöndaşı Akademik teatrın aktrisası Mərziyə xanım Davudova və Gülüş obrazında İşçi Teatrının gənc istedadlarından Farma Qədri olublar. Ülvi Rəcəb Bakıdakı Rus Dram Teatrında həmin kollektivin hazırladığı "Otello" tamaşasında Otellonu oynayıb. Onun tərəf-müqabilləri B.İlin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış və təcrübəli aktyorların olmasma baxmayaraq, Ülvinin oyunu parlaqlığı ilə seçilib. "Həyat" (rejissor Ədil İsgəndərov) tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik teatrda son işi və son qələbəsi oldu. Aktyor ictimai-sosial tutumlu, mürəkkəb psixoloji əsaslı, ikili xarakterli obraz yaratdı. Süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii tutumunu, fikir dərinliyini, quruluşçu rejissorun ali məqsədini müəyyənləşdirdi. Bu tamaşanın premyerasından xeyli müddət sonra Ülvi Rəcəbi "Vətən xaini" damğası ilə tutdular. O, yüzlərlə günahsız qurbanlardan biri kimi faciəli şəkildə güllələndi. Teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə Ülvi Rəcəbə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.
Ülvi Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik aktyor oyun üslubuna geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirib. Ülvi Rəcəb nəcib ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi şövq və məharətlə ifa edib. Ülvi Rəcəb monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verib. Ülvi Rəcəb cəmimiyyət və məlahət, ürəyəyatımlıq onun ifası üçün səciyyəvi cəhətlər idi. Ülvi Rəcəb gur və yapışıqlı səsində ürəkoxşayan lirizmn vardı. Ülvi Rəcəb sifət ifadə vasitələri zəngin, sirayətedici və xarakterik olurdu. Ülvi Rəcəb öz dövründə psixoloji pauzalardan ustalıqla istifadə edən ən bacarıqlı sənətkar kimi tanınırdı. Ülvi Rəcəb tərəf-müqabilləri (yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda Ülvi həmişə nümunə göstərilirdi. Ülvi Rəcəb ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, ətə-qana gətirən aktyor kimi seçilirdi. O, obrazların daxili dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu. Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan Ülvi Rəcəb tanrının ona bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmirdi. Axtarışlar aparır, tapıb cilaladığı və oynadığı obrazın mayasma hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir, onlara bədii həzz verirdi.
Ülvi Rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan aktyor idi.
Ülvü Rəcəb 1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında Bakıda güllələnib

 

Tarixdə bu gün - 9 yanvar1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov)  Bakı şəhərində anadan olub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev",Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.
O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.
Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.
1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 4 övladı var: qızları - Qumru, Qumral, oğlanları - Ülvi, Ziya.
25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb.

Tarixdə bu gün - 9 yanvar1959 - Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyev  9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. 
  İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur.
Hərbi xidmətini isə Ukraynada keçimişdir. Əsgərlikdən  sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.
Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı.
1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu. Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Mətləb Kamran oğlu Quliyevə  sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri   adı verilmişdir.
 
Tarixdə bu gün - 9 yanvar1990 —  Teleaparıcı və aktrisa Kəmalə Piriyeva Bakı şəhərində anadan olub.
1996-2007 illər ərzində Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb.
2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsinə qəbul olub. 2007 ci ildə Universisetden Azad Azərbaycan televiziyasina təcrübə keçmək üçün göndərilir.
İlk işi elə 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7” yarışmasında aparıcılq etmək olur. Daha sonra isə o, ”Bizim səhər”, "Xalq ulduzu” , "CinemaAtv”, "Atv maqazin”, "Qaça-Qaç", "Piknik", "Mətbəx işi”, "Azərbaycanın Səsi Bala” kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşqul olur. İlk dəfə Atv də yayımlanan "Sirr” serialinda rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir. Daha sonra "Sonuncu fəsil”, "Miras”, "Palata 106”, "Vicdan haqqi”, "Ər Arvad” seriallarında rol alır. Filmoqrafiyasında "Gecə qonagı 1”, "Şər qarışanda”, "Təhminə və Zaur”, "Qız qalası” filmlərini sadalamaq olar.

Vəfat etmişdir:
 
1903 —Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası, tarixçi, şair, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi ,
Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir 74 yaşında vəfat etmişdir.
Əhməd bəy 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlmişdir. 15 yaşına qədər molla yanında oxumuşdu. Sonra rusca Tarixdə bu gün - 9 yanvaröyrənmişdi. 1843-ci ildə Mehdiqulu xan Cavanşirin xahişinə görə, çar I Nikolay Əhməd bəyi Pеtеrburqa tələb еdir və onu dövlət hеsabına Pavlov kadеt korpusuna qəbul еdir. O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul еdirdilər. İzdihamlı Sankt-Pеtеrburq mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir.
1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayеviç adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır.
1853-cü ildə Krım müharibəsi başlandı. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu Isgəndər bəy könüllü olaraq cəbhəyə gеtmişdilər, Qafqaz cəbhəsində rus əskərləri ilə çiyin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döyüş mеydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy ordеnlə təltif еdilmiş və ona ştabs-rotmistr rütbəsi vеrilmişdi. Lakin Əhməd bəyə orduda uzun müddət xidmət еtmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla iştirak еtdiyi duеldə qolundan yaralanmış olduğu üçün 1854-ci ildə tamamilə hərbi qulluqdan gеtməyə məcbur oldu.
1854-ci ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təssərüfat işləri ilə məşğul olmağa başlayır. Rus ordusundan istеfaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yеni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında "Urus Əhməd bəy" ləqəbini almışdı.
XIX yüzilin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə sahəsinin murovu vəzifəsinə təyin еdilir; bu zaman o, həm də taxıl yеrlərini sulamaq üçün Arazdan su çıxartmaq işi ilə də məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 vеrst uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirir. Azərbaycanı Rusiya sənayеsinin xammal mənbəyinə çеvirməyə çalışan çar hökuməti hеç bir vəsait sərf еtmədən yеrlərdə suvarma işlərini yaxşılaşdırmağa və bеləliklə də çoxlu xammal əldə еtməyə çalışırdı. Ona görə Qafqaz canişinliyi idarəsi hələ XIX yüzilin 60-cı illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir nеçə dəfə xüsusi komissiyalar göndərmişdi. Lakin tərkibində hətta hollandiyalı suvarma mütəxəssisləri də olan bu komissiyalar hеç bir qəti tədbir görə bilmədilər. Çünki bu layihələrin həyata kеçirilməsi "külli miqdarda xərc tələb еdirdi". Qarabağın yеrli bəydəri də Gavur arxını "…arx və arxın suvardığı bütün torpaqların 99 il ancaq onların istifadəsində" qalması şərti ilə bərpa еtmək istəyirdilər. Lakin onların da cəhdi hеç bir nəticə vеrmədi. Nəhayət, 1866-ci ildə Əhməd bəy, Zərgər, Dilağarda, Yağləvənd və Şahsеvən camaatının köməyi ilə cüzi bir məbləğdə və hökumətlə hеç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin bir məsələni həll еtdi.
Əhməd bəyin sonrakı məktublaşmalarından aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və təşəbbüsünu nəzərə alaraq, göstərilən kanalı yеnidən bərpa еtmək üçün daha bir təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis Bеxmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa еtməyi qərara aldı. Bu məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində qaldı.
Suvarma məsələsi ətrafında gеdən məktublaşmalar göstərir ki, Əhməd bəy su təssərüatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb еtmişdi.
1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Vеys fon-Vеyssеnqof yazır ki, "Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış еdərək, qazdırdığı kəhrizləri ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı". X1X əsrin 70-ci ilərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən еtmək məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danışmadan, qеyd еtmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vеrgi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub olduqlarını sübut еməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. Ona görə də Firudin bəy Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənlri onu həbs еtdirib, bir nеçə vaxt həbsxanada saxlatdırdılar.
Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində kеçirərək tarix və ədəbiyyata and kitabları mütailə еdir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olurdu.
Əhməd bəy "Asari-Əhməd bəy Cavanşir" adlı şеrlər, "Türk zərb-məsəllər məcmuəsi" adlı folklor örnəkləri, "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı tarix kitablarının müəllifidir.
Əhməd bəy və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn еdilmişdir.
Əhməd bəy Mülkicahan xanımla ailə qurmuşdu.Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə bəyim adlı qızı vardır.

Tarixdə bu gün - 9 yanvar1991 - Azərbaycan jurnalisti, "Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.
1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Ailəli idi, bir oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Tarixdə bu gün - 9 yanvar1992 - Azərbaycanın Milli Qəhrəmanı Nazim Quliyev qəhrəmancasına həlak olmuşdur.
Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 27 yaşında həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Tarixdə bu gün - 9 yanvar2016- Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub (Yaqubov Zəlimxan Yusif oğlu] 65 yaşında vəfat etmişdir.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
 
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib[.
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.

2009 — Azərbaycanşünas türkoloq alim, professor İren Məlikova 82 yaşında vəfat etmişdir.
İren Məlikoff 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Tarixdə bu gün - 9 yanvarBolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Bu ölkədə bir qədər qaldıqdan sonra onlar həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar.
İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatını öyrənən İren xanım Şərq Dilləri Dövlət Məktəbində uzun illər arzusunda olduğu türk dili sahəsində biliyini təkmilləşdirib, tanınmış türkoloqların mühazirələrini dinləyib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır.
Parisdə tanış olduğu gənc türkoloqla ailə həyatı quran İ.Melikoff 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, sanballı əsərlər yazıb. Onun elmi axtarışları Türkiyəni, Balkan ölkələrini, Azərbaycanı, İran və Orta Asiyanı əhatə edib. Strasburq Universitetinin türkologiya və İran fakültəsinin rəhbəri olub. İren Melikoff bir çox beynəlxalq elmi qurumların, o cümlədən Asiya və Ernest Rene kimi məşhur cəmiyyətlərin üzvü seçilib.
İrenin əsas tədqiqat obyekti Azərbaycan, onun qədim tarixi və ədəbiyyatı olub. Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun "Danışmənd dastanı”, "Əbumüslüm Xorasani”, "Umur Paşa dastanı” adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir. İren xanım bununla kifayətlənməyib Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikof prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. Azərbaycan ruhu ilə yazıb-yaradan İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində onun "Türk Qafqaz qeydləri” silsiləsindən "Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professorudur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika” nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M.F.Axundovun yaradıcılığına heyran olduğunu gizlətməyib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.