» » Tarixdə bu gün - 7 yanvar

Tarixdə bu gün - 7 yanvar

Müəllif: Dəyanət от 7-01-2017, 00:10

7 yanvar


Mühüm hadisələr:

1610 — Qaliley Yupiterin 4 böyük peykini aşkar edib.
1927 — London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığı baş tutub.
1929— "Tarzan” filmi nümayiş etdirilmişdir.
1992 –
Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı.
1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.

Tarixdə bu gün - 7 yanvar
Doğum günləri:

1907– Azərbaycanın tanınmış qeoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Gəncədə anadan olmuşdur.
Tarixdə bu gün - 7 yanvar1930-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.
Görkəmli alim ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir. M.Qaşqayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir.
1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.


1927 Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların, "Məmməd Səid Ordubadi” , "Ədəbi portretlər” və s. kitabların müəllifidir.
 
Tarixdə bu gün - 7 yanvar1943 Xirosima şəhərində yaşamış yaponiyalı qız Sadako Sasaki (佐々木 禎子) anadan olmuşdur.
6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir.
Ənənəvi kağız durna və oriqami üçün xüsusi dekorativ kağız
1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi.
Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır.
25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir. Xirosimadakı Memorial sülh muzeyinin Sadakoya həsr olunmuş guşəsində məlumat verilir ki, o, mindən artıq kağız durna düzəldə bilmişdi.
Sadako Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmişdir.
Onun şücaətindən və iradəsindən ruhlanan dostları və sinif yoldaşları Sadakonun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar.
1958-ci ildə Xirosimadakı Sülh Parkında əlində kağız durna tutmuş Sadakonu təsvir edən heykəl ucaldıldı. Heykəlin postamentində aşağıdakı sözlər yazılıb: "Bu bizim harayımızdır, Bu bizim duamızdır, Dünyada sülh".
Hər il avqustun 6-da, atom bombardmanının ildönümündə bu abidənin qarşısına minlərlə kağız durna düzülür.
ABŞ-da, Sietldəki Sülh Parkında Sadakonun heykəli
Sadakonun şərəfinə ABŞ-da, Sietldəki Sülh Parkında da heykəl qoyulmuşdur.
6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə açılmış və Sadako Sasakinin şərəfinə adlandırılmışdır. 30 iyun 2002-ci ildə bu park Sülh Bağları şəbəkəsinə daxil oldu.
Bağ ABŞ-ın Kaliforniya ştatında, Santa-Barbara şəhərində, "La Casa Maria Retreat Center"də yerləşir. İzabel Qrin (ing. Isabelle Greene) və İrma Kavat (ing. Irma Cavat) tərəfindən düşüncə və ilhamalma parkı kimi yaradılmışdır. Nuclear Age Peace Foundation və La Casa de Maria layihəsi çərçivəsində yaradılmışdır.
Parkın içərisində üzərində durnalar yonulmuş daşlar qoyulmuşdur.
 
Tarixdə bu gün - 7 yanvar1979 — Qafqaz TV-nin direktoru,  rejissor, yazar, tv menecmenti,  "Çölçü" Sosial Klubunun yaradıcısı Eltən İdris oğlu Qədimbəyli
Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992-1995 illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib.
1995-1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K.Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K.Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb.
Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. "Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəridir.
Əsası Azərbaycanda qoyulan "Çölçü" sosial klubunun yaradıcısıdır.
Elektron və yazılı mediada sosial mövzularda köşə yazıları yazır.
 
Tarixdə bu gün - 7 yanvar1985 — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Saləddin oğlu Atakişiyev Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olundu.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu tapılmışdır. 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.


Vəfat etmişdir:

 

1943 — Görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Tarixdə bu gün - 7 yanvarSultanov   63 yaşında Türkiyədə vəfat etmişdir.

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.

Xosrov bəyin məzarıda İstanbulun Feriköy qəbiristanlığındadır.

Əlipaşa bəy Sultanovun oğlu, Sultan bəy Sultanovun balaca qardaşıdır. Onun xanımı Odessa universitetinin rektorunun qızı olub.

 

Tarixi gün və bayramlar:


Tarixdə bu gün - 7 yanvar

 

Milad bayramı (ivr. חג המולד‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda[16] qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi[ , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı[a] ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdı. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.

Bayramın yaranması
Romada tərtib edilmiş 354-cü il Xronoqrafiyası adlı şəkilli əlyazmada Milad bayramının 25 dekabrda qeyd edilməsi haqqında ilk məlumatlar vardır. Şərqdə erkən xristianlar İsanın doğulmasını, əslində İsanın vəztizi ilə əlaqəli olmasına baxmayaraq, Epifaniyanın tərkibində (6 yanvar) qeyd edirdilər.
Arianizm tərəfdarı olan imperator Valensin (328-378) Adrianopol savaşında öldürülməsindən sonra, Milad xristian şərqində dirçəlməkdə olan katolisizmin bir hissəsi kimi təbliğ edilirdi. Bayram Konstantinopolda 379-cu ildə, Antioxiyada isə 380-ci ildə təqdim edilmişdir. 381-ci ildə Qriqori Nazianzinin yepiskop seçilməsindən sonra bayram bir müddət qeyd edilmir və 400-cü ildə Yohannes Xrisostomos tərəfindən yenidən xalqa təqdim edilir.

Tarixdə bu gün - 7 yanvar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz