» » 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür


11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu bayramın ən əlamətdar cəhəti budur ki, Milli Ordumuz uzun illər düşmən əsarətində olan eçazkar təbiətimizi özümüzə qaytardılar.
Azərbaycanda mühafizə olunan ümumilikdə 10 Milli Park, 10 Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı var.
İşğaldan azad edilən Zəngilan və Laçın rayonlarında iki dövlət təbiət qoruğu : Bəsitçay Dövlət Təbiət Qoruğu və Qaragöl Dövlət Təbiət Qoruğu vardır.
"Həmçinin işğaldan azad edilən ərazilərdə 4 dövlət təbiət yasaqlığımız - Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqları var. Bunların ümumi sahəsi 43 min hektardır.

Bəsitçay Dövlət Təbiət Qoruğu
 
11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

Bəsitçay Dövlət Təbiət Qoruğu nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

Qaragöl Dövlət Təbiət Qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşən qoruqdur. Sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.

11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci tarixində Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə yaradılmış, respublikalararası Dövlət qoruğu elən edilmişdir.
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.Onun suyundan yerli əhali qoyun sürülərinin,əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edir.
Sahəsi 240 hektar olub, dəniz səviyyəsindən 2658 km yüksəklikdə, Qarabağ vulkanik yaylasında yerləşir. İşıqlı dağında yerləşən Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyindədir. Şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir. Kolun uzunluğu-1950 m,eni 1250m sahil xəttinin uzunluğu 5500 m, dərinliyi 7–8 m, sahəsi 3 km² -dir.Qalıq həcmi 10mln.m³ -dir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə yaradılmışdır. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m³-dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.
Burada geoliji cəhətdən vulkanik dağların pliosen lava massivi,geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara,dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

Laçın Dövlət Təbiət Yasaqlığı
 
11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır.Ərazisi 21370 hektardır.
Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir.

Daşaltı Dövlət Təbiət Yasaqlığı
 
11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır.
Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.
Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.

Arazboyu Dövlət Təbiət Yasaqlığı
 
11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır.
Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, saqqalıqartal, qamışpişiyi, manulpişiyi və s. qorunur.

Qubadlı Dövlət Təbiət Yasaqlığı
 
11  yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür

1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.
Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır.

Mənbə Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.