» » Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Təbiətin Çinə bəxş etdiyi möcüzələrdən biri olan Göy qurşağı dağlarıdır. 80 milyon ildir bu dağlar Çinə heyrət qazandırıü, baxmayaraq, hələ də milyonlarla insan belə gözəlliyin varlığından xəbərsizdir.

Dünyanın geoloji möcüzəsi olan Göy qurşağı dağları Çinin "Zhangye Danxia Geoloji" adlanan pParkının sərhədləri daxilində yerləşir. Dağları dünyada məşhur edən xüsusiyyət onların üstündəki rənglərin göy qurşağı rənglərində olmasındadır. Bəs belə qeyri-adi mənzərəyə səbəb nədir?
Təbii ki, dağa rəng verən, əslində, onun sinəsindəki minerallardır... Yerdə olan qırmızı, yaşıl, sarı və mavi minerallar da dağları göy qurşağı rənginə boyamışdır.

Ölkənin şimal-qərbindəki Qansu əyalətində 520 milyon kvadratmetrdən (520 kvadrat kilometr) çox ərazini əhatə edən Zhangye Danxia Milli Parkı 2009-cu ildən YUNESKO-nun Dünya Mədəni İrs siyahısındadır. Bu siyahıya daxil olduğu üçün hər il buraya saysız-hesabsız yerli və xarici turistlər gəlir.

Göy qurşağı dağları necə yaranıb?

Dağlar mezozoyun gec dövrünə aid qumdaşı və alevli daşlardan, hətta Himalaylardan da qədim formasiyalardan ibarətdir. Qum və lil dəmir və iz mineralları ilə birlikdə çöküntüsü zamanı indiki göy qurşağı dalğaları meydana çıxmışdır. Lakin formasiya dağ formasını 55 milyon il əvvəl Avrasiya təbəqəsinin toqquşması nəticəsində hind təbəqəsinin sıxılmasına borcludur. Bu proseslə normal olaraq səthdə qalacaq olan torpaq yüksələrək dağları əmələ gətirmişdir.

Xoşbəxtlikdən sizin təbiətin bu möcüzələrini görmək üçün Çinin şimal-qərbinə qədər getməyə ehtiyac olmayacaq. "Imagine China" tərəfindən "Zhangye Danxia"dan çəkilmiş ən gözəl kadrları sizinlə paylaşırıq. Amma gələcəkdə əsl kğnül həmdəminizlə burada şəxsən olmanızı da arzu edərdik. smile
 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Yerin boya palitrası: Çinin Göy qurşağı dağları

 

Qeyd: Yazı internet mənbələrindən tərcümə ilə təqdim olunur.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.